Məhkəmə qərarları › İş №2(074)-227/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-227/2025

21.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-227/2025 21.02.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X11 Murtuza oğlunun sədrliyi, Bbayeva Günel Pərvin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən olunması haqqında xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1981-ci ildə Şamaxı şəhərində doğulmuş X2 xx.xx.1981-ci ildə Şamaxı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X12 xx.xx.1981-ci ildə anadan olmuş və hələ iki aylıq olarkən, qıcolmadan vəfat etmişdir. Lakin, hal-hazıradək onun ölümü barədə şəhadətnamə almamışdırlar. X12 xx.xx.1981-ci ildə Şamaxı şəhərində vəfat etmiş və onu Şamaxı rayonu, Çağan kəndində dəfn etmişdirlər. Dəfndə qohumlar, qonşular da, iştirak etmişdirlər. Hazırda evinin və torpaq sahəsinin sənədləşmə işlərini qaydasına salmaq istəyir. Lakin, oğlunun ölümü haqqında şəhadətnaməni başqa qaydada almaq mümkün deyil və bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Ərizəçi anası ilə Şamaxı rayonunun Çağan kəndində qonşudurlar. Əsmərin həqiqətən də, oğlan övladı körpə olarkən xəstəlikdən vəfat etmiş və Şamaxı rayonunun Çağan kəndindəki qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, Ərizəçi qardaşıdır. 1981-ci ildə o, həqiqi hərbi xidmətdə olmuş və həmin vaxtlar ona çatdırılan məktubdan, Əsmərin övladı Zaurun iki aylıq olarkən, öldüyü bilmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs arayışından görünür ki, X5 xx.xx.1981-ci ildə Şamaxı şəhərində anadan olmuş, atası X6, anası Ərizəçidır. İş materiallarında olan Maraqlı şəxs arayışında göstərilir ki, X2 ölümü barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində daxil edilmiş bütün məlumatlar yoxlanılarkən, ölüm haqqında akt qeydi aşkar olunmamış, ərizəçiyə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarında olan Şamaxı Rayon Mərkəzi X7 şəxsin arayışında göstərilir ki, Ərizəçi övladı Zaur Musayev vətəndaşın deməsinə görə və qeydiyyat şöbəsinin imtina aktına əsasən, xx.xx.1981ci ildə vəfat etmiş, həmin dövrdə qeydiyyat jurnalı olmadığı üçün, həmin şəxsə aid ölüm haqqında tibbi şəhadətnamənin verilib-verilməməsi məlum deyildir. İş materiallarında olan Şamaxı RİH başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışda qeyd olunur ki, Şamaxı şəhər sakini Ərizəçi aşağıdakı ailə tərkibi vardır: xx.xx.1977-ci il təvəllüdlü qızı Əminə Musayeva, xx.xx.1979-cu il təvəllüdlü qızı Nümunə Musayeva, xx.xx.1983-cü il təvəllüdlü oğlu Taleh Musayev, xx.xx.1985-ci il təvəllüdlü qızı Səidə Musayeva və xx.xx.1986-cı il təvəllüdlü qızı Jalə Musayeva. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi övladı X2 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X2 xx.xx.1981-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə təsdiq edildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də, ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1981-ci ildə Şamaxı şəhərində doğulmuş X2 xx.xx.1981-ci ildə Şamaxı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar