Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1636/2024 09.12.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 14 oktyabr 1983-cü il təvəllüdlü övladı X5 12 may 1984-cü il tarixdə vəfat etdiyi üçün onun ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 12 may 1984-cü il tarixdə övladı X5 vəfat etmişdir. Lakin, bu ölüm faktı barədə müvafiq sənədləşdirmə olmadığına görə onun üçün ölüm haqqında şəhadətnamə ala bilmir. xx.xx.1975-ci il tarixli nikahın bağlaması haqqında şəhadətnamənin notarial təsdiqli surətindən görünür ki, o, X8 ilə rəsmi nikaha daxil olmuş və bu nikahları 11 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra həyat yoldaşına “Hüseynalıyeva” soyadı verilmişdir. xx.xx.2020-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin notarial təsdiqli surətindən görünür ki, həyat yoldaşı X4 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Maraqlı şəxsndən verilmiş 23 avqust 2024-cü il tarixli arayışdan görünür ki, onunla həyat yoldaşı X1 birgə nikahlarından 14 oktyabr 1983-cü ildə X5 doğulmuşdur. Şamaxı Rayon Mərkəzi Xəstəxanası X22dən verilmiş 21 avqust 2024-cü il tarixli arayışda yazılmışdır ki, onun övladı X5 həqiqətən 12 may 1984-cü il tarixdə rəhmətə getmişdir, lakin Şamaxı RMK-da 1984-cü ilin ölüm haqqında qeydiyyat jurnalı olmadığı üçün onlara övladlarının ölümü haqqında tibbi şəhadətnamənin verilib-verilməsi məlum deyil. Vəfat etmiş övladı X3 ölüm haqqında şəhadətnaməsini almaq üçün Maraqlı şəxsnə müraciət edib. Maraqlı şəxsndən verilmiş xx.xx.2024-cü il tarixli, cavab məktubunda yazılmışdır ki, mərhum övladı X5 barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində ölüm aktı aşkarlanmamışdır. Maraqlı şəxs buna görə məhkəməyə müraciət edilməsini məsləhət bilmişdir. Bu cavab məktubunu 31 avqust 2024cü il tarixdə almışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verib bildirdi ki, ərizəçini və ailəsini tanıyır. Qumru 6 aylığında 1984-cü ildə vəfat edib. Uşaq öz evlərində ölüb. Uşağın xəstəliyi olmayıb. Xatırladığı qədərilə Qumru öləndən sonra həkim çağırılmışdı. Ailənin 5-ci uşağı olub. Uşaq, Mərzəndiyə qəbirstanlığında dəfn olunub. Hüzürdə iştirak edib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadə verib bildirdi ki, ərizəçini və ailəsini tanıyır. Qumru 6 aylığında 1984-cü ildə vəfat edib. O, xəstələmişdi və evdə ölüb. Ölməmişdən əvvəl xəstəxanaya aparıblar. Ölən günü orada olub. Uşaq, Mərzəndiyə qəbirstanlığında dəfn olunub. Hüzürdə iştirak edib. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs 23 avqust 2024-cü il tarixli, 3-16-5/8-69- 570/2024 saylı arayışından görünür ki, X5 14 oktyabr 1983-cü ildə Şamaxı rayonunun Mərzəndiyə kəndində anadan olmuşdur. Bu barədə 14 noyabr 1983-cü il tarixində Şamaxı rayon Sabir qəsəbə icra nümayəndəliyi tərəfindən 91 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3-161/8-15-851/2024 saylı məktubundan görünür ki, X5 barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanarkən ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm faktını təsdiq edən sənəd (ölüm haqqında tibbi şəhadətnamə və ya ölüm faktını təsdiq edən məhkəmə qərarı) təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina olunmuşdur. İş materiallarında olan “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” X22 xx.xx.2024-cü il tarixli, 18-1-72/2-H-9xx-xx-1783/2024 saylı arayışından görünür ki, X5, vətəndaşın deməsinə görə və qeydiyyat şöbəsinin imtina aktına əsasən 12 may 1984-cü il tarixində rəhmətə getmişdir. Şamaxı RMX-na müraciət etmədikləri üçün onlara ölüm haqqında tibbi şəhadətnamə xəstəxana tərəfindən təqdim olunmamışdır. İş materiallarında olan İ-ЖГ № 317690 saylı arayışın surətindən görünür ki, Ərizəçi ilə X8 arasındakı nikah xx.xx.1975-ci il tarixdə Azərbaycan SSR Şamaxı rayonu Sabir kənd sovetində bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1975-ci il tarixdə 11 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Hüseynalıyev”, arvada “Hüseynalıyeva” soyadı verilmişdir. İş materiallarında olan Şamaxı Rayon Sabir Bələdiyyəsinin 15 noyabr 2024-cü il tarixli, 92 saylı arayışından görünür ki, X5 12 may 1984-cü il tarixdə vəfat etmiş və həqiqətən də Mərzəndiyə qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan Mərzəndiyə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 5-75-42/2-142/2024 saylı, 15 noyabr 2024-cü il tarixli arayışından görünür ki, xx.xx.1952-ci il təvəllüdlü Ərizəçi tərkibi belədir: 1.Arvadı: X4 xx.xx.2020-ci il tarixdə vəfat edib; 2.Oğlu: X9 xx.xx.1976-cı il təvəllüdlüdür; 3.Qızı: X14 xx.xx.1977-ci il təvəllüdlüdür; 4.Qızı: X11 xx.xx.1980-ci il təvəllüdlüdür; 5. Qızı: X5 12 may 1984-cü il tarixdə vəfat edib; 6.X2 xx.xx.1987-ci il təvəllüdlüdür; Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi qızı X3 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X3 12 may 1984-cü il ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 14 oktyabr 1983-cü il tarixdə Şamaxı rayonu, Mərzəndiyə kəndində anadan olmuş X3 12 may 1984-cü il tarixdə Şamaxı rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-1636/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1636/2024
09.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver