Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-402/2025 17.01.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixdə bağlanmış MSŞ.MT.030.2023-02440/2024 saylı barışıq sazişinin təsdiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onunla Maraqlı şəxs birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X1, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək onların saxlanılmaları üçün ayda hər uşağa görə 185 (bir yüz səksən beş) manat olmaqla, hər ay 555 (beş yüz əlli beş) manat sabit pul məbləğində alimentin hər ayın 24-ü tarixində Ərizəçi verilməsi ilə bağlı könüllü olaraq mübahisəni qarşılıqlı razılıqla həll etmək üçün, mediasiya reyesterində qeydiyyatdan keçmiş mediatorun iştirakı ilə xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişinin şərtlərinə əsasən tərəflər razılığa gəlmişlər ki, tərəflər Maraqlı şəxs ilə Ərizəçi birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X1, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək onların saxlanılmaları üçün ayda hər uşağa görə 185 (bir yüz səksən beş) manat olmaqla, hər ay 555 (beş yüz əlli beş) manat sabit pul məbləğində alimentin hər ayın 24-ü tarixində Ərizəçi ödənilməsinə razılıq vermiş və bu barədə öz üzərinə öhdəlik götürmüşdür. Lakin, Maraqlı şəxs qeyd edilən barışıq sazişinin icrasından imtina edir, barışıq sazişinin bağlanmasından 2 (iki) ay vaxt keçməsinə baxmayaraq, barışıq sazişı ilə təstiq edilmiş öhdəliyi yerinə yetirmir. Belə ki, barışıq sazişinə əsasən olan öhdiliyi ilə, yəni birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X1, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək onların saxlanılmaları üçün, ayda hər uşağa görə 185 (bir yüz səksən beş) manat olmaqla, hər ay 555 (beş yüz əlli beş) manat alimentin ödənilməsindən, heç bir əsas olmadan qanunsuz surətdə imtina edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, barışıq sazişi bağlanandan Maraqlı şəxs tərəfindən cəmi 450 manat aliment ödənişi edilmişdir. Buna görə də ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq sazişindən görünür ki, könüllü mediasiya prossesində hər iki tərəf, bir-birinə qarşı heç bir şərt irəli sürmədən və barışmaq üçün vaxt verilmədən aralarında bağlanmış 06 avqust 2009-ci il tarixli 132 saylı nikah qeydinin pozulmasına razıdırlar. Ailə qanunvericiliyinə əsasən mübahisənin qeyd olunan hissəsi məhkəmə qaydasında həll ediləcəkdir. Könüllü mediasiya prosesində hər iki tərəf birgə nikahdan doğulmuş, xx.xx.2010-cu il təvəllüdlü X1, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək anaları Ərizəçi yanında yaşamasına razıdırlar. Könüllü mediasiya prossesində Maraqlı şəxs birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X1, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək onların saxlanılmaları üçün ayda hər uşağa görə 185 (bir yüz səksən beş) manat olmaqla, hər ay 555 (beş yüz əlli beş) manat sabit pul məbləğində alimentin hər ayın 24-ü tarixində Ərizəçi ödəməyə razıdır və bu barədə öz üzərinə öhdəlik götürür. Könüllü mediasiya prossesində Ərizəçi birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X1, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X4 ilə hər hansı (ay gün və saat barədə) məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmağına mane olmayacağı barədə öhdəlik götürür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri göstərilir: Həmin Qanunun 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq sazişi bağlamış, həmin barışıq sazişinin şərtləri dəqiq göstərilmişdir. Lakin sazişdə Maraqlı şəxs xx.xx.2010-cu il təvəllüdlü X1, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün 185 manat olmaqla, ümumilikdə 555 manat sabit pul məbləğində alimenti Ərizəçi ödəməyi öhdəsinə götürsə də buna əməl etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 307-311-ci, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilsin. xx.xx.2010-cu il təvəllüdlü X1, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi anası Ərizəçi yanında saxlanılsın. xx.xx.2010-cu il təvəllüdlü X1, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Maraqlı şəxs hər ay hər uşaq üçün 185 olmaqla, ümumilikdə 555 manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi ödənilsin. Maraqlı şəxs övladları xx.xx.2010-cu il təvəllüdlü X1, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X4 ilə hər hansı (ay gün və saat barədə) məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmaq hüququ müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-402/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-402/2025
17.01.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver