Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-345/2025 06.03.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X14 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi ştirakı ilə, Ərizəçi xüsusi icraat qaydasında “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 1932-ci ildə Şamaxı rayonunda anadan olmuş nənəsi X1 15 dekabr 1989-cu il tarixdə Şamaxı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Şamaxı şəhərində yaşamış, mərhum nənəsi X1 ölümünün qeydə alınmasına dair arayışın ona təqdim olunmasından ötəri Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə müraciət etmişdir. Müraciətinə cavab olaraq Ədliyyə Nazirliyinin Maraqlı şəxs tərəfindən göndərilən 22 noyabr 2024-cü il tarixli məktubunda, X1 ölümü barədə “Vətəndaşlıq vəziyyət aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən, ölüm haqqında akt qeydinin aşkar olunmadığı bildirilmişdir. Qeyd olunan səbəbdən də, ölüm faktını təsdiq edən sənəd (ölüm haqqında tibbi şəhadətnamə və ya ölüm faktını təsdiq edən məhkəmə qəran) təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina olunması bildirilmişdir. Bundan əlavə həmin məsələ ilə bağlı məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Bundan əlavə olaraq da, mərhum nənəsi X1 “ölüm haqqında tibbi şəhadətnamə”nin təqdim olunması üçün Şamaxı rayonu Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Şamaxı rayonu Mərkəzi Xəstəxanasından təqdim olunmuş 26/1.2024-cü il tarixli məktubda, həmin xəstəxanada 1989-cu ilin ölüm haqqında qeydiyyat jurnalı olmadığı üçün həmin şəxsə aid “ölüm haqqında tibbi şəhadətnamə” nin verilib verilməməsinin məlum olmadığı bildirilmişdir. Qeyd olunan səbəblərdən görünür ki, mərhum nənəsi X3 15 dekabr 1989-cu il tarixində vəfat etsə də, bü günə qədər Maraqlı şəxsndə “Vətəndaşlıq vəziyyət aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində qeydiyyata alınmamışdır. Hər iki təşkilata tərəfindən olunan müraciətlərə verilən cavab məktublarında “Vətəndaşlıq vəziyyət aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində ölüm faktının qeydiyyata alınmadığı və Mərkəzi Xəstəxananın 1989-cu ilin ölüm haqqında qeydiyyat jurnalı olmadığı üçün həmin şəxsə aid “ölüm haqqında tibbi şəhadətnamə” nin verilib-verilməməsinin məlum olmadığı göstərilmişdir. Mərhum nənəsi X1 ölümünün qeydə alınmasına dair arayış mərhum atası X4 adına olan əmlakın anası X2 adına keçirilməsi üçün lazımdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, Ərizəçi atası ilə qonşu olmuşdur. Həqiqətən də, Ərizəçi nənəsi Tamilla 1989-cu ildə vəfat etmiş və o, dəfndə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, ərizəçinin atası ilə qonşu olmuşdur. Onun nənəsi Tamilla Zaidova 1989-cu ildə vəfat etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs 22 noyabr 2024-cü il tarixli 3163/8-15- 1108/2024 saylı məktubunda göstərilir ki, X1 ölümü barədə Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən, ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Şamaxı rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsin 26 noyabr 2024-cü il tarilxi 18-1-72/2-z-12xx-xx-2199/2024 saylı arayışından görünür ki, Şamaxı RMX-da 1989-cu ilin ölüm haqqında qeydiyyat jurnalı olmadığı üçün, X1 adına ölüm haqqında tibbi şəhadətnamənin verilib-verilməməsi məlum deyildir. İş materiallarında olan Milli Arxiv İdarəsi X13 filialının 06 mart 2025-ci il tarixli 3-48 DA MF/2-72-6-25 saylı məktubunda göstərilir ki, Maraqlı şəxs 1932-1948-ci illərin doğum haqqında aktlarının qeydiyyatının bərpa kitablarında X1 doğum aktı aşkar olunmamışdır. İş materiallarında olan Maraqlı şəxs 05 mart 2025-ci il tarixli 3163/8-xx-xx/2025 saylı məktubunda göstərilir ki, X5 (Süleyman) qızının doğumu haqqında akt qeydi 1949-1955-ci illər Şamaxı rayonu qeydiyyat şöbəsi bərpa doğum akt qeydləri üzrə Maraqlı şəxs arxivində, habelə Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar olunmamışdır. İş materiallarında olan Maraqlı şəxs 28 fevral 2025-ci il tarixli arayışında göstərilir ki, xx.xx.1932-ci ildə anadan olmuş X1 doğumu haqqında akt qeydi Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində, habelə Maraqlı şəxs arxivində aşkar olunmadı. Arxiv məlumatları 1949-1954-cü illər Maraqlı şəxs bərpa akt qeydləri üzrə yoxlanılmışdır. 1932-1938-ci illərə aid doğum akt qeydləri Maraqlı şəxs arxivində saxlanılmır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi nənəsinin ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə 1932-ci ildə Şamaxı rayonunda anadan olmuş X1 15 dekabr 1989-cu ildə Şamaxı şəhərində ölməsi faktı ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə təsdiq edildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən baxaraq və AZərbaycan Respublikasının MPM-nin 216-220,360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 1932-ci ildə Şamaxı rayonunda anadan olmuş X1 15 dekabr 1989-cu ildə Şamaxı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada veridliyi gündən 1(bir) ay keçdikdən aonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-345/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-345/2025
06.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver