Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-411/2024 01.04.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 02 fevral 1979-cu il tarixdə Şamaxı şəhərində anadan olmuş X2 23 fevral 1979-cu il tarixdə Şamaxı şəhərində ölməsi və 16 iyun 1981-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş X3 06 avqust 1983-cü il tarixdə Şamaxı şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Şamaxı şəhərində yaşayır. O, 12 aprel 1973-cü ildə X8 ilə ailə qurmuşdur. Onların 02 fevral 1979-cu ildə Ayəndə və 16 iyun 1981ci ildə Elnur adlı övladları doğulmuşdur. X2 02 fevral 1979-cu ildə Şamaxı şəhərində doğulması barədə, 20 fevral 1979-cu il tarixdə Maraqlı şəxsndə 98 nömrəli doğum akt qeydi tərtib olunmuşdur. Eləcə də, X3 16 iyun 1981-ci ildə Şamaxı şəhərində doğulması barədə 26 iyun 1981-ci il tarixdə Maraqlı şəxsndə 325 nömrəli doğum akt qeydi tərtib olunmuşdur. Ayəndə 23 fevral 1979-cu ildə, Elnur isə 08 avqust 1983-cü ildə rəhmətə getmişdir. Uşaqların ölümü ona mənəvi əzab verdiyi üçün onlara ölüm haqqında şəhadətnamə almağı unutmuşdur. Ayəndə və Elnura ölüm haqqında şəhadətnamə almaq üçün aidiyyatı üzrə Maraqlı şəxsnə müraciət etmişdir. Lakin, uşaqların ölümü barədə Şamaxı rayon Mərkəzi Xəstəxanasına müraciət etmədikləri üçün onlara ölüm haqqında tibbi şəhadətnamə alınmadığından mümkün olmamışdır. Bildirilmişdir ki, 19 dekabr 2023-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Məhkəməyə müraciət etməyi məsləhət bilmişlər. Yas mərasimində qohumlar və qonşular iştirak etmişlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verib bildirdi ki, ərizəçinin qonşusudur. Ərizəçinin uşaqları X6 23 günlük və X9 3 yaşında vəfat ediblər. Hansı səbəbdən rəhmətə getdiklərini dəqiq bilmir. Uşaqlar evdə rəhmətə gedib. O, yasda iştirak edib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verib bildirdi ki, əriəçinin qonşusu və qohumudur. Ərizəçinin 1 qız və 1 oğlan övladı evdə rəhmətə gedib. Hansı səbəbdən rəhmətə getdiklərini dəqiq bilmir. Uşaqlar evdə rəhmətə gedib. O, yasda iştirak edib. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X7 arasındakı nikah 12 aprel 1973-cü il tarixdə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 12 aprel 1973-cü il tarixdə 12 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Məmmədov” arvada “Məmmədova” soyadı verilmişdir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 3-16-5/8-69-1108/2023 saylı arayışdan görünür ki, X6 02 fevral 1979-cu ildə Şamaxı rayonunun Şamaxı şəhərində anadan olmuşdur. Bu barədə 20 fevral 1979-cu il tarixdə Maraqlı şəxsndə 96 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. X1, anası Ərizəçidır. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 3-16-5/8-69-1105/2023 saylı arayışdan görünür ki, X9 16 iyun 1981-ci ildə Şamaxı rayonunun Şamaxı şəhərində anadan olmuşdur. Bu barədə 26 iyun 1981-ci il tarixdə Maraqlı şəxsndə 325 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. X1, anası Ərizəçidır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 18-1-72/2-M-17xx-xx-1636/23 saylı “Şamaxı rayon Mərkəzi Xəstəxanası” X17 arayışından görünür ki, 02 fevral 1979-cu il təvəllüdlü X6 23 fevral 1979-cu il tarixində və 16 iyun 1981-ci il təvəllüdlü X9 06 avqust 1983-cü il tarixində rəhmətə getmişlər. Şamaxı RMX-na müraciət etmədikləri üçün onlara ölüm haqqında tibbi şəhadətnamə xəstəxana tərəfindən təqdim olunmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Maraqlı şəxs məktubundan görünür ki, X6 və X9 barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 19 dekabr 2023-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanarkən ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm faktını təsdiq edən sənəd (ölüm haqqında tibbi şəhadətnamə və ya ölüm faktını təsdiq edən məhkəmə qərarı) təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi qızı X6 və oğlu X3 ölümlərinin müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X2 23 fevral 1979-cu il və X3 06 avqust 1983-cü il tarixdə ölmələri ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305- 311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 02 fevral 1979-cu il tarixdə Şamaxı şəhərində anadan olmuş X2 23 fevral 1979-cu il tarixdə Şamaxı şəhərində ölməsi və 16 iyun 1981-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş X3 06 avqust 1983-cü il tarixdə Şamaxı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-411/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-411/2024
01.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver