Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-2025/2024 27.12.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X8 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, ərizəçi X5 və Maraqlı şəxs iştirakı ilə, X2 mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X5 xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixdə Sumqayıt 1 saylı X1 Eldar Məhərrəməli oğlu ilə aralarında bağlanmış MŞS/MT030/2024/02312 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə xx.xx.2014-cü ildə rəsmi nikah münasibətinə daxil olaraq, ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2015-ci il tarixdə X6 və xx.xx.2018-ci il tarixdə X7 adlı iki övladı doğulmuşdur. Aralarındakı nikah Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)-55/2023 saylı qətnaməsi ilə pozulmuş və uşaqlar onun yanında saxlanılmışdır. Həmin qətnamə ilə aliment təyin olunmamışdır. Boşanandan sonra, aliment tələbi ilə əlaqədar, mediasiya təşkilatına müraciət etdikdə, Maraqlı şəxs ilə aralarında barışıq sazişi imzalanmışdır. Həmin sazişə əsasən, Maraqlı şəxs hər ay hər uşağa görə 90 manat olmalqa, cəmi 180 manat aliment ödəməyi öhdəsinə götürmüşdür. Barışıq sazişinin bağlanmasından xeyli müddət keçməsinə baxmayaraq, Maraqlı şəxs öhdəliyə əməl etmir, alimenti ödəmir və barışıq sazişinin şərtlərini könüllü olaraq icra etmək istəmir. Bu səbəbdən, barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçi X5 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs barışıq sazişinin təsdiq olunması barədə verilmiş ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt 1 saylı X1 Eldar Məhərrəməli oğlu ilə X5 arasında aşağıdakı şərtlərlə MŞS/MT030/2024/02312 nömrəli barışıq sazişi bağlanmışdır: mediasiya prosesində hər iki tərəf alimentlə bağlı razılığa gəldilər ki, Maraqlı şəxs birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X6, xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, 2024-cü ilin oktyabr ayından başlayaraq (hər ayın sonuncu günündən gec olmayaraq), hər ay hər uşaq üçün 90 manat olmaqla, cəmi 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimenti X4 ödəmək barədə öhdəlik götürür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1-ci maddəsinə əsasən, barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri göstərilir: Həmin Qanunun 33.3-cü maddəsinə əsasən, barışıq sazişi qanuna və bu Qanunun 3.3cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında mediasiya prosesində barışıq sazişi bağlanmış, həmin barışıq sazişinin şərtləri dəqiq göstərilmişdir. Lakin, hazırki iş üzrə Maraqlı şəxs barışıq sazişi ilə üzərinə götürdüyü öhdəliyə əməl etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt 1 saylı X1 Eldar Məhərrəməli oğlu ilə X5 arasında bağlanmış MŞS/MT030/2024/02312 nömrəli barışıq sazişi təsdiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 307- 311-ci, 355-23-355-26-cı, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.2024-cü il tarixdə Sumqayıt 1 saylı X1 Eldar Məhərrəməli oğlu ilə X5 arasında aşağıdakı şərtlərlə bağlanmış MŞS/MT030/2024/02312 nömrəli barışıq sazişi təsdiq edilsin: “Mediasiya prosesində hər iki tərəf alimentlə bağlı razılığa gəldilər ki, Maraqlı şəxs birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X6, xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, 2024-cü ilin oktyabr ayından başlayaraq (hər ayın sonuncu günündən gec olmayaraq), hər ay hər uşaq üçün 90 manat olmaqla, cəmi 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimenti X4 ödəmək barədə öhdəlik götürür”. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-2025/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-2025/2024
27.12.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver