Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-2054/2025 27.02.2026 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Abasov Qürur Bəybala oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” haqqında xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 09 iyul 1988-ci il tarixdə Şamaxı rayonu, Padar kəndində doğulmuş X2 09 sentyabr 1988-ci il tarixdə Şamaxı şəhərində ölməsi faktının müəyyən olunması və 05 iyun 1991-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş X4 10 dekabr 1991-ci il tarixdə Şamaxı şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, vərəsəliklə bağlı Şamaxı reqional “ASAN xidmət”mərkəzinə müraciət edib. O, sənədlərini təqdim etdikdə məlum oldu ki, körpə vaxtlarında vəfat etmiş uşaqları 09 iyul 1988-ci ildə doğulmuş X9 və 05 iyun 1991-ci ildə anadan olmuş X6 ölüm şəhadətnaməsi alınmamışdır. Həmin sənədləri almaq üçün Şamaxı Rayon Qeydiyyat şöbəsinə müraciət edib. Ona bildirilib ki, tibbi şəhadətnamə və müvafiq məhkəmə qərarı olmadığından ölüm qeydiyyatının aparılması mümkün deyil. O, tibbi şəhadətnamə almaq üçün xəstəxanaya müraciət edib. Ona cavab verilib ki, həmin dövrlər üçün qeydiyyat jurnalı olmadığından həmin uşaqların ölümləri barədə tibbi şəhadətnamə olub olmaması məlum deyil. Belə olan halda, ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməli olub. Göstərir ki, mərhum qızı - X9 09 iyul 1988-ci ildə Şamaxı şəhərində anadan olmuş, iki ay sonra xəstələnərək vəfat etmiş və Şamaxı şəhəri “Yeddi Gümbəz” qəbiristanlığında dəfn olunmuşdur. X1 isə 05 iyun 1991-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş, 10 dekabr 1991-ci il tarixdə Şamaxı şəhərində evdə xəstələnərək, vəfat etmişdir. O da, Şamaxı şəhəri “Yeddi Gümbəz” qəbiristanlığında dəfn olunmuşdur. Uşaqların hər ikisi körpə olduqlarından qəbirlərinin üstü düzəldilməmiş, yalnız nişanə olaraq baş daşları qalmışdır. Hər ikisinin dəfnində qohumlar və qonşular iştirak etmişlər və onlar bunu təsdiq edə bilərlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verib bildirdi ki, 90-cı illərin əvvəlləri bacısının uşaqları xəstəliklə bağlı dünyasını dəyişib. Uşaqların hansı ildə və ya fəsildə öldüklərini xatırlamır. Uşaqlar evdə vəfat ediblər. Uşaqlar “Yeddi gümbəz” qəbiristanlığında dəfn olunub. 2 uşaq ölüb, 1 qız və 1 oğlan. Onun o zaman 17-18 yaşı olub. Dəfnə gedib-getmədiyini xatırlamır. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin maraqlı şəxsin nümayəndəsi ərizə göndərərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1988-ci il tarixdə Şamaxı rayonu Şəhriyar qəsəbəsində vəfat etmiş X2 və xx.xx.1991-ci il tarixdə Şamaxı rayonu Şəhriyar qəsəbəsində vəfat etmiş X4 ölümləri barədə “Vətəndaşlıq vəziyyəti aktlarının” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2025-ci il tarixinədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” X17 xx.xx.2025-ci il tarixli məktububdan görünür ki, Şamaxı RMX-da 1988-1991 -ci ilin ölüm haqqında qeydiyyat jurnalı olmadığı üçün, xx.xx.1988-ci il tarixində vəfat etmiş X9 və xx.xx.1991-ci il tarixində vəfat etmiş X6 ölüm haqqında tibbi şəhadətnamənin verilib verilməməsi məlum deyil. İş materiallarında olan Şamaxı Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 232 saylı arayışından görünür ki, X7 həqiqətən bacısı X9 xx.xx.1988-ci ildə anadan olmuş, xx.xx.1988-ci ildə vəfat etmiş və Şamaxı rayonu “Yeddi Gümbəz” qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Şamaxı Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 233 saylı arayışından görünür ki, X7 həqiqətən qardaşı X11 xx.xx.1991-ci ildə anadan olmuş, xx.xx.1991-ci ildə vəfat etmiş və Şamaxı rayonu “Yeddi Gümbəz” qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Xİİİ-ЖГ № 331878 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 09 iyul 1988-ci ildə Şamaxı rayonunda anadan olmuşdur. Atası Ərizəçi, anası isə X3r. İş materiallarında olan XVİ-ЖГ № 319197 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 05 iyun 1991-ci ildə Şamaxı rayonunda anadan olmuşdur. Atası Ərizəçi, anası isə X3r. İş materiallarında olan AZ-İİ № 492158 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2025-ci il tarixdə “durğunluq ürək çatışmazlığı” səbəbindən Şamaxı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi qızı - X9 və oğlu - X4 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə qızı - X2 09 sentyabr 1988-ci ildə və oğlu - X4 10 dekabr 1991-ci ildə ölmələri ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikasının MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 09 iyul 1988-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş X2 09 sentyabr 1988-ci il tarixdə Şamaxı şəhərində ölməsi faktı və 05 iyun 1991-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş X4 10 dekabr 1991-ci il tarixdə Şamaxı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qürur Abasov
Məhkəmə qərarları › İş №2(074)-2054/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-2054/2025
27.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver