Məhkəmə qərarları › İş №2(074)-375/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-375/2025

01.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-375/2025 01.07.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 01 iyul 1961-ci il tarixdə Şamaxı rayonu, Qızmeydan kəndində doğulmuş, X6 18 mart 1980-ci il tarixdə ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qardaşı X16 01 iyul 1961-ci il tarixdə Şamaxı rayonu, Qızmeydan kəndində anadan olmuşdur. Bu barədə 24 avqust 1964-cü il tarixdə Maraqlı şəxs tərəfindən 237 nömrəli doğum haqqında bərpa akt qeydi tərtib olunmuşdur. X3 18 mart 1980-ci il tarixdə “ağ ciyər xəstəliyindən” vəfat etmiş və Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ərazisində yerləşən “7 Gümbəz” qəbiristanlığında dəfn olunmuşdur. Dəfndə qohumlar, qonşular və yaxın adamlar iştirak etmişlər. Onlar da təsdiq edə bilər ki, həqiqətən qardaşı Mahmud 18 mart 1980-ci ildə vəfat etmişdir. Lakin qanunları yaxşı bilmədiklərindən, hüzürə baş qarışdığından və səhlənkarlıqdan vaxtında ölüm şəhadətnaməsi almayıblar. Hazırda valideynlərdən qalmış mirasa vərəsəlik açdırmaq üçün X3nu ölümü barədə şəhadətnamə lazımdır, lakin onlar vaxtında müraciət etmədiyiklərindən Qeydiyyat Şöbəsi hazırda onun ölüm qeydiyyatını aparmaqdan imtina edib və onlara bildirilir ki, qardaşı Mahmudun ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunmalıdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verib bildirdi ki, o, mərhumu tanıyıb. O, həmin vaxt tələbə idi, pambıq yığmağa getmişdilər. Həmin vaxt onun ağciyərinə soyuq olub, buna görə də müalicələr aldı, əməliyyat olundu. Akademik Topçubaşov adına xəstəxanada bir müddət müalicə olundu. Lakin heç bir faydası olmadı. Rəhmətə getdikdən sonra “7 Gümbəz” qəbiristanlığında dəfn olunmuşdur. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadə verib bildirdi ki, ərizəçinin ailəsini tanıyır. Mərhumun qəfil səhhəti pisləşdi. Bakı şəhərinə xəstəxanaya apardılar və orada müalicə aldı. Ancaq rəhmətə getdi. “7 Gümbəz” qəbiristanlığında dəfn olunmuşdur. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadə verib bildirdi ki, ərizəçinin ailəsini tanıyır. Mahmudun ağciyərinə soyuq olmuşdu, buna görə müalicələr aldı. Ona qoşulan infuziya üçün sistem hava çəkdi, o, həkim səhlənkarlığından rəhmətə getdi. “7 Gümbəz” qəbiristanlığında dəfn olunmuşdur. O dəfndə iştirak edib. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X14 barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanarkən ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm faktını təsdiq edən sənəd (ölüm haqqında tibbi şəhadətnamə və ya ölüm faktını təsdiq edən məhkəmə qərarı) təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina olunmuşdur. İş materiallarında olan “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” X25 15 noyabr 2024cü il tarixli arayışından görünür ki, X14 vətəndaşın deməsinə və qeydiyyat şöbəsinin imtina aktına əsasən 18 mart 1980-ci il tarixdə rəhmətə getmişdir. Şamaxı RMX-a müraciət etmədikləri üçün həmin şəxsə ölüm haqqında tibbi şəhadətnamənin verilibverilməməsinin müəyyən edilməsi mümkün deyil. İş materiallarında olan Şəhriyar Bələdiyyəsinin 15 yanvar 2024-cü il tarixli, 03 saylı arayışından görünür ki, X1 Eldəniz Aqadur oğlunun deməsinə görə 18 mart 1980-ci ildə vəfat etmişdir. Şamaxı rayonunun Şəhriyar qəsəbəsində yerləşən “Yeddi Gümbəz” adlanan məzarlıqda dəfn olunub və hal-hazırda məzarı mövcuddur. İş materiallarında olan 19 oktyabr 2024-cü il tarixli arayışdan görünür ki, X14 01 iyul 1961-ci ildə anadan olmuşdur. Bu barədə 01 iyul 1961-ci il tarixində 237 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X2, anası isə X5r. İş materiallarında olan АЗ № ******* doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1969-cü ildə anadan olmuşdur. Bu barədə 14 iyul 1969-cu il tarixində 15 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X2, anası isə X5r. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnformatika və Statistika İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xəstəlik tarixçələrinin saxlama müddəti 25 il olduğundan müvafiq məlumatları təqdim etmək mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, 01 iyul 1961-ci il təvəllüdlü X6 Azərbaycan Respublikası ərazisində qeydiyyatı və sənədləşməsi barəd məlumat müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşov adına X24 X25 xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, 01 iyul 1961-ci il təvəllüdlü X10 aid ECM-in qəbul şöbəsinin, nə də klinika şöbələrinin 1980-ci ilə aid qeydiyyat dəftərlərində və müəssisənin arxiv fondunda heç bir sənəd tapılmamışdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi X3nın ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X8 18 mart 1980-ci il ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 01 iyul 1961-ci il tarixdə Şamaxı rayonu Qızmeydan kəndində anadan olmuş X6 18 mart 1980-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar