Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1757/2025 09.01.2026 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X24 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, ərizəçi X3 nümayəndəsi X8 iştirakı ilə, X3 “ölüm faktının müəyyən edilməsi” barədə xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X9 xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 20 oktyabr 1967-ci ildə Sabirabad rayonunda doğulmuş, X1nun 20 yanvar 1968-ci ildə Şamaxı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1964-cü il tarixdə Sabirabad rayonu Yaxadəllək kəndində anadan olmuş, atası X5 Şamaxı şəhəri əvvəlki Üzeyir Hacıbəyov-hazırda Ağanəzər İsrayılov adına 16 saylı evi miras qalmışdır. Atası və anası vəfat edibdir. Həmin evə vərəsəlik açdırmaq istəyir. Bunun üçün Şamaxı Regional “ASAN” xidmət mərkəzinə müraciət etmiş, məlum olmuşdur ki, 20 oktyabr 1967-ci ildə Sabirabad rayonu, Yaxadəllək kəndində anadan olmuş X1 20 yanvar 1968-ci ildə Şamaxı şəhərində vəfat etsə də, ona ölüm haqqında şəhadətnamə alınmamışdır. X1 vəfat edərkən qanunları bilmədiyi üçün və hüzürə baş qarışdığından, vaxtında ölüm şəhadətnaməsi almaq üçün müraciət etməmişdir. X1 qeyd etdiyi kimi, 20 yanvar 1968-ci ildə Şamaxı şəhərində vəfat etmiş, onu “Yeddi Günbəz" qəbiristanlığında dəfn etmişlər. Dəfndə və hüzürdə qohumlar, qonşular və onları tanıyan şəxslər iştirak etmişlər. Bunu təsdiq edən sənədləri və sübutları vardır. Qardaşı körpə ikən vəfat etdiyindən, qəbrinin üstü düzəldilməmişdir. Nişanə kimi daş topası qalmışdır. Mərhum X1nun ölüm qeydinin aparılması üçün Şamaxı Regional ”ASAN” xidmət mərkəzinə müraciət etmiş, ona bildirilmişdir ki, qardaşının ölümü barədə ölüm akt qeydi aşkar olunmayıb. Məhkəmə iclasında ərizəçi X3 nümayəndəsi X14 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs Şamaxı rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 və Alısakhab Babaev ifadəsində göstərdilər ki, ərizəçi ilə qonşudurlar. Həqiqətən də, ərizəçinin X1 körpə olarkən, vəfat etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, X11 20 oktyabr 1967-ci ildə Sabirabad rayonunun Yaxadəllək kəndində anadan olmuş, atası X12 və anası X13r. İş materiallarında olan Şamaxı Regional ASAN xidmət Mərkəzində qeydiyyat şöbəsinin 25 avqust 2025-ci il tarixli 3-16-5/8-66-677/2025 saylı məktubunda göstərilir ki, X10 barədə ölüm faktını təsdiq edən sənəd (ölüm haqqında tibbi şəhaətnamə və ya ölüm faktını təsdiq edən məhkəə qərarı) təqdim edilmədiyi üçün ölümün qeydə alınması Şamaxı Regional ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin idarəetmə birliyi”nin “Şamaxı rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin 13 oktyabr 2025-ci il tarixli 18-1-72-F-10xx-xx-1808/2025 saylı arayışında göstərilir ki, Şamaxı RMX-da 1968-ci ilin ölüm haqqında qeydiyyat jurnalı olmadığı üçün, 20 oktyabr 1967-ci il təvəllüdlü X6 ölüm haqqında tibbi şəhadətnamənin verilib-verilməməsi məlum deyildir. İş materiallarında olan Şamaxı Bələdiyyəsinin 14 avqust 2025-ci il tarixli 187 saylı arayışından görünür ki, X10 20 oktyabr 1967-ci ildə anadan olmuş, 20 yanvar 1968-ci ildə vəfat etmiş və Şamaxı rayonu Yeddi Gümbəz qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçinin qardaşının ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə 20 oktyabr 1967-ci ildə Sabirabad rayonu, Yaxadəllək kəndində doğulmuş, X4 20 yanvar 1968-ci ildə Şamaxı şəhərində ölməsi faktı ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə təsdiq edildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də, ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 20 oktyabr 1967-ci ildə Sabirabad rayonunda doğulmuş X4 20 yanvar 1968-ci ildə Şamaxı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-1757/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1757/2025
09.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver