Məhkəmə qərarları › İş №2(074)-427/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-427/2024

23.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-427/2024 23.04.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X18 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı SŞ ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia qaldıraraq, 17 mart 2015-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi Cavabdeh 870 manat pulun və ödənilmiş 30,40 manat dövlət rüsumunun alınıb, İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixli "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilən halın təfərrüatları barədə arayışa" əsasən (forma 4), xx.xx.2014-cü il tarixdə X8 tərəfindən idarə olunan "VAZ 21011" markalı, ** DV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "Volkswagen Passat" markalı, ** VX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İcbari Sığorta Bürosundan çıxarışdan (İSB) və PAT ********** saylı müqavilənin 008332 nömrəli sığorta aktından görünür ki, hadisə zamanı "VAZ 21011” markalı, ** DV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "Atəşgah” Sığorta Şirkəti ASC-də icbari qaydada sığortalanmışdır. xx.xx.2014-cü il tarixli "nəqliyyat vasitələrinin yol nəqliyyat hadisələri nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata" uyğun olaraq "Volkswagen Passat" markalı, ** VX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1890 AZN (min səkkiz yüz doxsan manat) zərər dəymişdir. xx.xx.2014-cü il tarixli 3323 nömrəli ödəniş tapşırığından aydın olur ki, "xxxx" Sığorta Şirkəti ASC dəymiş zərərlə bağlı "Volkswagen Passat" markalı, ** VX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X9ma 1890 manat sığorta ödənişi etmişdir. Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 3- (003)-588/2014 nömrəli qərarı ilə X2 İXM-nin 152-1.4-cü maddəsi ilə (qüvvədə olan İXMnin 333.3-cü maddəsi) təqsirli bilinmişdir. O nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmiş və yol-nəqliyyat hadisəsi törətmişdir. xx.xx.2014-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı X1 vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyinə görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Hadisə zamanı X8 nəqliyyat vasitəsini etibarnamə ilə idarə edərək, ona qanuni sahiblik etmişdir. Həmçinin, nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmişdir. Sonradan onlara məlum olmuşdur ki, X8 xx.xx.2015-ci ildə vəfat etmişdir. Vərəsəliyin müəyyən edilməsi ilə bağlı Şirvan şəhər 1 saylı notariat ofisinin xüsusi notariusu X10 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən aydın olur ki, Cavabdeh mərhum X4 **********57 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, Şirvan şəhəri, Mahir Mirzəyev küçəsi, 11 A (Yeni qaydalarla ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0475 ha olan torpaq sahəsi vərəsəlik qaydasında miras əmlak kimi keçmişdir. X8 tərəfindən 1890 manat ödənişin 1020 manat hissəsi ödənilmiş, 870 manat hissəsi ödənilməmiş qalmışdır. AR Dövlət Miqrasiya Xidmətindən verilən məktuba əsasən, Cavabdeh sonuncu dəfə ünvan 2 ünvanına qeydiyyata alınmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəməyə gəlməmişdir. İddiaçının nümayəndəsi X11 məhkəməyə ərizə göndərərək, işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə göndərərək, göstərmişdir ki, Rasimlə nikahları formal olub, onunla uzun illər əvvəl ayrılmışlar. X6 vərəsəsi isə onu müəyyən ediblər. Ondan ayrılandan sonra, Rasim evlənib, ailəsi və övladları vardır. Onu aldadıb, guya torpaq sahəsini sənədləşdirə bilmirlər adı ilə torpaq sahəsini sənədləşdirmişlər. Onu vərəsə kimi tanımışlar. Həmin torpaq sahəsi də qanunsuz yerdə olduğundan, dövlət müsadirə etmişdir. İddia edilən hadisə 2014-cü ildə baş verib, uzun illər keçib hadisədən. Xəstədir, başqasının köməkliyi ilə yaşayır, daim dərmanlar qəbul edir. Məhkəməyə bu səbəbdən gəlib proseslərdə iştirak edə bilmir. Səhhətində problemi olduğundan, müvəqqəti Azərbaycandadır. Bu halları nəzərə alıb, iddia ərizəsini icraata götürülməməsini və yaxud iddia müddətini bərpa edib, iddia tələbini rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarından görünür ki, xx.xx.2014-cü il tarixli "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilən halın təfərrüatları barədə arayışa" əsasən (forma 4), xx.xx.2014-cü il tarixdə X8 tərəfindən idarə olunan "VAZ 21011" markalı, ** DV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "Volkswagen Passat" markalı, ** VX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarından görünür ki, İcbari Sığorta Bürosundan çıxarışdan (İSB) və PAT ********** saylı müqavilənin 008332 nömrəli sığorta aktından görünür ki, hadisə zamanı "VAZ 21011” markalı, ** DV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "Atəşgah” Sığorta Şirkəti ASC-də icbari qaydada sığortalanmışdır. İş materiallarından görünür ki, xx.xx.2014-cü il tarixli "nəqliyyat vasitələrinin yol nəqliyyat hadisələri nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata" uyğun olaraq "Volkswagen Passat" markalı, ** VX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1890 AZN (min səkkiz yüz doxsan manat) zərər dəymişdir. İş materiallarından görünür ki, xx.xx.2014-cü il tarixli 3323 nömrəli ödəniş tapşırığından aydın olur ki, "xxxx" Sığorta Şirkəti ASC dəymiş zərərlə bağlı "Volkswagen Passat" markalı, ** VX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X7 1890 manat sığorta ödənişi etmişdir. İş materiallarından görünür ki, Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli 3- (003)-588/2014 nömrəli qərarı ilə X2 İXM-nin 152-1.4-cü maddəsi ilə (qüvvədə olan İXM-nin 333.3-cü maddəsi) təqsirli bilinmişdir. O nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmiş və yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarından görünür ki, xx.xx.2014-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı X1 vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyinə görə, İddiaçı Sığorta Şirkətinin ona qarşı subroqasiya hüququ yaranmışdır. İş materiallarından aydın olur ki, hadisə zamanı X8 nəqliyyat vasitəsini etibarnamə ilə idarə edərək, ona qanuni sahiblik etmişdir. Həmçinin, nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmişdir. İş materiallarından görünür ki, X8 xx.xx.2015-ci ildə vəfat etmişdir. İş materiallarından görünür ki, vərəsəliyin müəyyən edilməsi ilə bağlı Şirvan şəhər 1 saylı notariat ofisinin xüsusi notariusu X10 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən aydın olur ki, Cavabdeh mərhum X4 **********57 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, Şirvan şəhəri, Mahir Mirzəyev küçəsi, 11 A (Yeni qaydalarla ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0475 ha olan torpaq sahəsi vərəsəlik qaydasında miras əmlak kimi keçmişdir. İş materiallarından görünür ki, X8 tərəfindən 1890 manat ödənişin 1020 manat hissəsi ödənilmiş, 870 manat hissəsi ödənilməmiş qalmışdır. İş materiallarından görünür ki, AR Dövlət Miqrasiya Xidmətindən verilən məktuba əsasən, Cavabdeh sonuncu dəfə ünvan 2 ünvanına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə baxışı zamanı müəyyən olundu ki, xx.xx.2014-cü il tarixdə X8 tərəfindən idarə olunan "VAZ 21011" markalı, ** DV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "Volkswagen Passat" markalı, ** VX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı "VAZ 21011” markalı, ** DV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "Atəşgah” Sığorta Şirkəti ASC-də icbari qaydada sığortalanmışdır. "Volkswagen Passat" markalı, ** VX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1890 AZN (min səkkiz yüz doxsan manat) zərər dəymişdir. "xxxx" Sığorta Şirkəti ASC dəymiş zərərlə bağlı "Volkswagen Passat" markalı, ** VX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X7 1890 manat sığorta ödənişi etmişdir. Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 3- (003)-588/2014 nömrəli qərarı ilə X2 İXM-nin 152-1.4-cü maddəsi ilə (qüvvədə olan İXM-nin 333.3-cü maddəsi) təqsirli bilinmişdir. O nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmiş və yolnəqliyyat hadisəsi törətmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüquqları vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Bundan sonra MM-in) 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. MM-in 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MM-in 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. MM-in 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-in 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə də, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, subroqasiya qaydasında ödənilmiş 870 manat məbləğində sığorta ödənişinin əvəzi və ödənilmiş 30,40 manat dövlət rüsumu cavabdeh X3 alınıb, iddiaçı "xxxx" Şirkəti ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Subroqasiya qaydasında ödənilmiş 870 manat məbləğində sığorta ödənişinin əvəzi və ödənilmiş 30,40 manat dövlət rüsumu cavabdeh X3 alınıb, İddiaçı Sığorta Şirkəti ASCnin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar