Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1884/2025 11.12.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim Abasov Qürur Bəybala oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Ərizəçi nümayəndəsi – anası Nümayəndə iştirakı ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixdə bağlanmış MŞS/MT030/2024/02267 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə bağlanmış MŞS/MT030/2024/02267 nömrəli barışıq sazişinə əsasən, Maraqlı şəxs xx.xx.2022-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 90 manat olmaqla, ayda 180 manat sabit pul məbləğində alimenti ərizəçiyə ödəməyi öhdəsinə götürmüşdür. Maraqlı şəxs qeyd edilən barışıq sazişinin icrasından imtina edir, barışıq sazişinin bağlanmasından 1 ildən artıq vaxt keçməsinə baxmayaraq, barışıq sazişi ilə təsdiq edilmiş öhdəliyini yerinə yetirmir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi – anası Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, təsdiq olunmasını xahiş etdiyi barışıq sazişi xx.xx.2023-cü il tarixli, MŞS/MT030/2023/01036 nömrəli barışıq sazişidir, səhvən digər sazişin birinci vərəqini iş materiallarına əlavə edib. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, iş üzrə Maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən, maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)-1238/2023 saylı qətnaməsinin surətindən görünür ki, Maraqlı şəxs ilə Məmmədova (hazırda Nəbiyeva) Roza İntiqam qızı arasında xx.xx.2019-cu il tarixdə Şamaxı rayonu, Adnalı kənd icra nümayəndəliyində 05 nömrəli akt qeydi ilə rəsmiləşdirilimiş nikahın pozulması qət edilmişdir. İş materiallarında olan Maraqlı şəxs ilə Məmmədova (hazırda Nəbiyeva) Roza İntiqam qızı arasında mediasiya təşkilatında, xx.xx.2023-cü il tarixdə bağlanmış MŞS/MT030/2023/01036 saylı barışıq sazişində göstərilir ki, mediasiya prosesində hər iki tərəf bir-birinə qarşı heç bir şərt irəli sürmədən barışmaq üçün vaxt verilmədən aralarındakı xx.xx.2019-cu il tarixli, 05 saylı nikah qeydinin pozulmasına razıdırlar. Ailə qanunvericiliyinə əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvəsində həll ediləcəkdir; mediasiya prosesində hər iki tərəf birgə nikahdan olan xx.xx.2022-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi anaları Məmmədova (hazırda Nəbiyeva) Roza İntiqam qızının yanında yaşamalarına razıdırlar; Məmmədova (hazırda Nəbiyeva) Roza İntiqam qızı xx.xx.2022-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 ataları Maraqlı şəxs ilə hər hansı (ay, gün və saat barədə) məhdudiyyət qoymadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürür; Maraqlı şəxs xx.xx.2022-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 2023-cü ilin iyun ayından başlayaraq, hər ay hər bir uşaq üçün 90 manat, cəmi 180 manat sabit pul məbləğində alimenti (hər ayın sonuncu günündən gec olmayaraq) Məmmədova (hazırda Nəbiyeva) Roza İntiqam qızına ödəmək barədə öhdəlik götürür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Yuxarıda göstərilən Məcəllənin 355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1-ci maddəsinə əsasən, barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə, mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri göstərilir. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən, barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Qeyd edilən Qanunun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə bağlanmış MŞS/MT030/2023/01036 saylı barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1-ci maddəsinin tələblərinə uyğun olaraq forma və məzmun şərtlərinə əməl edilməklə bağlanmış və həmin Qanunun 33.3-cü maddəsinin tələbinə əsasən qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamışdır. Mediasiya prosesində bağlanmış barışıq sazişinin şərtləri dəqiq göstərilməklə yuxarıda göstərilən qaydada olmuşdur. Maraqlı şəxs barışıq sazişinin şərtlərindən olan xx.xx.2022-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 2023-cü ilin iyun ayından başlayaraq, hər ay hər bir uşaq üçün 90 manat, cəmi 180 manat sabit pul məbləğində alimenti (hər ayın sonuncu günündən gec olmayaraq) Məmmədova (hazırda Nəbiyeva) Roza İntiqam qızına ödəmək barədə öhdəlik götürsə də, göstərilən şərltərə (öhdəliyə) əməl etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Məmmədova (hazırda Nəbiyeva) Roza İntiqam qızı ilə Maraqlı şəxs arasında mediasiya təşkilatında, xx.xx.2023-cü il tarixdə bağlanmış MŞS/MT030/2023/01036 saylı barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 234.2.1-ci, 307-311-ci, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Məmmədova (hazırda Nəbiyeva) Roza İntiqam qızı ilə Maraqlı şəxs arasında mediasiya təşkilatında, xx.xx.2023-cü il tarixdə bağlanmış MŞS/MT030/2023/01036 saylı barışıq sazişi təsdiq edilsin. xx.xx.2022-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi anaları Məmmədova (hazırda Nəbiyeva) Roza İntiqam qızının yanında yaşasınlar. Maraqlı şəxs övladları xx.xx.2022-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X2 ilə hər hansı (ay, gün və saat barədə) məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmaq hüququ müəyyən edilsin. xx.xx.2022-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Maraqlı şəxs 2023-cü ilin iyun ayından başlayaraq, hər ay hər bir uşaq üçün 90 manat, cəmi 180 manat sabit pul məbləğində aliment tutularaq, Məmmədova (hazırda Nəbiyeva) Roza İntiqam qızına ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qürur Abasov
Məhkəmə qərarları › İş №2(074)-1884/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1884/2025
11.12.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver