Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-283/2024 20.02.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X16 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs rəisi vəzifəsini icra edən X2 iştirakı ilə, Ərizəçi xüsusi icraat qaydasında “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, oğlu xx.xx.1973-cü il tarixdə Şamaxı şəhərində doğulmuş X4 xx.xx.1974-cü il tarixdə Şamaxı şəhərində və qızı xx.xx.1975-ci il tarixdə Şamaxı şəhərində doğulmuş X3 xx.xx.1975-ci il tarixdə Şamaxı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, övladları X8 və X6 vəfat etmişdirlər. Belə ki, övladı X8 xx.xx.1973-cü il tarixdə Şamaxı şəhərində doğulmuş, xx.xx.1974-cü il tarixində Şamaxı şəhərində vəfat etmişdir. X1 xx.xx.1975-ci il tarixdə Şamaxı şəhərində doğulmuş, xx.xx.1975-ci il tarixdə Şamaxı şəhərində vəfat etmişdir. Onlar Şamaxı şəhərində, “Yeddi Gümbəz” qəbirstanlığında dəfn edilmişdir. Onların vəfat etməsi ona çox pis təsir göstərmişdir. Savadsız olduğundan və uşaqları yeni doğulub 5-6 ay sonra vəfat etdiklərindən, ölüm haqqında şəhadətnamələri almamışdır. Hazırda isə müvafiq sənədlərin götürülməsi üçün, ölüm haqqında şəhadətnamələrin əldə olunması zərurəti yaranmışdır. Bunun üçün aidiyyəti üzrə Maraqlı şəxsnə müraciət etdikdə, ölüm haqqında akt qeydinin verilməsindən imtina edilərək, məhkəməyə müraciət edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Daha sonra, Şamaxı rayon Mərkəzi Xəstəxanasına müraciət etdikdə, oradan da, vaxtında Şamaxı RMX-na müraciət etmədiyi üçün, ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir. Belə ki, övladlarının ölüm faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir. Şahidləri var, həmin şahidlərin dəvət edilərək, dindirilməsi zərurəti yarandığı təqdirdə, onları məhkəməyə dəvət edə bilər. Məhkəmə iclasında Ərizəçi İbrahimxəlil qızı ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs rəisi vəzifəsini müvəqqəti icra edən X7 izahat verib göstərdi ki, Ərizəçi tərəfindən ölüm haqqında tibbi sənədlər qeydiyyat şöbəsinə təqdim edilmədiyindən, onun müraciətindən imtina olunmuş və məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Hazırda ölüm faktının müəyyən olunması barədə verilmiş ərizənin təmin olunmasına etiraz etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, Ərizəçi onun qonşusudur. Həqiqətən də Məlahətin Əjdər və Gülşən adında övladları körpə yaşında vəfat etmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, Ərizəçi onun baldızıdır, onlar həm də, qonşudurlar. Məlahətin iki uşağı xəstə olduğundan, körpə yaşlarında vəfat etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 3-16-5/8-69-1068/2023 saylı Maraqlı şəxs arayışından görünür ki, X8 xx.xx.1973-cü ildə Şamaxı şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.1974-cü il tarixdə Maraqlı şəxsndə 109 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 3-16-5/8-69-1069/2023 saylı Maraqlı şəxs arayışından görünür ki, X6 xx.xx.1975-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.1975-ci il tarixdə Maraqlı şəxsndə 45 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Şamaxı rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 18-1-72/2-D-17xx-xx-1568/23 saylı arayışından görünür ki, xx.xx.1975-ci il təvəllüdlü X6 xx.xx.1975-ci il tarixdə və xx.xx.1973-cü il təvəllüdlü X8 xx.xx.1974-cü il tarixdə vəfat etmişdir. Şamaxı RMX-na müraciət etmədikləri üçün, onlara ölüm haqqında tibbi şəhadətnamə xəstəxana tərəfindən verilməmişdir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 3-165/8-15-13165/2023 saylı məktubunda göstərilir ki, X8 və X3 ölümü barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2023-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən, ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi uşaqlarının ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə xx.xx.1973-cü il tarixdə Şamaxı şəhərində doğulmuş X4 xx.xx.1974-cü il tarixdə Şamaxı şəhərində və xx.xx.1975-ci il tarixdə Şamaxı şəhərində doğulmuş X3 xx.xx.1975-ci il tarixdə Şamaxı şəhərində ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən baxaraq və Azərbaycan Respublikasının MPM-in 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdİ: Ərizə təmin edilsin. xx.xx.1973-cü il tarixdə Şamaxı şəhərində doğulmuş X4 xx.xx.1974-cü il tarixdə Şamaxı şəhərində və xx.xx.1975-ci il tarixdə Şamaxı şəhərində doğulmuş X3 xx.xx.1975-ci il tarixdə Şamaxı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-283/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-283/2024
20.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver