Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-212/2021 23.04.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Şamaxı rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən olunması” barədə ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 21.06.1968-ci il təvəllüdlü ögey qardaşı X22, 19.10.1969-cu il təvəllüdlü ögey bacısı X16, 28.04.1973-cü il təvəllüdlü ögey qardaşı X13 evin partlaması nəticəsində yanaraq ölməsi faktlarının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, 21.06.1968-ci il təvəllüdlü ögey qardaşı X22, 19.10.1969-cu il təvəllüdlü ögey bacısı X16, 28.04.1973-cü il təvəllüdlü ögey qardaşı X20 19.07.1981-ci ildə evin partlaması nəticəsində yanaraq dünyalarını dəyişmişlər. X5 ağır yanıq xəsarətləri alaraq uzun müddət xəstəxanalarda qalmış, buna görə də övladlarının ölüm kağızlarını əldə edə bilməmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək və ona uyğun izahat verib bildirdi ki, ərizə tamamilə əsaslıdır. Mərhum ögey bacı və qardaşları evin partlaması nəticəsində yanaraq vəfat etmişlər. Bunu şahidlər də təsdiq edə bilərlər. Atasının adı Azər olsa da onu rayonda hamı Feyaz kimi tanımış qəbir daşlarının üzərində Feyaz yazılmasının səbəbidə budur. Beləki atası həmin vaxt özü də xəsarət aldığı üçün xəstəxanada olmuş və dəfndə iştirak edə bilməmişdir. Buna görə də ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 məhkəməyə ifadə verib bildirdi ki, Ərizəçi və onun atası X4 onun qonşusudur. X3 adı Azər olmasına baxmayaraq ona el arasında Feyaz deyirdilər. 1981-ci ildə o, yanğından mühafizənin rəisi işləyən zaman X3 evində partlayış olmuşdur. Bu zaman evdə olan mərhumun əvvəlki həyat yoldaşı Zəkiyyə, uşaqları Kamran, Namiq və Lətafət partlayış nəticəsində vəfat etmişlər. X4 isə ağır xəsarətlər almasına baxmayaraq sağ qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 məhkəməyə ifadə verib bildirdi ki, o, 1970-ci ildə həmin küçəyə köçmüş, qonşusu X3 adı Azər olmasına baxmayaraq o, el arasında Feyaz adı ilə tanınmışdır. 1981-ci ildə səhərə yaxın X3 evi partlamış, həmin zaman onun evdə olan həyat yoldaşı Zəkiyyə, uşaqları Kamran, Namiq və Lətafət partlayış nəticəsində vəfat etmişlər. Həmçinin o, Sabunçu rayon xəstəxanasında xəstə yatan həmin partlayışdan sağ çıxan X4nu ziyarətə getmişdir. Hal-hazırda Ərizəçi isə X3 növbəti evliliyindən olan tək uşağıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X28 məhkəməyə ifadə verib bildirdi ki, o, X4 ilə qonşu olmuş, onun adı Azər olmasına baxmayaraq o, el arasında Feyaz adı ilə tanınmışdır. X3 üç uşağı və həyat yoldaşı olmuşdur. Uşaqlar və həyat yoldaşı hadisə zamanı vəfat etmişlər. X2 evliliyindən yalnız Ərizəçi olmuş, başqa uşağı olmamışdır. Məhkəmə ərizəçinin izahatı və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşıdraraq hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ № 924463 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 19.03.2018-ci ildə dəqiqləşdirilməmiş ürək çatışmazlığı səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 28.03.2018-ci il tarixdə 71 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat Şöbəsinin 28.12.2018-ci il tarixli № 2/678 Şamaxı rayon notariat kontorunun notariusu Yaşar Eyyubova ünvanlandığı məktubdan görünür ki, X20 28 aprel 1973-cü ildə, X22 21 iyun 1968-ci ildə, X16 19 oktyabr 1969-cu ildə Şamaxı şəhərində anadan olmuşdur. X15 19 iyul 1981-ci ildə ölmüşdür. Ölüm haqqında 01 dekabr 1981 -ci il tarixli 149 №-li akt qeydi tərtib olunmuşdur. Ölümün səbəbi dəm qazından zəhərlənmə. Öldüyü yer Şamaxı şəhəridir. X13, X17 və X11 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə 28.12.2018-ci ilədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat Şöbəsinin 26.02.2020-ci il tarixli № 05Q-218/69 saylı arayışından görünür ki, X12 ilə X18 arasındakı nikah 21.04.1983-cü ildə bağlanmışdır. İş materiallarında olan Xİ-ЖГ № 385579 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1986-cı ildə anadan olmuşdur. X5, anası X6r. İş materiallarında olan Şamaxı rayon Prokurorluğunun 29.03.2021-ci il tarixli № 90m- 21 saylı məktubundan görünür ki, Ərizəçi 1981-ci ildə baş vermiş hadisə ilə əlaqədar araşdırma aparılıb-aparılmaması barədə məlumat verilməsinin mümkün olmadığı bildirmişdir. İş materiallarında olan X36 X1 ünvanladığını 28 iyul 2020-ci il tarixli № 88 saylı məktubdan görünür ki, 1981-ci ildə evdə baş vermiş partlayış barədə mərhum həyat yoldaşı X8 X36 Filialında saxlanılan Şamaxı rayon Məhkəməsinin 1981-ci il sənədlərində məhkəmə işi aşkar olunmamışdır. İş materiallarında olan ev dəftərinin surətindən görünür ki, ünvan 3 ünvanında X22, X16 və başqaları qeydiyyatda olmuşlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə də məhkəmə hesab edir ki, 21.06.1968-ci il təvəllüdlü X17, 19.10.1969-cu il təvəllüdlü X11, 28.04.1973-cü il təvəllüdlü X13 19 iyul 1981-ci ildə evin partlaması nəticəsində ölmələri faktları ərizəçinin izahatı ilə yanaşı, şahidlərin ifadələri ilə və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizəçi isə həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən, ərizə təmin edilməli, həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 21.06.1968-ci il təvəllüdlü X17, 19.10.1969-cu il təvəllüdlü X11, 28.04.1973-cü il təvəllüdlü X13 19 iyul 1981-ci ildə evin partlaması nəticəsində ölmələri faktları müəyyən edilsin. X29 tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-212/2021
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-212/2021
23.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver