Məhkəmə qərarları › İş №2(074)-1525/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1525/2024

15.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1525/2024 15.11.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X9 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə, Ərizəçi1 və Ərizəçi2 ölüm faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi1 və Ərizəçi2 xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 19 may 2024-cü il tarixdə Bakı şəhərində doğulmuş övladları X1 08 iyul 2024-cü il tarixdə Şamaxı rayonu Ovculu kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçilər ərizəni onunla əsaslandırmışdırlar ki, 19 may 2024-cü il tarixdə Bakı şəhərində doğulmuş övladları X2 08 iyul 2024-cü il tarixdə Şamaxı rayonunda vəfat etmişdir. Lakin, bu ölüm faktı barədə müvafiq sənədləşdirmə olmadığına görə, onun üçün ölüm haqqında şəhadətnamə ala bilmirlər. Başqa heç bir yolla bu problemi həll edə bilmirlər. Bu səbəbdən, ölüm faktının məhkəmə qaydasında həll olunması zərurəti yaranmışdır. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ayrı-ayrılıqda ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayarq, iş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, ərizəçilərlə qonşudur, həqiqətən də, onların İbrahim adlı övladları 2024-cü ilin iyul ayında vəfat etmişdir. Dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, Ərizəçi2 əmisidir, qardaşı oğlu Məqsədin övladı olan İbrahim körpə olarkən 2024-cü ilin iyul ayında vəfat etmişdir. Məhkəmə ərizəçiləri və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi2 ilə Ərizəçi1 arasında 24 avqust 2012-ci ildə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Ovculu kənd İƏD üzrə nümayəndəliyində nikah bağlanmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X2 19 may 2024-cü ildə Bakı şəhərində doğulmuş, atası Ərizəçi2, anası Ərizəçi1dır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 3-16-5/8-15-927/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X1 ölümü barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən, ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ona görə də, Maraqlı şəxs bu məsələ ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. İş materiallarında olan Şamaxı Rayon Mərkəzi X5 Şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 18-1-72/2-M-9xx-xx-1733/2024 saylı arayışdan görünür ki, vətəndaş Ərizəçi2 deməsinə görə və qeydiyyat şöbəsinin imtina aktına əsasən, övladı xx.xx.2024-cü il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə vəfat etmiş və Şamaxı RMX-na müraciət edilmədiyi üçün, ölüm haqqında tibbi şəhadətnamə xəstəxana tərəfindən təqdim olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş pasport qeydiyyat və miqrasiya idarəsinin xx.xx.2024-cü il tarixli 18/2-28855/2024 saylı məktubunda göstərilir ki, sorğu edilən xx.xx.2024-cü il təvəllüdlü X1 ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatı, şəxsiyyət vəsiqəsi və ümumivətəndaş pasportu ilə sənədləşdirilməsi barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçilər uşaqlarının ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçilər göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə 19 may 2024-cü il tarixdə Bakı şəhərində doğulmuş X1 08 iyul 2024-cü il tarixdə Şamaxı rayonu Ovculu kəndində ölməsi faktı ərizəçilərin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə təsdiq olunduğundan, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçilər mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən baxaraq və Azərbaycan Respublikasının MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdİ: Ərizə təmin edilsin. 19 may 2024-cü il tarixdə Bakı şəhərində doğulmuş X1 08 iyul 2024-cü il tarixdə Şamaxı rayonu Ovculu kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar