Məhkəmə qərarları › İş №2(074)-1843/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1843/2025

08.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1843/2025 08.01.2026 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim Abasov Qürur Bəybala oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən olunması haqqında xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 06 sentyabr 1995-ci il tarixdə anadan olmuş X3 10 oktyabr 1995-ci il tarixdə Şamaxı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Şamaxı şəhərində yaşayır. Mərhum əri X4 miras ev qalmışdır. Həmin evi öz adına rəsmiləşdirmək istəyir. Bunun üçün ondan digər sənədlərlə yanaşı xx.xx.1995-ci il tarixdə doğulmuş X1 istədilər. Bildirir ki, oğulları X7 xx.xx.1995-ci il tarixdə Şamaxı şəhərində vəfat etmişdir. Onu Şamaxı şəhəri “7 Gümbəz” qəbiristanlığında dəfn ediblər. Dəfndə və yas mərasimində qohumlar və qonşular iştirak ediblər. Lakin, başları dəfnə və yas mərasiminə qarışdığından, eləcədə vaxtında ölüm haqqında şəhadətnamə almaq lazım olduğunu bilmədiklərindən ölüm haqqında şəhadətnamə almamışlar. Qeydiyyat şöbəsinə müraciət etmişdir. Bildirdilər ki, ölüm barədə tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında təsdiq edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, ərizəçi onun qonşusudur, uşağın vəfat etməsini eşidib ərizəçinin evlərinə getmişdir, yas mərasimi ərizəçinin evində olmuşdur, yasda iştirak etmişdir, uşaq Yeddi Gümbəz qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildridi ki, ərizəçi onun baldızının qızıdır, uşaq xx.xx.1995-ci ildə anadan olmuş və qısa müddət ərzində vəfat etmişdir. Əlavə olaraq bildirdi ki, yasda iştirak etmişdir, uşaq yeddi Gümbəz qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs 27 sentyabr 2025-ci il tarixli məktubundan görünür ki, X3 ölümü barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2025-ci ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən, ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Şamaxı Bələdiyyəsinin 04 noyabr 2025-ci il tarixli arayışında göstərilir ki, X7 xx.xx.1995-ci il tarixdə anadan olmuş və xx.xx.1995-ci il tarixdə vəfat etmiş, Şamaxı rayonu Yeddi Gümbəz qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” X12 24 oktyabr 2025-ci il tarixli arayışında göstərilir ki, Şamaxı RMX-da 1995-ci ilin ölüm haqqında qeyd jurnalı olmadığı üçün, xx.xx.1995-ci ildə vəfat etmiş X3 adına ölüm haqqında tibbi şəhadətnamənin verilib-verilməməsi məlum deyil. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X7 xx.xx.1995-ci il tarixdə Şamaxı şəhərində anadan olmuşdur. X2, anası Ərizəçidır. Məhkəmənin sorğusuna cavab olaraq daxil olmuş, Şamaxı rayon Prokurorluğunun xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1995-ci il təvəllüdlü X3 xx.xx.1995-ci il tarixdə ölməsi ilə bağlı rayon prokurorluğunda araşdırma aparılmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, X3 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə 06 sentyabr 1995-ci ildə doğulmuş X3 10 oktyabr 1995-ci il tarixdə Şamaxı şəhərində ölməsi faktı ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə təsdiq edildiyindən, Azərbaycan Respublikasının MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də, ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305- 311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 06 sentyabr 1995-ci ildə Şamaxı şəhərində doğulmuş X3 10 oktyabr 1995-ci il tarixdə Şamaxı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qürur Abasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar