Məhkəmə qərarları › İş №2(074)-1894/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-1894/2025

02.12.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-1894/2025 02.12.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə bağlanmış MŞS/MT030/2023/2449 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Ərizəçi tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, MŞS/MT030/2023/2449 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi Maraqlı şəxs ilə birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X5, xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək hər ay hər uşaq üçün 90 manat olmaqla, ayda 270 (iki yüz yetmiş) manat sabit pul məbləğində alimenti Ərizəçi ödəniləcəyi ilə bağlı könüllü olaraq mübahisəni qarşılıqlı razılıqla həll etmək üçün, mediasiya reyesterində-qeydiyyatdan keçmiş mediator X1 iştiraki ilə xx.xx.2023-cü il tarixdə bağlanmış MŞS/MT030/2023/2449 saylı barışıq sazişinin şərtlərinə əsasən tərəflər razılığa gəlmişlər ki, tərəflər Ərizəçi və Maraqlı şəxs birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X5, xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək, saxlanılmaları üçün ayda hər uşağa görə 90 manat olmaqla, hər ay 270 manat sabit pul məbləğində aliment ödənilməsinə Maraqlı şəxs razılıq vermiş və bu barədə öz üzərinə öhdəlik götürmüşdür. Lakin, Maraqlı şəxs qeyd edilən barışıq sazişinin icrasından imtina edir, barışıq sazişinin bağlanmasından 1 (bir) il, 11 (on bir) aydan artıq vaxt keçməsinə baxmayaraq, barışıq sazişi ilə təsdiq edilmiş öhtəliyi yerinə yetirmir. Belə ki, barışıq sazişinə əsasən olan öhdəliyi ilə, yəni birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X5, xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək onların saxlanılması üçün, hər ay 270 manat alimentin ödənilməsindən, heç bir əsas olmadan imtina edir. Hazırki işdən görünür ki, tərəflər mediyasiya sessiyasında (prosesində) xx.xx.2023-cü il tarixdə bağlanmış MŞS/MT030/2023/2449 saylı barışıq sazişi bağlayaraq mübahisənin məhkəmədən kənar qaydada həlli barədə razılığa gəliblər. Yəni maraqlı şəxs (cavabdeh) barışıq sazişinin imzalayaraq, birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X5, xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ayda hər uşağa görə 90 manat olmaqla, hər ay 270 manat sabit pul məbləğində alimentin ərizəçiyə (iddiaçıya) ödəyəcəyinə dair öhdəlik götürüb. Bu gün də barışıq sazişi qüvvədədir, nə iddiaçı, həmin barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciyət edib, nə də maraqlı şəxs (cavabdeh) barışıq sazişinin etibarsızlığına dair məhkəmədə iddia qaldırmayıb. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, alimenti ödəmir. Onlar ayrı yaşayırlar. Buna görə də ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi X4 izahat verərək bildirdi ki, onun səhhətində promlem var. Onun oğlu bəzən işləyir, bəzən isə yox. Oğlunun da ilk evliliyindən uşağı var. Ona da o aliment ödəyir. Buna görə də ərizənin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, mediasiya prosesində hər iki tərəf birbirinə qarşı və heç bir şərt irəli sürmədən barışmaq üçün vaxt vermədən aralarındakı xx.xx.2017-ci il tarixli, 09 saylı nikah qeydinin pozulmasına razıdırlar. Ailə qanunvericiliyinə əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcək. Mediasiya prosesində hər iki tərəf birgə nikahdan olan xx.xx.2017-ci təvəllüdlü X5, xx.xx.2018-ci il təvəllüdlü X6, xx.xx.2020-ci il təvəllüdlü X3 anası - Ərizəçi Firudun qızının yanında yaşamasına razıdılar. Ərizəçi Firudun qızı xx.xx.2017-ci təvəllüdlü X5, 26 10.2018-ci ıl təvəllüdlü X6, xx.xx.2020-ci il təvəllüdlü X7 atası - Maraqlı şəxs ilə hər hansı (ay,gün və saat barədə) məhdudiyyət qoymadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürür. Maraqlı şəxs, xx.xx.2017-ci təvəllüdlü X5, xx.xx.2018ci il təvəllüdlü X6, xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 2023-cü il noyabr ayından başlayaraq hər ay hər uşaq üçün 90 (doxsan) manat, cəmi 270 (iki yüz yetmiş) manat sabit pul məbləğində almenti (hər ayın sonuncu günündən gec olmayaraq) anası - Ərizəçi Firudun qızına ödəmək barədə öhdəlik götürür. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 2(074)-176/2024 saylı, 04 mart 2024-cü il tarixli qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, Maraqlı şəxs ilə Ərizəçi arasında 12 may 2017-ci il tarixdə Şamaxı rayonu Quşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 09 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri göstərilir: Həmin Qanunun 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq sazişi bağlamış, həmin barışıq sazişinin şərtləri dəqiq göstərilmişdir. Lakin sazişdə 2023-cü iln noyabr ayından başlayaraq Maraqlı şəxs xx.xx.2017-ci il təvəllüdlü X5, xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması hər ay hər uşaq üçün 90 (doxsan) manat, cəmi 270 (iki yüz yetmiş) manat sabit pul məbləğində almenti Ərizəçi ödəməyi öhdəsinə götürsə də buna əməl etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilsin. xx.xx.2017-ci il təvəllüdlü X5, xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X7 anası - Ərizəçi yanında saxlanılsın. Maraqlı şəxs xx.xx.2017-ci il təvəllüdlü X5, xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X7 ilə hər hansı (ay,gün və saat barədə) məhdudiyyət qoymadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmaq hüququ müəyyən edilsin. 2023-cü il noyabr ayından başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X5, xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Maraqlı şəxs hər ay hər uşaq üçün 90 (doxsan) manat, cəmi 270 (iki yüz yetmiş) manat sabit pul məbləğində alment tutularaq Ərizəçi ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar