Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-427/2025 21.05.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 10 may 1913-cü il tarixdə Şamaxı şəhərində anadan olmuş anası X2 07 fevral 1985-ci il tarixdə Şamaxı şəhərində vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Bu yaxınlarda anası X1 qalmış miras əmlaka vərəsəlik açdırmaq üçün notariusa müraciət edib. Orada ondan anasının ölüm şəhadətnaməsini istəyiblər. Şəhadətnamə onlarda olmadığından Maraqlı şəxsnə müraciət edib. Lakin orada da anamın ölümü ilə bağlı hər hansı məlumat aşkar olunmayıb. Ona bildirilib ki, ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməlidir. Göstərir ki, anası X5 10 may 1913-cü il tarixdə Şamaxı şəhərində anadan olmuşdur. xx.xx.1985-ci il tarixdə Şamaxı şəhərində vəfat etmiş, Şamaxı şəhəri “Yeddi Gümbəz” qəbirstanlığında dəfn olunmuşdur. Dəfndə yaxınlar, qonşular iştirak etmişlər. Qəbrin üstü düzəldilmiş, adı. soyadı, ata adı, doğulduğu və öldüyü vaxt göstərilmişdir. Başları yasa qarışdığından vaxtında onun ölümü Qeydiyyat Şöbəsində qeydə alınmamışdır. Onları tanıyan hər kəs,qohumlar, qonşular da təsdiq edə bilərlər ki, anası X5 həqiqətən də xx.xx.1985-ci il tarixdə Şamaxı şəhərində vəfat etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X5 barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2025-ci ilədək daxil edilmiş bütün məlumatlar yoxlanarkən ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm faktını təsdiq edən sənəd (ölüm haqqında tibbi şəhadətnamə və ya ölüm faktını təsdiq edən məhkəmə qərarı) təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina olunmuşdur. İş materiallarında olan “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” X9 13 yanvar 2025-ci il tarixli arayışından görünür ki, 1913-cü il təvəllüdlü X5 vətəndaşın deməsinə və qeydiyyat şöbəsinin imtina aktına əsasən 07 fevral 1985-ci il tarixdə rəhmətə getmişdir. Şamaxı RMX-da 1985-ci ilin ölüm haqqında qeydiyyat jurnalı olmadığı üçün həmin şəxsə ölüm haqqında tibbi şəhadətnamənin verilib-verilməməsinin müəyyən edilməsi mümkün deyil. İş materiallarında olan Şəhriyar Bələdiyyəsinin 15 yanvar 2024-cü il tarixli, 03 saylı arayışından görünür ki, X5 məzar daşında yazılan məlumata görə 07 mart 1985-ci ildə vəfat etmişdir. Şamaxı rayonunun Şəhriyar qəsəbəsində yerləşən “Yeddi Gümbəz” adlanan məzarlıqda dəfn olunub və hal-hazırda məzarı mövcuddur. İş materiallarında olan İİ-ЖГ № 648610 saylı pasportunun surətindən görünür ki, X5 10 may 1913-cü ildə Azərbaycan Sovet Sosialist Respublikası Şamaxı şəhərində anadan olmuşdur. İş materiallarında olan ИЖ № 129483 saylı doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1954-cü ildə anadan olmuşdur. Bu barədə xx xxxxxx 1954-cü il tarixində 114 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X4, anası isə X3r. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi anası X2 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X2 07 fevral 1985-ci il ölməsi ərizəçinin izahatı və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 10 may 1913-cü il tarixdə Şamaxı şəhərində anadan olmuş X2 07 fevral 1985-ci il tarixdə Şamaxı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-427/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-427/2025
21.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver