Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-369/2025 03.04.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X11 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1941-ci ildə Hacıqabul rayonunda anadan olmuş X3 xx.xx.2003-cü ildə Şamaxı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X2 xx.xx.2003-cü il tarixdə vəfat etmiş, lakin onun ölüm haqqında şəhadətnaməsini vaxtında ala bilməmişdirlər. Hazırda vərəsəlik məsələri ilə bağlı ölüm haqqında şəhadətnamə tələb olunur. Aidiyyəti üzrə müraciət etsələr də, anasının ölümü barədə heç bir rəsmi sənəd əldə edə bilməmişdirlər. Hazırda həmin şəhadətnaməni başqa cür əldə etmək mümkün deyil, ona görə də, məhkəməyə müraciət edir. X2 xx.xx.1941-ci ildə Hacıqabul rayonunda anadan olmuş, xx.xx.1975-ci ildə atası ilə ailə qurmuş və vəfat edənə kimi Şamaxı şəhərində yaşamışdır. Anası xx.xx.2023-cü ildə Şamaxı şəhərində vəfat etmişdir. Anasının dəfnində qohumlar və qonşular iştirak etmişdir. Zərurət yaranarsa onların iştirakını məhkəmədə təmin edəcəkdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, Ərizəçi onun qardaşı oğludur. Həqiqətən Ağabəkirin X2 2003-cü ildə vəfat etmiş və o, dəfndə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Ərizəçi onun qohumudur. 2003-cü ildə o, Rusiyada olmuş, lakin qayıtdıqdan sonra Ağabəkirin X2nın vəfat etməsindən xəbər tutmuşdur. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.1941-ci ildə anadan olmuşdur. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli arayışında qeyd olunur ki, X5 barədə Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən, ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Şamaxı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli arayışında qeyd olunur ki, qeydiyyat şöbəsinin imtina aktına əsasən, X5 xx.xx.2003-cü ildə vəfat etmiş, Şamaxı RMX-na müraciət olunmadığı üçün, ölüm haqqında tibbi şəhadətnamənin verilib-verilməməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi anasının ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə xx.xx.1941-ci il tarixdə doğulmuş X3 xx.xx.2003-cü ildə Şamaxı şəhərində ölməsi faktı ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə təsdiq edildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən baxaraq və Azərbaycan Respublikasının MPM-in 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdİ: Ərizə təmin edilsin. xx.xx.1941-ci il tarixdə doğulmuş X3 xx.xx.2003-cü ildə Şamaxı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-369/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-369/2025
03.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver