Məhkəmə qərarları › İş №2(074)-1456/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1456/2024

02.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1456/2024 02.12.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X19 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, ərizəçi X1 iştirakı ilə, X2 “ölüm faktının müəyyən edilməsi” barədə xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X4 xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1967-ci ildə Şamaxı şəhərində anadan olmuş X6 xx.xx.2024-cü il tarixdə Şamaxı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 07 iyun 1967-ci il təvəllüdlü X10 ilə 2006-cı ildə qeyri-rəsmi ailə həyatı qurmuşdur. Birgə qeyri-rəsmi nikahdan 10 iyul 2007-ci il təvəllüdlü X11 və 12 iyun 2010-cu il təvəllüdlü X12 adlı iki uşaqları doğulmuşdur. Halhazırda ünvan 1 ünvanında azyaşlı uşağı ilə birlikdə yaşayır. 2017-ci ildə Rövşənin spirtli içkiyə aludəçiliyi ucbatından tez-tez mübahisələri olmuş və bir müddət sonra onu və iki azyaşlı uşağı tərk edərək, Bakı şəhərində yaşayan onun birinci nikahından olan qızı Ayselin yanında yaşamağa başlamışdır. Həmin vaxtdan Rövşən ara-bir uşaqları ilə telefon əlaqəsi yaratsa da, ailəninn sosial vəziyyəti ilə heç vaxt maraqlanmırdı. 03 yanvar 2024-cü ildə əvvəllər qeyri-rəsmi nikahda olduğu X10, qızı Ayselin yaşadığı ünvanda vəfat etmişdir. 04 yanvar 2024-cü il tarixdə Rövşən “Şahxəndan” qəbirstanlığında mərhum atasının məzarı yanında dəfn edilibdir. Hazırda qanunvericiliyə əsasən, azyaşlı uşaqlarının ailə başçısını itirməyə görə müavinat almaq hüququ olsa da, mərhum ataları Rövşən İbrəhimova ölüm haqqında şəhadətnamə ala bilmədiyinə görə, onun ölüm faktının məhkəmə tərəfindən müəyyən olunması zərurəti yaranmışdır. Maraqlı şəxs1 3165/8-15-686/24 nömrəli, 20 iyun 2024-cü tarixli məktubundan da görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılıb və X10 barədə ölüm akt qeydi aşkar olunmamışdır. Həmçinin, "Şamaxı Rayon Mərkəzi Xəstəxanası” X18 arayışından görünür ki, mərhum X6 vəfat etməsi ilə bağlı ailə üzvləri tərəfindən müraciət olunmadığı üçün, onlara ölüm haqqında tibbi şəhadətnamə təqdim olunmamışdır. Məhkəmə iclasında ərizəçi X5 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs1 nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, əvvəllər ərizəçi Vahidə Dünyamalıyeva ilə qonşu olublar, ərizəçinin həyat yoldaşı X10 həqiqətən də, 2024-cü ilin əvvəlində Bakı şəhərində vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əliyeva Rəhimə Babaş qızı ifadəsində göstərdi ki, ərizəçi X5 ilə qonşudur. Ərizəçinin həyat yoldaşı X10 Bakı şəhərində vəfat etmiş və Şamaxı şəhərində dəfn olunmuşdur. O, yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, X10 07 iyun 1967-ci ildə Şamaxı rayonunda anadan olmuşdur. İş materiallarında olan Maraqlı şəxs1 20 iyun 2024-cü il tarixli 3168/0-15-686/24 saylı arayışından görünür ki, X6 ölümü barədə Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 20 iyun 2024-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən, ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan 21 iyun 2024-cü il tarixli 18-1-72/2-D-7xx-xx-1412/2024 saylı arayışdan görünür ki, qeydiyyat şöbəsinin imtina aktına əsasən, X10 03 yanvar 2024-cü il tarixdə vəfat etmişdir. Şamaxı RMX-na müraciət olunmadığından, ölüm haqqında tibbi şəhadətnamə xəstəxana tərəfindən təqdim olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş pasport, qeydiyyat və miqrasiya idarəsinin 16 oktyabr 2024-cü il tarixli 18/2-29456/24 saylı məktubunda göstərilir ki, 07 iyun 1967-ci il təvəllüdlü X10 16 avqust 2017-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. Eyni zamanda, iş materiallarında olan Şamaxı RİHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nüamyəndəliyinin 19 noyabr 2024-cü il tarixli 5-75-12/2-1740/2024 saylı məktubda göstərilir ki, X3 şəhəri, İmamlı küçəsi 25 ünvanında yaşamır, qonşuların verdiyi məlumata əsasən, vətəndaş ölübdür. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçinin faktiki nikah münasibətində olduğu şəxsin ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, 07 iyun 1967-ci ildə Şamaxı rayonunda anadan olmuş X6 03 yanvar 2024-cü il tarixdə Bakı şəhərində ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə təsdiq edildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də, ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən baxaraq və Azərbaycan Respublikasının MPM-in 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdİ: Ərizə təmin edilsin. 07 iyun 1967-ci ildə Şamaxı rayonunda anadan olmuş X6 03 yanvar 2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar