Məhkəmə qərarları › İş №2(074)-419/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-419/2024

12.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-419/2024 12.03.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X15 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixdə doğulmuş X1 xx.xx.2022-ci il tarixdə Şamaxı rayonu, Sabir qəsəbəsində ölməsi faktının müəyyən olunması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Sabir qəsəbəsində yaşayır, 5 övladı olmuşdur. Onlardan biri xx.xx.2013-cü il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə Sabir qəsəbəsində vəfat etmişdir. O, ölüm qeydiyyatının aparılması üçün, qeydiyyat şöbəsinə müraciət etmiş, lakin qeydiyyat şöbəsi Əhmədxanın ölümünü qeydiyyata almaqdan imtina edib, bildirmişdir ki, tibbi şəhadətnamə olmadığı üçün oğlunun ölümü məhkəmə qaydasında müəyyən olunmalıdır. X3 xx.xx.2013-cü il tarixdə doğulmuş, xx.xx.2022-ci il tarixdə vəfat etmiş, Sabir qəsəbəsinin qəbrstanlığında dəfn olunmuşdur. Dəfndə yaxınlar və qonşular iştirak etmişlər. Onlar da təsdiq edə bilərlər ki, oğlu X3 həqiqətən də, xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Həmin vaxtlar başları yasa qarışdığından, ölüm qeydiyyatı aparılmayıb və sonradan da bunu etməyi unudublar. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X7 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 və X5 ifadələrində bildirdilər ki, onlar Ərizəçi ilə bir qəsəbədə yaşayırlar. Süleymanın bir oğlu xəstə olduğu üçün, təxminən 2 il əvvəl vəfat etmiş və onlar dəfndə və yas mərasimində iştirak etmişdirlər. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X6 arasında xx.xx.2001-ci il tarixdə Şamaxı rayonu VVADQ şöbəsində nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə “Mahmudov”, arvada “Mahmudova” soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2013-cü il tarixdə Şamaxı şəhərində doğulmuş, atası Ərizəçi, anası X4r. İş materiallarında olan 16 yanvar 2024-cü il tarixli “Şamaxı rayon Mərkəzi Xəstəxanası” X14 arayışından görünür ki, xx.xx.2013-üı il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Şamaxı RMX-na müraciət etmədikləri üçün, onlara ölüm haqqında tibbi şəhadətnamə xəstəxana tərəfindən təqdim olunmamışdır. İş materiallarında olan 16 yanvar 2024-cü il tarixli Maraqlı şəxs arayışından görünür ki, ölüm faktını təsdiq edən sənəd (ölüm haqqında tibbi şəhadətnamə və ya ölüm faktını təsdiq edən məhkəmə qərarı) təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina olunur. Həmçinin, Maraqlı şəxs məsələ ilə bağlı məhkəməyə müraciət etməyi məsləhət bilmişdir. İş materiallarında olan Şamaxı rayon Sabir qəsəbə bələdiyyəsinin arayışından görünür ki, X3 xx.xx.2022-cü il tarixində vəfat etmiş və Sabir qəsəbəsinin qəbrstanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi oğlu X1 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X1 xx.xx.2022-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305- 311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.2013-cü il tarixdə Şamaxı şəhərində doğulmuş X1 xx.xx.2022-ci il tarixdə Şamaxı rayonu, Sabir qəsəbəsində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar