Məhkəmə qərarları › İş №2(074)-183/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-183/2023

27.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-183/2023 27.02.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Şamaxı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1926-cı il tarixdə Şamaxı rayon Padar kəndində anadan olmuş X2nun xx.xx.1995-ci il tarixdə Şamaxı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X2 və anası X3 ilə xx.xx.1961–ci ildə rəsmi qaydada nikaha daxil olmuşlar. X2 xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. O, Şamaxı rayonunun Yeddi Gümbəz qəbirstanlığında basdırılmışdır. Atasının ölümündən sonra sarsıntı keçirdiyindən və ölüm şəhadətnaməsini hansı qaydada əldə etməyi bilmədiylərindən, ona aid ölüm şəhadətnaməsini qanunla müəyyən edilmiş vaxtda rayon qeydiyyat şöbəsindən almamışlar. Atasının dəfnində və yas mərasimində yaxınları, tanışları və qohumları iştirak etməmişlər. Onları zərurət yaranarsa məhkəmə iclasına şahid qısmında dəvət edəcək. Hazırda atasının ölüm haqqına şəhadətnaməsini əldə etməkdən ötrü aidiyyatı təşkilatlara müraciət etsə də, ölüm şəhadətnaməsini əldə etmək mümkün olmamışdır. Şamaxı rayon Qeydiyyat Şöbəsi ona imtina məktubu verərək məktubda qeyd edilmişdir ki, xx.xx.1995-ci il tarixdə vəfat etmiş X6 barədə Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2022-ci ilədək daxil edilmiş bütün məlumatlar yoxlanarkən ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Eyni zamanda tərəfindən əlavə olaraq Şamaxı rayon Mərkəzi xəstəxanası X16 müraciət edilmiş, lakin həmin təşkilatın verdiyi xx.xx.2022-ci il tarixli 1181 saylı arayışa əsasən xx.xx.1995-ci il tarixdə X4 Şamaxı RMX –na ölümü haqqında müraciət olunmayıb və ona aid ölüm haqqında tibbi şəhadətnamənin verilməməsi qeydi aparılmışdır. Bununlada ona hər iki təşkilatdan izah edilmişdir ki, yalnız həmin şəxsin ölüm faktı məhkəmə qaydasında təsdiq olunarsa onda bu halda onun ölümü qeydə alına bilər. Məhkəmə araşdırması zamanı mərhum atası yas mərasimində və dəfnində iştirak edən şəxsləri şahis qismində mıhkəməyə təqdim edilməsini təmin edəcəkdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 məhkəməyə ifadə verib bildirdi ki, ərizəçinin qonşusudur, atasını da tanıyır, 90-cı illərdə rəhmətə gedib, xəstə idi. Yeddi- Günbəzdə dəfn olunub. Yas və dəfnində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 məhkəməyə ifadə verib bildirdi ki, ərizəçi qonşusudur, atasını da tanıyırdı. Atası 1995-ci ildə rəhmətə getdi. Dəfndə və yasda iştirak edib. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarından olan İ-ИE 193343 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X6 və X5 arasında nikah xx.xx.1961-ci ildə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 16 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə “Mütəllimov”, arvada “Mütəllimova” soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət Arxivi Şamaxı filialının 20 dekabr 2022-ci il tarixli arayışından görünür ki, Şamaxı rayon Hacıqədirli kənd icra nümayəndəliyinin Padar kəndində dair 1948-1950-ci ilin təsərrüfatbaşına kitablarında X6 öz təsərrüfatında 1926-cı ildə anadan olması qeyd edilmişdir. İş materiallarında olan AZ-T № 200150 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1953-cü il tarixdə Sabirabad rayonunda doğulmuşdur. X2, anası X1r. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat şöbəsinin 10 dekabr 2022-ci il tarixli 05/Q-1446/15 saylı arayışdan görünür ki, xx.xx.1995-ci ildə Şamaxı şəhərində vəfat etmiş X4 ölümünün qeydə alınmasına dair müraciətə baxılmışdır. X6 barədə Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2022-ci ilədək daxil edilmiş bütün məlumatlar yoxlanarkən ölüm haqqında akt qeydi aşkar olunmadı. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 1181 saylı “Şamaxı rayon Mərkəzi Xəstəxanası” X15 arayışından görünür ki, X4 xx.xx.1995-ci il tarixdə Şamaxı RMX-na ölüm haqqında müraciət olunmayıb və ona ölüm haqqında tibbi şəhadətnamə verilmədiyi üçün arxiv şöbəsində qeydiyyata alınmayıb. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi X2nun ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X4 xx.xx.1995-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305- 311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 1926-cı il tarixdə Şamaxı rayon Padar kəndində anadan olmuş, X4 25 mart 1995-ci il tarixdə Şamaxı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar