Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1537/2024 27.12.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X13 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 01 mart 1960-cı ildə İsmayıllı şəhərində anadan olmuş anası X2 25 may 2017-ci ildə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anası 01 mart 1960-cı il təvəllüdlü Əsədova (Əliyeva) Əntiqə Abduləli qızı 25 may 2017-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Şamaxı şəhərində “Şaxəndan” qəbirstanlığında dəfn olunmuşdur. Onun ölüm şəhadətnaməsini vaxtında ala bilməmişdirlər. Hazırda vərəsəlik məsələləri ilə bağlı mərhum anasının ölüm şəhadətnaməsi tələb olunur. Maraqlı şəxsnə müraciət etmiş və ona bildirilmişdir ki, ölüm faktı qeydiyyatdan keçmədiyindən, şəhadətnamənin verilməsi mümkün deyildir və məhkəməyə müraciət etməlidir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 və X3 Ərizəçi ilə qonşu olduqlarını, ərizəçinin anası X2 həqiqətən də, 2017-ci ildə həmin vaxtlar yaşadığı Bakı şəhərində vəfat etməsini və Şamaxı şəhərində “Şaxəndan” qəbirstanlığında dəfn olunduğunu bildirdilər. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 01 mart 1960-cı ildə İsmayıllı şəhərində doğulmuşdur. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X10 ilə X5 arasında 12 avqust 1982-ci ildə nikah bağlanmış, nikah bağlandıqdan sonra, ərə Əsədov, arvada Əsədova soyadı verilmişdir. İş materiallarında olan Maraqlı şəxs 3/16-5/8-15-1391/2023 saylı məktubunda göstərilir ki, X2 ölümü barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində daxil edilmiş bütün məlumatlar yoxlanılarkən, ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Şamaxı rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsin 18-1-72/2-2- 17xx-xx-1613/23 saylı arayışından görünür ki, 01 mart 1960-cı il təvəllüdlü X6 25 may 2017-ci ildə vəfat etmiş, Şamaxı RMX-na müraciət olunmadığından, ölüm haqqında tibbi şəhadətnamə xəstəxana tərəfindən təqdim olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 05 oktyabr 2024-cü il tarixli, 18/2-21229/2024 saylı məktubunda göstərilir ki, 01 mart 1960-cı il təvəllüdlü X1 şəhəri, A.Əhmədov küçəsi ev 10 ünvanında yayayış yeri üzrə qeydiyyatda olmaqla, sonuncu dəfə xx.xx.2016-cı il tarixdə Sumqayıt Regional ASAN Xidmət Mərkəzi tərəfindən AZE 15770490 nömrəli şəxsiyyət vəsiqəsi ilə sənədləşdiirlmişdir. Eyni zamanda, iş materiallarında olan Şamaxı RİHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışında göstərilir ki, ünvan 1 ünvanda yaşayış olmadığı aşkar olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi anasının ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə 01 mart 1960-cı ildə İsmayıllı şəhərində doğulmuş X2 25 may 2017-ci ildə Bakı şəhərində ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə təsdiq edildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də, ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən baxaraq və Azərbaycan Respublikasının MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdİ: Ərizə təmin edilsin. 01 mart 1960-cı ildə İsmayıllı şəhərində doğulmuş X2 25 may 2017-ci ildə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-1537/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1537/2024
27.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver