Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1714/2024 24.12.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X18 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 1925-ci ildə Şamaxı rayonu, Qəleybuğurd kəndində doğulmuş X1nun 05 oktyabr 1957-ci il tarixdə Şamaxı rayonu Qəleybuğurd kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1955-ci il tarixdə Şamaxı rayonu Qəleybuğurd kəndində anadan olmuşdur. Hazırda Şamaxı şəhəri C.Məmmədquluzadə küçəsi ev 6, d 1-də yaşayır. 1925-ci ildə Şamaxı rayonu Qəleybuğurd kəndində doğulmuş X1 və anası X2 rayonu Qəleybuğurd kəndində yaşayıblar. Onların həmin kənddə evləri var. X1 xx.xx.1957-ci il tarixdə Şamaxı rayonu Qəleybuğrud kəndində vəfat edib və Qəleybuğurd kənd qəbirstanlığında dəfn edilmişdir. Lakin, həmin vaxt başı yasa qarışdığından, ona ölüm haqqında şəhadətnamə almaq lazım olduğunu bilməmişlər. Bu səbəbdən də, ölüm haqqında şəhadətnaməsi alınmamışdır. X4 2012-ci ildə vəfat etmiş, ona ölüm haqqında şəhadətnamə alınmışdır. Hazırda valideynlərinin Qəleybuğurd kəndindəki evini sənədləşdirmək istəyir və bunun üçün atasının ölüm haqqında şəhadətnaməsi tələb olunur. O, Maraqlı şəxsnə müraciət etmiş, lakin atasının ölüm qeydi barədə heç bir sənəd olmamışdır. Eləcə də, Şamaxı rayon Mərkəzi xəstəxanasından, Qəlebuğurd Bələdiyyəsindən, X15 filialından və Şamaxı rayon İHB-nın Şamaxı şəhəri üzrə nümayəndəliyindən də, müvafiq sənədləri almışdır. Atasının ölüm faktı məhkəmə qaydasında təsdiq edilməlidir. Məhkəmə iclasında Ərizəçi oğlu ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 və X6 ərizəçi ilə qonşu olduqlarını, həqiqətən də, X1nun xx.xx.1957-ci il tarixdə Şamaxı rayonu Qəleybuğrud kəndində vəfat etməsini təsdiq etmişdirlər. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 3-16-5/8-15/1050/2024 saylı məktubunda göstərilir ki, X3 ölümü barədə Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən, ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Şamaxı rayon Qəleybuğurd Bələdiyyəsinin arayışında göstərilir ki, X5 1957-ci ildə vəfat etmiş və Şamaxı rayon Qəleybuğurd qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan Şamaxı rayon X13 Hüquqi şəxsin 02 oktyabr 2024-cü il tarixli 18-1- 72/2-G-11xx-xx-1938/2024 saylı arayışında göstərilir ki, ərizəçinin X1 vətəndaşın deməsinə və qeydiyyat şöbəsinin imtina aktına əsasən, xx.xx.1957-ci il tarixdə vəfat etmişdir. Şamaxı RMX-da 1957-ci ilin ölüm haqqında qeydiyyat jurnalı olmadığı üçün, həmin şəxsə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi məlum deyil. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi atasının ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə 1925-ci ildə Şamaxı rayonu Qəleybuğurd kəndində doğulmuş X3 05 oktyabr 1957-ci il tarixdə Şamaxı rayonu Qəleybuğurd kəndində ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə təsdiq edildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də, ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən baxaraq və Azərbaycan Respublikasının MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdİ: Ərizə təmin edilsin. 1925-ci ildə Şamaxı rayonu Qəleybuğurd kəndində doğulmuş X3 05 oktyabr 1957-ci il tarixdə Şamaxı rayonu Qəleybuğurd kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-1714/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1714/2024
24.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver