Məhkəmə qərarları › İş №2(074)-226/2022

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-226/2022

10.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-226/2022 10.03.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Şamaxı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 15.01.1994-cü il tarixdə il tarixdə Şamaxı rayonu Quşçu kəndində anadan olmuş X2 04.06.1994-cü il tarixdə Şamaxı rayonu Quşçu kəndində ölməsi faktının müəyyən olunması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 18 may 1990-cı il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan 5 uşağı olmuş, Zülfiyyə üçüncü uşağıdır. 15.01.1994-cü il tarixdə anadan olmuş, 04.06.1994-cü il tarixdə vəfat etmişdir. Hazırda onlara Zülfiyyə ölüm haqqında şəhadətnaməsi lazımdır. Qeydiyyat şöbəsinə də müraciət etmiş, orada da doğum qeydi aparılmasından imtina olunmuş və bildirilmişdir ki, ölüm qeydiyyatı gecikdiyindən artıq onun ölümünün Qeydiyyat şöbəsində aparılması mümkün deyil, məhkəməyə müraciət olunmalıdır. X1 15.01.1994-cü tarixdə Quşçu kəndində anadan olmuş, 04.06.1994-cü il tarixdə Şamaxı rayonu Quşçu kəndində vəfat etmişdir və Quşçu kənd qəbirstanlığında dəfn olunmuşdur. Dəfndə qohumlar, qonşular iştirak etmişlər. Onlar da təsdiq edə bilərlərki, həqiqətən də Şamaxı rayonu Quşçu kəndində anadan olmuş X7 04.06.1994-cü il tarixdə Şamaxı rayonu Quşçu kəndində vəfat etmişdir. Xəstəxanada vəfat etmədiyindən ona tibbi şəhadətnamə verilməmişdir. Daha sonra ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək ərizədə səhvə yol verdiyini, buna görə 15.01.1994-cü il tarixdə il tarixdə Şamaxı rayonu Quşçu kəndində anadan olmuş X3 04.06.1994-cü il tarixdə Şamaxı rayonu Quşçu kəndində ölməsi faktının müəyyən olunması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, qızı 04.06.1994-cü il tarixdə Şamaxı rayonu Quşçu kəndində evdə ölüb. Başları yasa qrışdığından ona ölüm kağızı almayıblar. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 məhkəməyə ifadə verib bildirdi ki, ərizəçi onun bacısıdır. Uşaq doğulandan sonra bir neçə ay yaşamışvə evdə rəhmətə getmişdir. Zülfiyyənin öldüyü tarixi dəqiq xatırlamasa da həmin vaxt yay ayları olmuşdur. Zülfiyyə Quşçu kənd qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 məhkəməyə ifadə verib bildirdi ki, ərizəçi onun bacısıdır. Zülfiyyə 04.06.1994-cü il tarixdə Şamaxı rayonu Quşçu kəndində evdə vəfat etmiş və kənd qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarından olan V-ЖГ saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X13 18.05.1990-cı ildə Şamaxı rayonu, Quşçu kənd İcra nümayəndəliyində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 18.05.1990-ci il tarixdə 07 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə “Heybətov”, arvada “Heybətova” soyadı verilmişdir. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat şöbəsinin 23.12.2021-ci il tarixli arayışından görünür ki, X8 15 yanvar 1994-cü ildə Şamaxı rayonu, Quşçu kəndində anadan olmuş və bu barədə 26.01.1994-cü il tarixdə Şamaxı rayonu, Quşçu kənd icra nümayəndəliyində 15 № li doğum haqqında akt qeydi tərtib olunmuşdur. X4, anası Ərizəçidır. İş materiallarında olan 01.12.2021-ci il tarixli aktdan görünür ki, X21, X14, Ərizəçi iştirakı ilə X3 05.03.1994-cü ildə Şamaxı rayonu, Quşçu kəndində vəfat etməsi və Şamaxı rayonu, Quşçu kənd qəbirstanlığında dəfn olunmasını imzaları ilə təsdiq etmişdilər. İş materiallarında olan 24.12.2021-ci il tarixli 609 saylı Şamaxı rayon İHB-nin Quşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, X9 05.03.1994cü ildə Şamaxı rayonu, Quşçu kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarından olan 27.12.2021-ci il tarixli 4094 saylı Şamaxı rayon X6 Hüquqi Şəxsin məktubundan görünür ki, X5 ölüm haqda tibbi şəhadətnaməsi Şamaxı RMX-sı tərəfindən təqdim olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi qızı X3 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X3 04 iyun 1994-cü il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 15 yanvar 1994-cü il tarixdə Şamaxı rayonu, Quşçu kəndində doğulmuş X3 04 iyun 1994-cü il tarixdə Şamaxı rayonu, Quşçu kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar