Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-361/2022 26.04.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Əliyeva Fatimə Fərəc qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Şamaxı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1931-ci il tarixdə Şamaxı rayonu Padar kəndində anadan olmuş X4nın 12 yanvar 2021-ci il tarixdə Şamaxı şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, nənəsi X2 şəhərində yaşamış və 13 mart 2011-ci il tarixdə vəfat etmişdir. Ondan ev miras qalmışdır. Sağlığında həmin evi atası X6 vəsiyyət etmişdir. Atası 12 yanvar 2021-ci il tarixində vəfat etmişdir. Hazırda həmin evə vərəsəlik açdırmaq istəyir. Lakin nənəsinin ölüm şəhadətnaməsi olmadığından bunu etmək mümkün olmamışdır. Qeydiyyat şöbəsinə müraciət etmiş, məlum olmuşdur ki, nənəsinin ölüm qeydiyyatı ümumiyyətlə aparılmamışdır. Xəstəxanaya müraciət etmiş orada da ona bildirilmişdir ki, nənəsi evdə vəfat etdiyindən ona tibbi şəhadətnamə tərtib olunmamış və onlara təqdim olunmamışdır. Bu səbəbdən hazırda tibbi şəhadətnamənin yazılması da qeyri mümkündür. Odur ki, məhkəməyə müraciət olunmalıdır. X4 1926-cı ildə anadan olmuşdur. F.Şahbazov küçəsi 17 nömrəli evdə yaşamışdır. 13 mart 2011-ci il tarixdə ümumi qocalıqdan vəfat etmişdir. Şamaxı rayonu "Yeddi Günbəz" qəbristanlığında dəfn olunmuşdur. Dəfndə yaxınlar, qohumlar və qonşular iştirak etmişlər. Başları yasa qarışdığından onun ölümünü vaxtında qeyd etdirə bilməmişlər. Sonra da unutmuşlar. İndi də qeydiyyat aparılması mümkün deyil. Məhkəməyə müraciət olunmalıdır. Daha sonra əriəzəçi məhkəməyə ərizə ilə müraciət edərək ərizədə səhvə yol verdiyini, buna görə 1926-cı il tarixdə Ağsu rayonu Padar kəndində anadan olmuş X4nın 13 mart 2011-ci il tarixdə Şamaxı şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, nənəsi 07 mart 2011-cı il tarixdə Şamaxı şəhərində evdə ölüb. Başları yasa qarışdığından ona ölüm kağızı almayıblar. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 məhkəməyə ifadə verib bildirdi ki, X14 onun qohumu olmuşdur. O, 2011-ci ildə ölmüş, Şamaxı rayonu "Yeddi Günbəz" qəbristanlığında dəfn olunmuşdur. Yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçini və şahidi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarından olan AZ-İİ 382808 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X8 27.01.2020-cı ildə Şamaxı regional ASAN xidmət mərkəzi Qeydiyyat Şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 27.01.2020-ci il tarixdə 07 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə “Mahmudov”, arvada “Mahmudova” soyadı verilmişdir. İş materiallarında olan AZ-İİ 140005 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 12.01.2021-ci il tarixdə Şamaxı şəhərində vəfat etmişdir. İş materiallarında olan Şamaxı rayon Qeydiyyat şöbəsinin 02.11.2021-ci il tarixli məktubundan görünür ki, 13.03.2011-ci ildə Şamaxı rayonunun Şamaxı şəhərində ölmüş X10 ölümünün qeydə alınmasına dair müraciətinizə baxılmışdır. X14 barədə “Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 02.11.2021-ci ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan 21.12.2021-ci il tarixli 638 saylı Şamaxı rayon İHB-nin Şəhriyar qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, Ərizəçi X4 13.03.2011-ci il tarixdə vəfat etmişdir. Şamaxı rayonu Şəhriyar qəsəbəsində "Yeddi Günbəz" qəbristanlığında dəfn olunmuşdur. İş materiallarından olan 22.12.2021-ci il tarixli 4065 saylı Şamaxı rayon X5 Hüquqi Şəxsin məktubundan görünür ki, Ərizəçi nənəsi X3 RMX-na hər hansı xəstəliklə əlaqədar olaraq heç bir müayinə və müalicə üçün müraciət etməmişdir və ölüm haqqında tibbi şəhadətnamə xəstəxana tərəfindən təqdim olunmamışdır. İş materiallarında olan 08.02.2022-ci il tarixli 17 saylı Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X13 məktubundan görünür ki, Ərizəçi X4nın VVAQ şöbəsinin X23 Filialında saxlanılan 1929-1945-ci illərin doğum haqda aktların qeydiyyatının bərpa kitablarında doumu aşkar olunmamışdır. Şamaxı rayonu, Bağırlı kənd sovetinin Padar kəndinə dair təsərrüfatbaşına kitablarında mərhum həyat yoldaşı X1 1931-ci ildə anadan olması qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi X4nın ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X10 13 mart 2011-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 1926-cı il tarixdə Ağsu rayonu, Padar kəndində doğulmuş X10 13 mart 2011-ci il tarixdə Şamaxı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-361/2022
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-361/2022
26.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver