Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1523/2024 29.11.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X24 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi2 nümayəndəsi və eyni zamanda ərizəçi olan Ərizəçi1 iştirakı ilə, Ərizəçi1 və Ərizəçi2 “ölüm faktının müəyyən edilməsi” barədə xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi1 və Ərizəçi2 xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 10 mart 2017-ci il tarixdə Şamaxı şəhərində doğulmuş X5 27 noyabr 2023-cü il tarixdə Şamaxı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər ərizəni onunla əsaslandırmışdırlar ki, övladları X15 27 noyabr 2013-cü il tarixdə vəfat etmişdir. Lakin, bu ölüm faktı barədə müvafiq sənədləşdirmə olmadığına görə, onun üçün ölüm haqqında şəhadətnamə ala bilmirlər. Onlar rəsmi nikahından 10 mart 2017ci ildə X6 doğulmuşdur. Şamaxı Rayon Mərkəzi X12 Şəxs tərəfindən veirmiş 16 avqust 2024-cü il tarilxi 18-1-72/2-N-9xx-xx-1715/2024 saylı arayışından görünür ki, 10 mart 2017ci il təvəllüdlü X7 vəfat etməsi ilə əlaqədar, Şamaxı RMX-na müraciət edilmədiyi üçün, ölüm haqqında tibbi şəhadətnamə xəstəxana tərəfindən təqdim olunmamışdır. Maraqlı şəxs tərəfindən verilmiş 3161/8-15-909/2024 saylı, 15 avqust 2024-cü il tarixli məktubdan görünür ki, övladı X5 ölümü barədə Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən, ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ona görə də, Maraqlı şəxs bu məsələ ilə bağlı məhkəməyə müraciət etməyi məsləhət bilmişdir. Məhkəmə iclasında Ərizəçi2 nümayəndəsi və eyni zamanda ərizəçi olan Ərizəçi1 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, ərizəçilər Ərizəçi1 Məmmədli oğlu və Ərizəçi2 onun qohumlarıdır və onların Zəhra adlı övladları həqiqətən də, 2023-cü ilin noyabr ayında vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, ərizəçilər Ərizəçi1 Məmmədli oğlu və Ərizəçi2 onun qonşusudur və həqiqətən də, onların Zəhra adlı övladları 2023-cü ilin noyabr ayında Şamaxı şəhərində vəfat etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X15 10 mart 2017-ci ildə doğulmuş, atası Ərizəçi1, anası Ərizəçi2dır. İş materiallarından görünür ki, Şamaxı Rayon Mərkəzi X12 Şəxs tərəfindən verilmiş 16 avqust 2024-cü il tarilxi 18-1-72/2-N-9xx-xx-1715/2024 saylı arayışda göstərilir ki, qeydiyyat şöbəsinin imtina aktına əsasən, 10 mart 2017-ci il təvəllüdlü X16 27 noyabr 2023-cü il tarixdə vəfat etmişdir. Şamaxı RMX-na müraciət edilmədiyi üçün, ölüm haqqında tibbi şəhadətnamə xəstəxana tərəfindən təqdim olunmamışdır. İş materiallarında olan Maraqlı şəxs Ərizəçi1 ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunur ki, X5 ölümü barədə Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən, ölüm haqqında akt qeydi aşkar olunamışdır. Ona görə də Maraqlı şəxs bu məsələ ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 30 sentyabr 2024-cü il tarixli, 18/2-27446/24 saylı məktubunda göstərilir ki, sorğu edilən 10 mart 2017-ci il təvəllüdlü X1 şəhəri, Hacıbababəyov küçəsi 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla, 28 iyun 2017-ci il tarixdə Şamaxı Rayon Polis Şöbəsi tərəfindən AZE 11376669 nömrəli şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmişdir. Eyni zamanda, iş materiallarında olan Şamaxı RİH başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışında qeyd olunur ki, ünvan 2 ünvanında ev təsərrüfatlarının uçotu kitabına əsasən, faktiki yaşayanlar aşağıdakılardır: təsərrüfat başçısı X2, anası X10, arvadı X3, oğlu X14 və qızı X11. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçilərin uşağının ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçilər göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə 10 mart 2017-ci il tarixdə Şamaxı şəhərində doğulmuş X5 27 noyabr 2023-cü il tarixdə Şamaxı şəhərində ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə təsdiq edildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçilər mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də, ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən baxaraq və Azərbaycan Respublikasının MPM-in 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdİ: Ərizə təmin edilsin. 10 mart 2017-ci il tarixdə Şamaxı şəhərində doğulmuş X5 27 noyabr 2023-cü il tarixdə Şamaxı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-1523/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1523/2024
29.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver