Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1491/2024 28.11.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X14 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 10 avqust 2007-ci il tarixdə Şamaxı rayonunda doğulmuş X3 28 yanvar 2024-cü il tarixdə Şamaxı rayonu Şəhriyar qəsəbəsində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 2 uşaq üçün ona dövlət tərəfindən müavinat verilirdi. Hazırda övladlarından biri - Aynur 28 yanvar 2024-cü il tarixdə vəfat etmişdir. Onun müavinatının dayandırılması üçün ölüm haqqında şəhadətnamə təqdim olunmalıdır. Qeydiyyat şöbəsinə müraciət etmiş, tibbi şəhadətnamə və ya məhkəmə qərarı olmadığından, qeydiyyat aparmaq mümkün deyildir. X2 xx.xx.2007-ci il tarixdə Şamaxı rayonu Şəhriyar qəsəbəsində anadan olmuş və xx.xx.2024-cü il tarixdə xəstəlik nəticəsində vəfat etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 və X8 ifadələrində göstərmişdirlər ki, Ərizəçi ilə qonşudurlar, həqiqətən də, ərizəçinin Aynur adlı qızı 2024-cü ilin yanvar ayında xəstəlikdən vəfat etmiş və Şamaxı rayonunda “Yeddi Günbəz” qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.2007-ci ildə Şamaxı rayonunda anadan olmuş, atası X5, anası Ərizəçidır. İş materiallarında olan Şamaxı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin xx.xx.2024cü il tarixli 18-1-72/2-B-11xx-xx-1979/24 saylı arayışından görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X6 qeydiyyat şöbəsinin imtina aktına əsasən, xx.xx.2024-cü il tarixdə vəfat etmiş və Şamaxı RMX-na müraciət etmədikləri üçün, onalara ölüm haqqında tibbi şəhadətnamə xəstəxana tərəfindən təqdim olunmamışdır. İş materiallarında olan Şamaxı RİHB-nın Şəhriyar qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, X6 xx.xx.2024-cü ildə vəfat etmişdir. İş materiallarında olan Şamaxı rayonu Şəhriyar Bələdiyyəsinin arayışından görünür ki, mərhum X1 rayonunun Şəhriyar qəsəbəsində yerləşən “Yeddi Günbəz” adlanan qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs Ərizəçi ünvanladığı məktubundan görünür ki, X3 ölümü barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən, ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Müraciət edən şəxsə X3 ölümünün qeydə alınması ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi uşaqlarının ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə 10 avqust 2007-ci il tarixdə Şamaxı rayonunda doğulmuş X3 28 yanvar 2024-cü il tarixdə Şamaxı rayonu Şəhriyar qəsəbəsində ölməsi faktı ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə təsdiq edildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də, ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən baxaraq və Azərbaycan Respublikasının MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdİ: Ərizə təmin edilsin. 10 avqust 2007-ci il tarixdə Şamaxı rayonunda doğulmuş X3 28 yanvar 2024-cü il tarixdə Şamaxı rayonu Şəhriyar qəsəbəsində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-1491/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1491/2024
28.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver