Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1651/2025 03.10.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanılmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən digər tərəf Maraqlı şəxs birgə nikahlarından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X1, xx.xx.2016-cı il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X5, xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 80 (səksən) manat olmaqla, hər ay 6 uşaq üçün cəmi 480 (dörd yüz səksən) manat sabit pul məbləğində alimenti ona ödəməyi öhdəsinə götürmüşdür. O, da buna razı olub və indi də razıdır. Şamaxı Rayon Məhkəməsinin 2(074)-1354/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə onların aralarında nikahı pozulmuşdur. Övladlarının biri xx.xx.2007-ci il təvəllüdlü X4 18 yaşı tamam olduğundan hazırki ərizəsində onun üçün aliment tələb etmir. Odur ki, digər tərəf Maraqlı şəxs yetkinlik yaşlarına çatmamış qalan 5 nəfər azyaşlı övladlarının hər biri üçün hər ay 80 (səksən) manat olmaqla hər ay 5 uşaq üçün cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimenti ona ödəməyinə dair götürdüyü öhdəlik öz qüvvəsində qalır və o da buna razıdır. Barışıq sazişindən bir ildən çox müddət keçməsinə baxmayaraq, Maraqlı şəxs öhdəliyinə əməl etmir və alimenti ödəmir. Hesab edir ki, Maraqlı şəxs barışıq sazişinin şərtlərini könüllü olaraq icra etmək istəmir. Odur ki, barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etməli olub. Bundan başqa, əldə etdiyi məlumata görə hazırda Maraqlı şəxs həbsxanadadır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, mediasiya prosesində hər iki tərəf birbirinə qarşı və heç bir şərt irəli sürmədən barışmaq üçün vaxt vermədən aralarındakı xx.xx.2007-ci il tarixli 37 saylı nikah qeydinin pozulmasına razıdırlar. Ailə qanunvericiliyinə əsasən mübahisənin bu hissəsi məhkəmə müssəvisində həll ediləcək. Mediasiya prosesində hər iki tərəf birgə nikahdan olan xx.xx.2007-ci il təvəllüdlü X10, xx.xx.2012-ci il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X9, xx.xx.2016-cı il təvəllüdlü X11, xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X12 anası - Ərizəçi yanında yaşamasına razıdılar. Ərizəçi xx.xx.2007-ci il təvəllüdlü X10, xx.xx.2012-ci il təvəllüdlü X7, xx.xx.2016cı il təvəllüdlü X9, xx.xx.2016-cı il təvəllüdlü X11, xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X12 atası - Maraqlı şəxs Əlpaşa oğlu ilə hər hansı (ay, gün və saat barədə) məhdudiyyət qoymadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürür. Maraqlı şəxs xx.xx.2007-ci il təvəllüdlü X10, xx.xx.2012-ci il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X9, xx.xx.2016-cı il təvəllüdlü X11, xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatana kimi saxlanması üçün 2024-cü il avqust ayından başlayaraq hər ay, hər uşaq üçün 80 (səkksən) manat, cəmi 480 (dörd yüz səksən) manat sabit pul məbləğində almenti (hər ayın sonuncu günüdən gec olmayaraq) anası Ərizəçi ödəmək barədə öhdəlik götürür. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təqsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2007-ci il təvəllüdlü X10, xx.xx.2012-ci il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X9, xx.xx.2016-cı il təvəllüdlü X11, xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X12 doğulmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri göstərilir: Həmin Qanunun 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq sazişi bağlamış, həmin barışıq sazişinin şərtləri dəqiq göstərilmişdir. Lakin sazişdə Maraqlı şəxs xx.xx.2007-ci il təvəllüdlü X10, xx.xx.2012-ci il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X9, xx.xx.2016-cı il təvəllüdlü X11, xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün 80 manat olmaqla, ümumilikdə 480 manat sabit pul məbləğində alimenti Ərizəçi ödəməyi öhdəsinə götürsə də buna əməl etməmişdir. Həmçinin tərəflərin birgə nikahlarından doğlumuş xx.xx.2007-ci il təvəllüdlü X10 artıq yetkinlik yaşına çatmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilsin. xx.xx.2012-ci il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X9, xx.xx.2016-cı il təvəllüdlü X11, xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X12 anası - Ərizəçi yanında saxlanılsın. Maraqlı şəxs Əlpaşa oğlunun xx.xx.2012-ci il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X9, xx.xx.2016-cı il təvəllüdlü X11, xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X12 ilə hər hansı (ay, gün və saat barədə) məhdudiyyət qoymadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmaq hüququ müəyyən edilsin. xx.xx.2012-ci il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X9, xx.xx.2016-cı il təvəllüdlü X11, xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün Maraqlı şəxs hər ay hər uşaq üçün 80 olmaqla, ümumilikdə 400 manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-1651/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1651/2025
03.10.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver