Məhkəmə qərarları › İş №2(074)-193/2022

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-193/2022

01.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-193/2022 01.03.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Ərizəçinun iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Şamaxı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 20 avqust 1962-ci il tarixdə Şamaxı rayonu, Qaleybuğurd kəndində anadan olmuş X9nun 07.06.2012-ci il tarixdə Rusiya Federasiyasının Nijni Taqil şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X16 ilə 01.08.1997-ci il tarixdə ailə qurmaqla rəsmi nikaha daxil olmuş, onların bu nikahdan uşaqları olmamışdır. Ailə qurduqdan sonra o, X9 ilə bir müddət Rusiya Federasiyasının Nijni Taqil şəhərində yaşamışlar. X9 orada fəhləliklə pul qazanmışdır. Lakin X9 xəstə olduğu üçün 07.06.2012ci il tarixdə vəfat etmişdir. O, həmin ərəfədə çətinliklə də, olsa məhrum X9nu nəşini Azərbaycana gətirib onun anadan olduğu Şamaxı rayonu, Qaleybuğurd kəndində kənd qəbirstanlığında dəfn etmiş. Bundan sonra onun və yaxınlarının başı yasa qarışmış, sonra isə artıq mərhum ərinin ölüm kağızının alınmasında marağı da olmamış və beləliklə də, yaddan çıxmışdır. Rəhmətlik ərinin dəfnində və yas mərasimində yaxınları, tanışları və qonşuları iştirak etmişlər. Hazırda o başqa bir şəxslə ailə qurmaq niyyətindədir. Lakin keçmiş X9nun ölüm haqqında şəhadətnaməsi olmadığından yeni nikaha daxil ola bilmir. Həmin sənədi məhkəmədən kənar başqa qaydada əldə etmək də, mümkün deyil. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 məhkəməyə ifadə verib bildirdi ki, Ərizəçi onun qohumudur. X1. Bir müddət Rusiya Federasiyasında yaşayıb. O, Rusiya Federasiyasında vəfat edib. Dəfn mərasimində iştirak edib. Qaleybuğurd kəndində kənd qəbirstanlığında dəfn edilib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 məhkəməyə ifadə verib bildirdi ki, Qaleybuğurd kəndində yaşayır. Qaleybuğurd kənd qəbirstanlığında dəfn edilmişdir. O, onun dəfn mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarından olan Şamaxı rayon Qeydiyyat Şöbəsinin 22.09.2021-ci il tarixli 05/Q-855/69 saylı arayışından görünür ki, X16 ilə X4 nikah haqqında 01.08.1997-ci il tarixli 09 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikahları Şamaxı rayonu Bağırlı kənd icra nümayəndəliyində bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə “Əzizov”, arvada “Əzizova” soyadı verilmişdir. İş materiallarında olan 24.11.2021-ci il tarixli 230 saylı Şamaxı rayon İHB-nin Qaleybuğurd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, X16 07.06.2012-ci il tarixində vəfat etmiş, Şamaxı rayonu, Qaleybuğurd kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarından olan 30.11.2021-ci il tarixli 05/Q-1310/15 saylı Şamaxı rayon Qeydiyyat Şöbəsinin məktubundan görünür ki, 07.06.2012-ci il tarixdə Rusiya Federasiyasının Nijni Taqil şəhərində ölmüş X9nun ölümünün qeydə alınmasına dair müraciətə baxılmış və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 30.11.2021-ci ilədək ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat Şöbəsinin 30.11.2021-ci il tarixli arayışından görünür ki, X16 20 avqust 1962-ci ildə Şamaxı rayonunun Qaleybuğurd kəndində anadan olmuş, bu barədə 13 sentyabr 1962-ci il tarixdə Şamaxı rayonunun Qaleybuğurd kənd icra nümayəndəliyində 60 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarından olan 14.12.2021-ci il tarixli 1232 saylı Şamaxı rayon X8 Hüquqi Şəxsin məktubundan görünür ki, 20.08.1962-cı il təvəllüdlü X5 RMX-na hər hansı xəstəliklə əlaqədar olaraq müraciət etməmişdir və xəstəxana tərəfindən ölüm haqqında tibbi şəhadətnamə ona verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi X9nun ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X10 07 iyun 2012-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 20 avqust 1962-ci il tarixdə Şamaxı rayonu, Qaleybuğurd kəndində doğulmuş X10 07 iyun 2012-ci il tarixdə Rusiya Federasiyasının Nijni Taqil şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar