Məhkəmə qərarları › İş №2(074)-188/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-188/2023

27.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-188/2023 27.02.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Şamaxı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 28 avqust 1995-ci il təvəllüdlü qızı X1 16 may 1997-ci il tarixdə Şamaxı rayon, Əngəxaran kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 28 avqust 1995-ci il təvəllüdlü qızı X3 16 may 1997-ci il tarixdə vəfat etmişdir. O, Əngəxaran kənd qəbirstanlığında dəfn olunmuşdur. Vaxtında ölüm şəhadətnaməsi ala bilməmişlər. Hazırda vərəsəlik məsələlərini həll etmək üçün uşağın ölüm şəhadətnaməsi lazımdır. Qeydiyyat şöbəsinə müraciət edib və bildiriblər ki, məhkəmə qətnaməsi tələb olunur. Ona görə də ərizənin təmin edilməsini istəyir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 məhkəməyə ifadə verib bildirdi ki, ərizəçi onun həmkəndlisidir. Diyanətin qızı Şəbnəm az müddət yaşayıb, sağlam deyildi 2 ilə yaxın yaşadı. Savadsızlıqdan almadılar kağızı. Dəfndə iştirak edib. Həmin kənddə dəfn olunub. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 məhkəməyə ifadə verib bildirdi ki, ərizəçi onun həmkəndlisidir. Diyanətin uşağı olandan bir müddət sonra rəhmətə getdi. Uşağın xəstəliyi barədə məlumatı yoxdur. Şəbnəm həmin kənddə dəfn olunub, dəfndə iştirak edib. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan XİX – ЖГ № 328932 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki X3 28 avqust 1995-ci il tarixdə Şamaxı şəhərində doğulmuşdur. Atası Ərizəçi, X2r. iş materiallarından olan İİ-ЖГ № 381713 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi və X5 arasında nikah xx.xx.1980-ci ildə Şamaxı rayon Qaleybuğurd kənd icra nümayəndəliyində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1980-ci il tarixdə 13 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə “Xudaverdiyev”, arvada “Xudaverdiyeva” soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 28 avqust 1995-ci il tarixdə anadan olmuşdur. Atası Ərizəçi, anası X2r. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat şöbəsinin 29 noyabr 2022-ci il tarixli 05/Q- 1401/15 saylı arayışdan görünür ki, X3 barədə vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2022-ci ilədək daxil edilmiş bütün məlumatlar yoxlanarkən ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 1177 saylı “Şamaxı rayon Mərkəzi Xəstəxanası” X11 arayışından görünür ki, xx.xx.1995-ci il təvəllüdlü X3 xx.xx.1997-ci il tarixində rəhmətə getmişdir. Şamaxı RMX-na müraciət etmədikləri üçün onlara ölüm haqqında tibbi şəhadətnamə xəstəxana tərəfindən təqdim olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi qızı X1 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X1 xx.xx.1997-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 28 avqust 1995-ci il tarixdə anadan olmuş X1 16 may 1998-ci il tarixdə Şamaxı rayonu, Əngəxaran kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar