Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1854/2025 22.12.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Şamaxı Regional “Asan xidmət” mərkəzində Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum övladları xx.xx.1985-ci il təvəllüdlü X3 xx.xx.1994-cü il tarixdə və xx.xx.1986-cı il təvəllüdlü X1 xx.xx.1995-ci il tarixdə Şamaxı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum övladları xx.xx.1985-ci il təvəllüdlü X8 xx.xx.1994-cü il tarixdə və xx.xx.1986-cı il təvəllüdlü X5 xx.xx.1995-ci il tarixdə rəhmətə getmiş və qəbirsanlıqda dəfn olunmuşdular. Onların ölüm şəhadətnaməsini vaxtında ala bilməyiblər. Hazırda vərəsəlik məsələri ilə bağlı mərhum qızlarının ölüm şəhadətnaməsi tələb olunur. Ona görə də, Şamaxı Rayon Qeydiyyat Şöbəsinə müraciət ediblər, lakin ordan da bildirdilər ki, vaxtına onun ölüm faktı qeydiyyatdan keçmədiyindən, şəhadətnamənin verilməsi mümkün deyildir və məhkəməyə müraciət etməlidirlər. Ona görə də, mərhum qızlarının ölüm faktının məhkəmə qətnaməsi ilə müəyyən olunmasını istəyir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, uşağın biri 1985-ci il, digəri isə 1986-cı ildə doğulub. Uşaqlar fermada ölüblər. Xəstəxaya aparmayıblar. Təcili yardım çağırmayıblar. Şamaxıda “Yeddi Gümbəz” qəbirstanlığında dəfn olunublar. Yas mərasimi olmayıb. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verib bildirdi ki, o, Ərizəçi ilə qonşudurlar. Əslinin üç uşağı olmuş, lakin iki qızı kiçik yaşlarında dünyasını dəyişmişdir. Uşaqlar fermada dünyasını dəyişmişlər. Uşaqlar “7 Gümbəz” qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadə verib bildirdi ki, o, Ərizəçi ilə qonşudurlar. Əslinin üç uşağı olmuş, lakin iki qızı kiçik yaşlarında dünyasını dəyişmişdir. Uşaqlar fermada dünyasını dəyişmiş, lakin Şamaxı şəhərində “7 Gümbəz” qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Şamaxı regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinin 04 mart 2025-ci il tarixli arayışından görünür ki, X8 xx.xx.1985-ci ildə Şamaxı rayonu, Şamaxı şəhərində anadan olmuşdur. Bu barədə 20 noyabr 1985-ci il tarixdə Şamaxı Rayon Qeydiyyat Şöbəsində 633 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X4, anası Ərizəçidır. İş materiallarında olan Şamaxı regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinin 22 dekabr 2025-ci il tarixli arayışından görünür ki, X5 xx.xx.1986-cı ildə Şamaxı rayonu, Şamaxı şəhərində anadan olmuşdur. Bu barədə 20 yanvar 1987-ci il tarixdə Şamaxı Rayon Qeydiyyat Şöbəsində 38 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X4, anası Ərizəçidır. İş materiallarında olan “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” X17 05 mart 2025-ci il tarixli arayışından görünür ki, Ərizəçi övladları xx.xx.1985-ci il təvəllüdlü X8 və xx.xx.1986cı il təvəllüdlü X7, vətəndaşın deməsinə görə və qeydiyyat şöbəsinin imtina aktına əsasən X8 xx.xx.1994-cü il tarixdə, X7 xx.xx.1995-ci il tarixdə rəhmətə getmişlər. Şamaxı RMX-da 1994-1995-ci ilərin ölüm haqqında qeydiyyat jurnalı olmadığı üçün həmin şəxslərə ölüm haqqında tibbi şəhadətnamənin verilib-verilməməsi məlum deyil. İş materiallarında olan Şamaxı Rayon Qeydiyyat Şöbəsinin 01 mart 2025-ci il tarixli məktubundan görünür ki, X8 və X5 barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2025-ci ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar olunmayıb. İş materiallarında olan AR DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 11 dekabr 2025-ci il tarixli məktubundan görünür ki, sorğu edilən xx.xx.1985-ci il təvəllüdlü X8 və xx.xx.1986-cı il təvəllüdlü X1 Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatı, şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilməsi barədə məlumat müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi övladları X11 və X3 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X3 xx.xx.1994-cü ildə və X2 xx.xx.1995-ci ildə ölməsi ərizəçinin izahatı və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1985-ci il tarixdə Şamaxı rayonu, Şamaxı şəhərində anadan olmuş X3 xx.xx.1994-cü il tarixdə Şamaxı rayonu, Şamaxı şəhərində ölməsi faktı və xx.xx.1986-cı il Şamaxı rayonu, Şamaxı şəhərində anadan olmuş X2 xx.xx.1995-ci il tarixdə Şamaxı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-1854/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1854/2025
22.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver