Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-192/2024 16.01.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Fətaliyeva Fidan Adil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi (Maraqlı şəxs) ərizə ilə məhkəməyə müraciət edərək, 15 mart 1962-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş Ağaverdiyev Hicran Osman qızının 29 oktyabr 1962-ci il tarixdə Şamaxı şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qızı - Ağaverdiyev Hicran Osman qızı 15 mart 1962-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş, 29 oktyabr 1962-ci il tarixdə Şamaxı şəhərində vəfat etmiş, Kiçik Xınıslı kənd qəbiristanlığında dəfn edilmişdir. Hicranın dəfnində qonşular və qohumlar da iştirak etmişdir. Yas mərasiminə başları qarışdığından Hicrana ölüm haqqında şəhadətnamə almayıblar. Ölüm haqqında şəhadətnaməni almaq üçün aidiyyəti üzrə müraciət edib. Şamaxı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi Ağaverdiyeva Hicran Osman qızının rəhmətə getməsi barədə müraciət edilmədiyindən ölüm haqqında tibbi şəhadətnamə xəstəxana tərəfindən tərtib olunmadığını bildirib. O, sonra Maraqlı şəxsnə müraciət edib, orada da Ağaverdiyeva Hicran Osman qızının ölüm faktını təsdiq edən sənəd təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Hicranın ölümü haqqında şəhadətnamə almaq digər qaydada mümkün deyil. Hicranın 29 oktyabr 1962-ci il tarixdə ölməsi barədə şahidlik aktı da tərtib olunmuşdur. Zərurət yaranarsa onlar məhkəmədə də iştirak edə bilərlər. Ona görə də ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verib bildirdi ki, Ərizəçi onun əmisidir. Onun Hicran adlı qızı bir neçə ay yaşadıqdan sonra rəhmətə getmişdir. Hicran evdə rəhmətə getmişdir. O, Hicranın yas mərasimində iştirak edib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verib bildirdi ki, Ərizəçi ilə qonşudur. Ərizəçinin qızı Hicran 1962-ci il tarixdə anadan olub bir neçə aydan sonra isə rəhmətə getmişdir. Hicran ölən vaxt hamı ona göz dəydiyi üçün öldüyünü demişdir. Hicran ev şəraitində rəhmətə gedib. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 16 noyabr 2023-cü il tarixli, 3-16-5/8-69-1016/2023 saylı Maraqlı şəxs arayışından görünür ki, Ağaverdiyeva Hicran Osman qızı 15 mart 1962-ci il tarixdə Şamaxı şəhərində anadan olmuşdur. Bu barədə 18 aprel 1962-ci il tarixdə Maraqlı şəxsndə 214 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, ünvan 1 ünvanında yaşayan mərhum xx.xx.1962-ci il tarixdə anadan olmuş Ağaverdiyeva Hicran Osman qızı xx.xx.1962-ci il tarixdə vəfat edib. Mərhum Şamaxı rayonu, Kiçik Xınıslı kənd qəbiristanlığında dəfn olunub. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 18-1-72/2-A-16xx-xx-1465/2023 saylı “Şamaxı rayon Mərkəzi Xəstəxanası” X5 arayışından görünür ki, xx.xx.1962-ci il təvəllüdlü Ağaverdiyev Hicran Osman qızı, xx.xx.1962-ci il tarixdə rəhmətə getmişdir. Şamaxı RMX-na müraciət etmədikləri üçün onlara ölüm haqqında tibbi şəhadətnamə xəstəxana tərəfindən təqdim olunmamışdır. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 3165/8-15-1231/23 saylı arayışdan görünür ki, Ağaverdiyeva Hicran Osman qızı barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 15 noyabr 2023-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanarkən ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 210 nömrəli Şamaxı Bələdiyyəsinin arayışından görünür ki, Ağaverdiyev Hicran Osman qızı xx.xx.1962-ci il tarixdə vəfat etmiş və Şamaxı rayonu, Kiçik Xınıslı qəbiristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi qızı Ağaverdiyeva Hicran Osman qızının ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə Ağaverdiyeva Hicran Osman qızının xx.xx.1962-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305- 311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 15 mart 1962-ci il tarixdə Şamaxı şəhərində doğulmuş Ağaverdiyeva Hicran Osman qızının 29 oktyabr 1962-ci il tarixdə Şamaxı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-192/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-192/2024
16.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver