Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-343/2024 04.03.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, İsayeva Fidan Adil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 20 aprel 1981-ci il təvəllüdlü qızı X3 15 iyun 1981-ci il tarixdə Şamaxı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 20 aprel 1981-ci il təvəllüdlü qızı X7 xx.xx.1981-ci il tarixdə vəfat etmiş və “Yeddigünbəz” qəbiristanlığında dəfn olunmuşdur. Ölüm haqqında şəhadətnaməsini vaxtında ala bilməyib. Hazırda vərəsəlik məsələləri ilə bağlı mərhum qızının ölüm şəhadətnaməsi tələb olunur. Maraqlı şəxsnə müraciət ediblər. Lakin bildirilib ki, vaxtında onun ölüm faktı qeydiyyatdan keçmədiyindən şəhadətnamənin verilməsi mümkün deyil. Məsələ ilə bağlı məhkəməyə müraciət etməsi məsləhət görülüb. Odur ki, mərhum qızının ölüm faktının məhkəmə qətnaməsi ilə müəyyən olunmasını istəyir. Ərizəçi daha sonra ərizənin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 20 aprel 1981-ci il təvəllüdlü qızı X3 18 may 1981-ci il tarixdə Şamaxı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi oğlu ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verib bildirdi ki, ərizəçi onun dayısı oğludur, eyni zamanda qonşudurlar. Oqtayın təxminən 1981-ci ildə bir qız və bir oğlan uşağı olmaqla əkiz uşağı olmuşdur. Sonra qız uşağı vəfat etdi. O, dəfndə iştirak etmişdir. Həmin vaxt yay ayları idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verib bildirdi ki, ərizəçi qonşusudur. Oqtayın bir qız və bir oğlan olmaqla əkizi uşağı olmuş, bir müddət sonra qız uşağı rəhmətə getmişdir. “Yeddigünbəz” qəbiristanlığında dəfn olunmuşdur. Həmin vaxt may ay olması yadında qalıb. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 05 sentyabr 2023-cü il tarixli, 3-16-5/8-69-838/2023 nömrəli Maraqlı şəxs arayışından görünür ki, X7 20 aprel 1981-ci il tarixdə Şamaxı şəhərində anadan olmuşdur. Bu barədə 07 may 1981-ci il tarixdə Maraqlı şəxsndə 225 nömrəli doğum haqqında akt qeydi tərtib olumuşdur. İş materiallarında olan İ-ЖГ 492272 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X2 arasında nikah xx.xx.1978-ci il tarixdə Şamaxı rayon VVAQ şöbəsində bağlanmış bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 14 sentyabr 1978-ci il tarixdə 149 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Hüseynov”, arvada “Hüseynova” soyadı verilmişdir. İş materiallarında olan AZ-İ 924414 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 31 yanvar 2018-ci il tarixdə 29 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 04 sentyabr 2023-cü il tarixli, 18-1-72/2-H-12xx-xx-1138/2023 saylı “Şamaxı rayon Mərkəzi Xəstəxanası” X12 arayışından görünür ki, xx.xx.1981-cİ il təvəllüdlü X7 xx.xx.1981-ci il tarixdə rəhmətə getmişdir. Şamaxı RMX-na müraciət etmədikləri üçün onlara ölüm haqqında tibbi şəhadətnamə xəstəxana tərəfindən təqdim olunmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 3-16-5/8-15-945/2023 saylı Maraqlı şəxs məktubundan görünür ki, X7 barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 01 sentyabr 2023-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanarkən ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm faktını təsdiq edən sənəd (ölüm haqqında tibbi şəhadətnamə və ya ölüm faktını təsdiq edən məhkəmə qərarı) təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 27 saylı Şamaxı rayonu Şəhriyar Bələdiyyəsinin arayışından görünür ki, X1 rayonu, Şəhriyar qəsəbəsində yerləşən “Yeddi günbəz” adlanan məzarlıqda dəfn olunub. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi qızı X3 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X3 18 may 1981-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305- 311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 20 aprel 1981-ci il tarixdə Şamaxı şəhərində doğulmuş X3 18 may 1981-ci il tarixdə Şamaxı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-343/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-343/2024
04.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver