Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-291/2025 14.04.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X3 14 may 2024-cü il tarixdə Şamaxı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X2 qızı xx.xx.2024-cü il tarixdə vəfat etmiş və qəbirstanlıqda dəfn olunmuşdur. Onun ölüm şəhadətnaməsini vaxtında ala bilməyiblər. Hazırda vərəsəlik məsələri ilə bağlı mərhum atasının ölüm şəhadətnaməsi tələb olunur. Ona görə də, Maraqlı şəxsnə müraciət edib, lakin bildiriblər ki, vaxtında onun ölüm faktı qeydiyyatdan keçmədiyindən, şəhadətnamənin verilməsi mümkün deyildir və məhkəməyə müraciət etməlidirlər. Ona görə də, mərhum atasının ölüm faktının məhkəmə qətnaməsi ilə müəyyən olunmasını istəyir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verib bildirdi ki, ərizəçi onun qohumudur. Onun atası 2024-cü ilin may ayının 14-də evində ölüb. “Yeddi Gümbəz” qəbirstanlığında dəfn olunub. Rəhman Nəcəfovun yasında və dəfnində iştirak edib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadə verib bildirdi ki, ərizəçinin atası Rəhman Nəcəfov 2024-cü ilin may ayının 14-də evində ölüb. “Yeddi Gümbəz” qəbirstanlığında dəfn olunub. Onun dəfnində iştirak edib. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Vİ-ЖГ saylı doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, Ərizəçi 07 avqust 1980-ci ildə anadan olmuşdur. Bu barədə 18 sentyabr 1980-ci il tarixində 35 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X2, anası isə X4r. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 XX.XX.1940-cı ildə Şamaxı rayonu, Göylər kəndində anadan olmuşdur. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-675/2024 saylı məktubundan görünür ki, X5 barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanarkən ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm faktını təsdiq edən sənəd (ölüm haqqında tibbi şəhadətnamə və ya ölüm faktını təsdiq edən məhkəmə qərarı) təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina olunmuşdur. İş materiallarında olan “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” X14 xx.xx.2024-cü il tarixli arayışından görünür ki, 1940-cı il təvəllüdlü X5 14 may 2024-cü il tarixində rəhmətə getmişdir. Şamaxı RMX-na müraciət etmədikləri üçün onlara ölüm haqqında tibbi şəhadətnamə xəstəxana tərəfindən təqdim olunmamışdır. İş materiallarında olan “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” X14 xx.xx.2025-ci il tarixli arayışından görünür ki, 1940-cı ildə Şamaxı rayonu Göylər kəndində anadan olmuş X1 RMX-na müraciət etməmişdir. TTTY briqadası çağırışa əsasən, xx.xx.2024-cü il tarixində vətəndaşın yaşadığı ünvana getmişdir. Vətəndaşa "Essensial hipertenziya" (110), diaqnozu qoyulmuşdur. xx.xx.2024-cü il tarixində yenidən çağırış daxil olmuşdur və vətəndaşa "Dəqiqləşdirilməmiş nevrotik pozuntular" (F48.9), diaqnozu təyin olunmuşdur. İş materiallarında olan Şamaxı Bələdiyyəsinin 10 aprel 2025-ci il tarixli, 70 saylı arayışından görünür ki, X1 Rayonu “Yeddi Gümbəz” qəbirstanlığında dəfn olunub. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi X2nun ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X3 14 may 2024-cü il ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. XX.XX.1940-cı il tarixdə Şamaxı rayonu, Göylər kəndində anadan olmuş X3 14 may 2024-cü il tarixdə Şamaxı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-291/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-291/2025
14.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver