Məhkəmə qərarları › İş №2(074)-192/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-192/2023

27.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-192/2023 27.02.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Şamaxı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1983-cü il təvəllüdlü qardaşı X5 xx.xx.2004-cü il Şamaxı rayonu, Hacılı kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun xx.xx.1983–cü il təvəllüdlü qardaşı X1 yaşamış və xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. O, eyni ərazi dairəsi olan Əhmədli kənd qəbirstanlığında dəfn olunmuşdur. Vaxtında ölüm şəhadətnaməsi ala bilməmişlər. Valideynləri də vəfat etmişlər. Hazırda vərəsəlik məsələlərini həll etmək üçün uşağın ölüm şəhadətnaməsi lazımdır. Qeydiyyat şöbəsinə müraciət edib və bildiriblər ki, məhkəmə qətnaməsi tələb olunur. Ona görə də ərizənin təmin olunmasını istəyir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 məhkəməyə ifadə verib bildirdi ki, ərizəçinin əmisi oğludur. X8 ürək çatışmazlığından rəhmətə gedib. 2004-cü ildə Hacılı kənd qəbirsanlığında dəfn olunub. Dəfn və yasda iştirak edib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 məhkəməyə ifadə verib bildirdi ki, ərizəçinin qonşusudur. Ərizəçinin qardaşı Zamiq ürək çatışmazlığından rəhmətə gedib. Hacılı kənd qəbirsanlığında dəfn olunub. Dəfn və yasda iştirak edib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 məhkəməyə ifadə verib bildirdi ki, ərizəçinin xalası nəvəsidir. Zamiqin ürək tutmaları olub və 2004-cü ildə rəhmətə gedib. Kənd qəbirsanlığında dəfn olunub. Dəfn və yasda iştirak etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-T № 200139 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1990-cı il tarixdə Şamaxı rayonu, Hacılı kəndində doğulmuşdur. X2, X11r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1983-cü il tarixdə Şamaxı rayonu, Hacılı kəndində doğulmuşdur. X2, X11r. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat şöbəsinin 18 noyabr 2022-ci il tarixli 05/Q-1356/15 saylı arayışdan görünür ki, X8 barədə Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2022-ci ilədək daxil edilmiş bütün məlumatlar yoxlanarkən ölüm haqqında akt qeydi aşkar olunmadı. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 1097 saylı “Şamaxı rayon Mərkəzi Xəstəxanası” X20 arayışından görünür ki, Ərizəçi qardaşı X5 xx.xx.2004-cü il tarixində Şamaxı RMX-na ölümü haqqında müraciəti olunmayıb və ona heç bir ölüm haqqında tibbi şəhadətnamə verilmədiyi üçün arxiv şöbəsində qeydiyyata alınmayıb İş materiallarında olan 29 noyabr 2022-ci il tarixli 159 saylı Şamaxı rayon İcra hakimiyyəti başçısının Hacılı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, Ərizəçi qardaşı X8 xx.xx.2004 –cü il tarixdə vəfat etmiş və Əhmədli kənd qəbirsanlığında dəfn olunmuşdur. İş materiallarında olan AZ-İ № 644060 saylı ölüm haqqında şəhadətnaməsən görünür ki, X6 05 iyul 2014-cü ildə ölmüşdür. İş materiallarında olan AZ-İİ № 315308 saylı ölüm haqqında şəhadətnaməsən görünür ki, X14 xx.xx.2016-cı ildə ölmüşdür. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi qardaşı X5 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X5 xx.xx.2004–cü il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305- 311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 17 yanvar 1983–cü il tarixdə anadan olmuş X5 17 avqust 2004-cü il tarixdə Şamaxı rayonu, Hacılı kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar