Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-155/2025 10.04.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2) “ölüm faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 16 avqust 1934-cü il tarixdə vəfat etmiş babası X4 ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 16 avqust 1934-cü il tarixdə babası (atanın atası) X7 vəfat etmişdir. Lakin bu ölüm faktı barədə müvafiq sənədləşdirmə olmadığına görə onun üçün ölüm haqqında şəhadətnamə ala bilmir. Notarial təsdiqli surətini bu ərizəyə daxil etdiyi A3 № ******* nömrəli, 07 yanvar 1965-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X2, anası isə X12r. Notarial təsdiqli surətini bu ərizəyə daxil etdiyi AZ-İİ № 097221 nömrəli, xx.xx.2020-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.2019-cu ildə vəfat etmiş və bu 123 nömrə ilə ölüm haqqında akt qeydləri kitabında qeyd edilmişdir. Notarial təsdiqli surətini bu ərizəyə daxil etdiyi İİ-ЖГ № 319213 nömrəli, 11 avqust 1981-ci ildə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, nənəsi (atasının anası, yəni mərhum X4 həyat yoldaşı X13 20 iyul 1981-ci il tarixdə vəfat etmişdir. Əslini bu ərizəyə daxil etdiyi X18 X10 "Asan Xidmət" Mərkəzinə ünvanlanmış 14 iyun 2024-cü il tarixli onun müraciətinə cavab olaraq yazılmışdır ki, Maraqlı şəxs1 1938-ci ildən əvvəlki illərin ölüm haqqında aktların qeydiyyat kitabları X18 Filialına təhvil verilməmişdir. Əslini bu ərizəyə daxil etdiyi Şamaxı Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsi tərəfindən verilmiş 07 iyun 2024cü il tarixli arayışından görünür ki, Qeydiyyat Şöbəsinin imtina aktına əsasən babası X7 xx.xx.1934-cü il tarixdə rəhmətə getmişdir. Lakin Şamaxı RMX-da 1934-cü ilin ölüm haqqında qeydiyyat jurnalı olmadığı üçün həmin şəxsə ölüm haqqında tibbi şəhadətnamənin verilib-verilməməsi məlum deyil. Əslini bu ərizəyə daxil etdiyi Maraqlı şəxs1ndən verilmiş xx.xx.2024-cü il tarixli tövsiyyə xarakterli məktubdan görünür ki, mərhum babası X4 ölümü barədə "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar olunmamışdır və ona məhkəməyə müraciət etmək məsləhət bilinmişdir. Əslini bu ərizəyə daxil etdiyi Şamaxı şəhəri İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş 27 may 2024-cü il tarixli arayışdan görünür ki, o, Ərizəçi xx.xx.1964-cü il təvəllüdlüdür və Şamaxı şəhəri, M.F.Axundov küçəsi, ev 24 ünvanında yaşayır. Yaşadığı Şamaxı şəhəri, M.F.Axundov küçəsi, ev 24 ünvanındakı evi o, Ərizəçi adına sənədləşdirmək istəyərkən X6 mərhum babası X4 vəfat etməmiş şəxs kimi həmin evdə qeydiyyatda olması görünür. Bu isə qeyd etdikləri sənədləşmə işlərində onlara həlli mümkün olmayan problem yaratmışdır. O, başqa heç bir yolla bu problemi həll edə bilməyib. Beləliklə, yuxarıda qeyd etdikləri problemin aradan qaldırılması üçün xüsusi icraat qaydasında məhkəmə qətnaməsinə ehtiyacı vardır və bununla bağlı Şamaxı Rayon Məhkəməsinə ərizə və sənədlərlə müraciət edib. Surətini bu ərizəyə daxil etdiyi Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-1300/2024 saylı qərardadı ilə ərizə və ona əlavə edilmiş sənədləri, həmçinin ödədiyi dövlət rüsumu özünə qaytarılmışdır. Məhkəmə qeyd etmişdir ki, vəfat etmiş şəxsin doğum faktını təsdiq edən sənəd ərizəyə daxil edilmədiyinə görə onun ölüm faktı müəyyən edilə bilməz. O da məhkəmənin tövsiyyəsinə uyğun olaraq bununla əlaqədar Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinə müraciət edib. Əslini bu ərizəyə daxil etdiyi Azərbaycan Respublikasının Dövlət Tarix Arxivindən verilmiş 3-48-TA/2-M-284-6-385/2024 saylı, 24 oktyabr 2024-cü il tarixli cavab məktubunda yazılmışdır ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış "Azərbaycanda Sovet Hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri" fondunun sənədlərində Şamaxı şəhəri üzrə 1907-ci ilə dair doğum aktlarının qeydiyyat kitablarında X3 doğum tarixinə dair heç bir məlumat aşkar olunmamısdır. Odur ki, bundan başqa hər hansı sənəd əldə edə bilməyib və yenidən məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəməyə əlavə olaraq bildirir ki, iş üzrə əlavə şahidlərə ehtiyac varsa, onları məhkəməyə dəvət edib gəlmələrini təmin edəcək. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs1 30 aprel 2024-cü il tarixli, 3-16-5/8-15- 554/2024 saylı arayışından görünür ki, 16 avqust 1934-cü ildə Şamaxı şəhərində vəfat etmiş X4 ölümü barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar olunmayıb. Ölüm faktını təsdiq edən sənəd (ölüm haqqında tibbi şəhadətnamə və ya ölüm faktını təsdiq edən məhkəmə qərarı) təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina olunmuşdur. İş materiallarında olan “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, vətəndaşın deməsinə və qeydiyyat şöbəsinin imtina aktına görə X7 16 avqust 1934-cü il tarixində rəhmətə getmişdir. Şamaxı RMX-da 1934-cü ilin ölüm haqqında qeydiyyat jurnalı olmadığı üçün X5 ölüm haqqında tibbi şəhadətnamənin verilib-verilməməsi mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin 24 oktyabr 2024-cü il tarixli, 3-48-TA/2-M-284-6-385/2024 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış “Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri” fondunun sənədlərində Şamaxı şəhəri üzrə 1907-ci ilə dair doğum aktlarının qeydiyyat kitablarında X4 doğum tarixinə dair heç bir məlumat aşkar olunmamışdır. İş materiallarında olan Milli Arxiv İdarəsi X18 filialının 14 iyun 2024-cü il tarixli məktubunun surətindən görünür ki, Maraqlı şəxs1 1938-ci ildən əvvəlki illərin ölüm haqqında aktların qeydiyyat kitabları X18 filialına təhvil verilməmişdir. İş materiallarında olan İİ-ЖГ № 319213 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 20 iyul 1981-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ-İİ № 097221 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 26 iyun 2019-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan A3 № ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1964-cü ildə Şamaxı rayonunda doğulmuşdur. X2, anası isə X9r. İş materiallarında olan İ-ИЕ № 139996 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 06 fevral 1934-cü ildə Şamaxı rayonunda doğulmuşdur. X1, anası isə X9r. İş materiallarında olan Şamaxı Bələdiyyəsinin 07 aprel 2025-ci il tarixli, 66 saylı arayışından görünür ki, X7 1934-cü il tarixdə vəfat etmişdir. Şamaxı rayonu Yeddi Gümbəz qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Şamaxı Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin 02 aprel 2025-ci il tarixli, 657 nömrəli məktubundan görünür ki, Şamaxı Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisində X4 adına vərəsəlik işi açılmamış və vərəsələrin dairəsi barədə məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi babası X4 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X4 16 avqust 1934cü il ölməsi ərizəçinin izahatı və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X4 16 avqust 1934-cü il tarixdə Şamaxı rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-155/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-155/2025
10.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver