Məhkəmə qərarları › İş №2(074)-339/2023

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-339/2023

11.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-339/2023 11.04.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X12 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1993-cü ildə Şamaxı şəhərində anadan olmuş qızı X2 xx.xx.1993-cü il tarixdə Şamaxı şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X3 ilə xx.xx.1992-ci ildə rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. Birgə nikahdan xx.xx.1993-cü ildə X5 adlı övladları doğulmuşdur. Aytəkin hələ uşaq ikən, yəni xx.xx.1993-cü ildə vəfat etmişdir. Aytəkini Şamaxı şəhərindəki "Yeddi Gümbəz” qəbirstanlığında dəfn etmişlər. Dəfn mərasimində qonşular, qohumlar iştirak etmişlər. Bunu təsdiq edən şahidləri də var. Övladının vəfatı onları çox sarsıtdığı üçün, Aytəkinin ölümü barədə şəhadətnamə alınması üçün müraciət etməmişlər. Uzun illər keçdiyindən, bunu məhkəmədən kənar etmək mümkün deyil. Çünki aidiyyəti üzrə Şamaxı rayon qeydiyyat şöbəsinə müraciət etmiş, ona rəsmi cavab vermişlər ki, X2 ölümü barədə Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2023-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən, ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003cü il tarilxi qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatdı Qaydasının 8.5-ci bəndinə əsasən, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə qaydasında təsdiq olunur, ölüm faktını təsdiq edən (ölüm haqqında tibbi şəhadətnamə və ya ölüm faktını təsdiq edən məhkəmə qərarı) təqdim edilmədiyi üçün, ölümün qeydə alınmasından imtina olunmuş, məsələ ilə bağlı məhkəməyə müraciət etməyi məsləhət bilmişlər. Şamaxı Rayon Məhkəməzi X7 şəxs xx.xx.2023-cü il tarixli, 156 saylı arayış verib bildirmişdir ki, xx.xx.1993-cü il təvəllüdlü X5 xx.xx.1993-cü il tarixdə vəfat etmişdir. Şamaxı RMX-na müraciət etmədikləri üçün, ona ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 və X1 ifadələrində göstərdilər ki, X3 ilə Ərizəçinin birgə nikahından xx.xx.1993-cü il tarixdə Aytəkin adlı övladları anadan olmuş və xx.xx.1993-cü il tarixdə həmin uşaq vəfat edərək, Şamaxı şəhərində, “Yeddi Gümbəz” qəbirstanlığında dəfn etmişlər. Onlar dəfndə və yas mərasimlərində iştirak etmişdirlər. Maraqlı şəxs Şamaxı rayon qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndənin iştirakı təmin edilməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan XVİİ-ЖГ 406556 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 ilə Ərizəçinin birgə nikahından xx.xx.1993-cü il tarixdə X5 doğulmuşdur. İş materiallarında olan “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” X11 xx.xx.2023-cü il tarixli, 156 saylı arayışında qeyd olunur ki, xx.xx.1993-cü il təvəllüdlü X5 xx.xx.1993-cü il tarixdə vəfat etmiş və Şamaxı RMX-na müraciət edilmədiyindən, ölüm haqqında tibbi şəhadətnamə xəstəxana tərəfindən təqdim olunmamışdır. İş materiallarında olan Şamaxı rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X2 ölümü barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2023-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən, ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, “ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə qaydasında təsdiq olunur. Bildirilmişdir ki, ölüm faktını təsdiq edən sənəd (ölüm haqqında tibbi şəhadətnamə və ya ölüm faktını təsdiq edən məhkəmə qərarı) təqdim edilmədiyi üçün, ölümün qeydə alınmasından imtina olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli arayışından qeyd olunur ki, xx.xx.1993-cü il təvəllüdlü X5 Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, xx.xx.1993-cü il təvəllüdlü X2 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X2 xx.xx.1993cü il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də, ərizə əsaslı olduğundan təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305- 311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1993-cü il tarixdə doğulmuş X2 xx.xx.1993-cü il tarixdə Şamaxı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar