Məhkəmə qərarları › İş №2(074)-185/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-185/2025

19.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-185/2025 19.03.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, Ərizəçi nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 11 oktyabr 1970-ci il təvəllüdlü qardaşı X5 10 dekabr 1970-ci il tarixdə Şamaxı rayonu, Qonaqkənd kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun anası X6 adına Şamaxı rayonu Qonaqkənd kəndində torpaq sahəsi var. Anası vəfat etmişdir. Hazırda həmin torpaq sahəsinə vərəsəlik şəhadətnaməsi almaq istəyirlər. Sənədlərini Şamaxı regional "Asan Xidmət" Mərkəzinə təqdim edəndə biliblər ki, mərhum qardaşı X5 ölüm şəhadətnaməsi lazımdır. Qardaşının ölüm şəhadətnaməsini almaq üçün Maraqlı şəxsnə müraciət edib. Onun ölüm şəhadətnaməsi olmadığından Şamaxı Rayon Məhkəməsinə müraciət etməyi məsləhət biliblər. Göstərir ki, mərhum qardaşı X8 11 oktyabr 1970-ci ildə Şamaxı rayonu, Qonaqkənd kəndində anadan olmuş, 10 dekabr 1970-ci il tarixdə vəfat etmiş, Şamaxı rayonu Qonaqkənd kənd qəbiristanləğında dəfn edilmişdir. Qanunları bilmədiklərindən və yasa başları qarışdığından səhlənkarlıq edib vaxtında onun ölümü barədə ölüm şəhadətnaməsi almamışlar. Sonra da tamamilə unutmuşlar. Əmirin ölməsini yasda iştirak edən qohumlar və qonşular da təsdiq edə bilərlər. Bu faktı təsdiq edən kifayət qədər sənədləri və şahidləri var. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi X4 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verib bildirdi ki, X8 rəhmətə gedəndə uşaq olub. Şamaxı rayonu Qonaqkənd kənd qəbiristanləğında basdırılıb. Əmir cəmi bir neçə ay yaşayıb. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadə verib bildirdi ki, ərizəçinin ailələrini tanıyır. Ölən uşağı görməyib. Uşaq qırxı çıxmamış ölüb. Uşaq vəfat edəndə o da uşaq olub. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs 26 noyabr 2024-cü il tarixli, 3-16-5/8-69- 683/2024 saylı arayışından görünür ki, X8 11 oktyabr 1970-ci ildə Şamaxı rayonu, Qonaqkənd kəndində anadan olmuşdur. Bu barədə 05 noyabr 1970-ci il tarixində Şamaxı rayon İİ Cabanı kənd icra nümayəndəliyi tərəfindən 46 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15/1176/2024 saylı məktubundan görünür ki, X8 barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanarkən ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm faktını təsdiq edən sənəd (ölüm haqqında tibbi şəhadətnamə və ya ölüm faktını təsdiq edən məhkəmə qərarı) təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina olunmuşdur. İş materiallarında olan “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” X14 xx.xx.2024-cü il tarixli arayışından görünür ki, vətəndaşın deməsinə və qeydiyyat şöbəsinin imtina aktına görə X8 10 dekabr 1970-ci il tarixində rəhmətə getmişdir. Şamaxı RMX-da 1970-ci ilin ölüm haqqında qeydiyyat jurnalı olmadığı üçün X7 ölüm haqqında tibbi şəhadətnamənin verilib-verilməməsi mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş pasport, qeydiyyat və miqrasiya idarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, 11 oktyabr 1970-ci il təvəllüdlü X5 Azərbaycan Respublikası ərazisində qeydiyyatı və sənədləşməsi barədə məlumat müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi qardaşı X5 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X5 10 dekabr 1970ci il ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 11 oktyabr 1970-ci il tarixdə Şamaxı rayonu, Qonaqkənd kəndində anadan olmuş X5 10 dekabr 1970-ci il tarixdə Şamaxı rayonu, Qonaqkənd kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar