Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1637/2024 16.12.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 01 may 1961-ci il təvəllüdlü bacısı X1 26 oktyabr 1991-ci il tarixdə Şamaxı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi 1-ci qrup əlildir. Onun bacısı X2 26 oktyabr 1991-ci il il tarixdə vəfat etmişdir. Bacısı 01 may 1961-ci il tarixdə Şamaxı rayonu, Qızmeydan kəndində doğulmuşdur. Bacısı 26 oktyabr 1991-ci il tarixdə vəfat etmiş, Şamaxı şəhəri, “Yeddi Gümbəz” qəbirstanlığında dəfn edilib. Hal-hazırda sənədləşmə işləri ilə bağlı bacısının ölüm şəhadətnaməsi ondan tələb olunur. O, Şamaxı Rayon Mərkəzi Xəstəxanasına ölümlə bağlı arayış verilməsi üçün müraciət etsə də Şamaxı Rayon Mərkəzi Xəstəxanası ərizələrinin icraatından imtina edib. Daha sonra Maraqlı şəxsnə müraciət edib və Qeydiyyat Şöbəsi imtina məktubu ilə ölümün qeydə alınmasından imtina edərək məhkəməyə müraciət etməyi tövsiyyə edib. Belə ki, bacısı 01 may 1961-ci il il təvəllüdlü X2 26 oktyabr 1991-ci il tarixdə vəfat etmiş, Şamaxı şəhəri, “Yeddi Gümbəz” qəbirstanlığında dəfn edilmişdir. Onun ölüm faktını təsdiq edən lazımı sənədləri başqa qaydada da ala bilmir. Şahidləri var, həmin şahidlərin dəvət edilərək dindirilməsi zərurəti yarandığı təqdirdə onları məhkəməyə dəvət edə bilər. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verib bildirdi ki, o, ərizəçinin bacısıdır. 1991-ci ildə o, evli olub. Lakin həmin vaxt təsadüfən anasıgilə qonaq getmiş və bacısı öləndə o da evdə olub. Həmin gün bacısının ağrıdığını görüb, birdən halı pisləşib, bədəni soyuyub və onun qucağında ölüb. Öləndən sonra həkim çağırmayıblar, o zaman telefon olmayıb. Ata və anası isə fermada olub. Bacısının xəstəliyi olmayıb. Bacısı 1991ci ildə vəfat edib. Yas mərasimi keçiriblər. Gözəl ailəli olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadə verib bildirdi ki, o, 1973-cü ildən ərizəçinin qonşusudur. Qonşu Zəkirxanın evində səs-küy eşidib, onların evinə gedib. Görüb ki, Gözəl bacısının qucağındadır, bir müddət sonra isə keçinib. Həkim çağırılmadı. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verib bildirdi ki, ərizəçi onun bacısı oğludur. Bacısının qızı uşaq göndərib onu evlərinə çağırıb. Bacısıgilə gedib, görüb ki, Gözəl ölüb. Onun heç bir xəstəliyi olmayıb. Gözəl ailə qurmamışdır. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs 28 sentyabr 2024-cü il tarixli, 3-16-5/8- 69-606/2024 saylı arayışından görünür ki, X2 01 may 1961-ci ildə Şamaxı rayonu, Qızmeydan kəndində anadan olmuşdur. Bu barədə 18 may 1961-ci il tarixində Şamaxı rayon Qızmeydan kənd icra nümayəndəliyi tərəfindən 36 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3-161/8-15-978/2024 saylı məktubundan görünür ki, X2 barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanarkən ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm faktını təsdiq edən sənəd (ölüm haqqında tibbi şəhadətnamə və ya ölüm faktını təsdiq edən məhkəmə qərarı) təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina olunmuşdur. İş materiallarında olan “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” X9 xx.xx.2024-cü il tarixli, 18-1-72/2-Ş-11xx-xx-1915/2024 saylı arayışından görünür ki, X2, vətəndaşın deməsinə görə və qeydiyyat şöbəsinin imtina aktına əsasən 26 oktyabr 1991-ci il tarixində rəhmətə getmişdir. Şamaxı RMX-na müraciət etmədikləri üçün onlara ölüm haqqında tibbi şəhadətnamə xəstəxana tərəfindən təqdim olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi bacısı X1 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X1 26 oktyabr 1991-ci il ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 01 may 1961-ci il tarixdə Şamaxı rayonu, Qızmeydan kəndində anadan olmuş X1 26 oktyabr 1991-ci il tarixdə Şamaxı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-1637/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1637/2024
16.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver