Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-165/2022 18.01.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Əliyeva Fatimə Fərəc qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili X1 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Şamaxı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, atası Şamaxı rayonu, Qızmeydan kəndində yaşamış X2 05 dekabr 2012-ci il tarixdə Şamaxı rayonu Qızmeydan kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 26 dekabr 1947-ci il təvəllüdlü atası X5 Şamaxı rayon Astraxanovka (Qızmeydan) kəndinə yaşamışdır. Həmin kənddə ona məxsus pay torpaq sahələri olmuşdur. Atası, nənəsi Feodosiya ilə birlikdə yaşamışdır. 1997-ci ildə nənəsi vəfat etdikdən sonra atası tənha yaşamışdır. O, isə ailə qurduğu üçün Ukraynada yaşamışdır. Atası 05 dekabr 2012-ci ildə vəfat etmişdir. Lakin kənddə atasından sonra heç bir qohumu olmadığına görə, onun ölüm şəhadətnaməsini heç kəs almamışdır. Bu barədə Səhiyyə Nazirliyinin müvafiq ölüm haqqında tibbi şəhadətnaməsi olsa da, onu qeydiyyat şöbəsinə heç kim təqdim etməmişdir. Bugünkü gündə o vərəsəlik ilə əlaqədar sənədləşmə işlərini aparmaq istəsə də ölüm şəhadətnaməsi olmadan bu mümkün deyildir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili X6 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 məhkəməyə ifadə verib bildirdi ki, 1990-cı ildən Qızmeydan kəndində yaşayır. Tatyana atası ilə yaşamış, daha sonra ailə quraraq başqa ölkəyə köçmüşdür. Onun atası X5 2012-ci ildə ölmüş və kənddə olan rus qəbristanlığında dəfn olunmuşdur. Yas və dəfn mərasimində o da iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 məhkəməyə ifadə verib bildirdi ki, 30 ildir Qızmeydan kəndində yaşayır. Tatyana atası ilə yaşamış, daha sonra ailə quraraq oradan köçmüşdür. Atası X5 2012-ci ilin qış aylarında vəfat etmişdir. Nikolay kənddə olan rus qəbristanlığında dəfn olunmuş, onun dəfn mərasimində o da iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 məhkəməyə ifadə verib bildirdi ki, 1990-cı ildən Qızmeydan kəndində yaşayır. Tatyana atası ilə kənddə yaşamış, daha sonra ailə qurub oradan köçmüşdür. Atası Nikolay 2012-ci ildə ölmüş, kənddə olan rus qəbristanlığında dəfn olunmuş, onun dəfn mərasimində o da iştirak etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan XVİ-ЖГ 290879 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 19.04.1976-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur. Atası X5, anası X4. İş materiallarında olan 26.11.2020-ci il tarixli 252 saylı Şamaxı rayon İHB-nin Qızmeydan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışının surətindən görünür ki, X5 vəfat gününə qədər Şamaxı rayonu, Qızmeydan kəndində yaşamış və daima qeydiyyatda olmuşdur. Vəfatından sonra miras qalmış əmlakı qızı Ərizəçi qəbul etmiş və idarə etmişdir. İş materiallarından olan 24.12.2020-ci il tarixli 05/Q-957/69 saylı Şamaxı rayon Qeydiyyat Şöbəsinin arayışının surətindən görünür ki, X5 26 dekabr 1947-ci ildə Şamaxı rayonu, Qızmeydan kəndində doğulmuşdur. İş materiallarında olan 17.01.2021-ci il tarixli 10 saylı Şamaxı rayon İHB-nin Qızmeydan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışının surətindən görünür ki, X5 05 dekabr 2012-ciildə vəfat etmiş, o vaxt aqədər kənddə yaşamış və ölümündən sonra Şamaxı rayonu, Qızmeydan kənd qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan 05.02.2021-ci il tarixli 05/Q-80/69 saylı Şamaxı rayon Qeydiyyat Şöbəsinin arayışından görünür ki, 26.12.1947-ci ildə X5 ölüm haqqında akt qeydi 2009-2015-cı illər Şamaxı rayonu, Qızmeydan kənd nümayəndəliyi üzrə Şamaxı rayon Qeydiyyat Şöbəsinin arxivində habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar olunmamışdır. İş materiallarında olan 24.09.2021-ci il tarixli 859 saylı Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X13 Sığorta üzrə X13 ərazi bölmələrini X10 Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsinin məktubundan görünür ki, X2 ölümü barəsində Şamaxı RMX-na bu günədək heç bir müraciət olunmamış və sənəd təqdim edilməmişdir və xəstəxananın arxivində vətəndaşın ölümü barədə heç bir məlumat aşkarlanmamışdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi mərhum atası X2 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X2 05 dekabr 2012-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 26 dekabr 1947-ci il tarixdə Şamaxı rayonu, Qızmeydan kəndində doğulmuş X2 05 dekabr 2012-ci il tarixdə Şamaxı rayonu, Qızmeydan kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-165/2022
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-165/2022
18.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver