Məhkəmə qərarları › İş №2(074)-45/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-45/2024

08.01.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-45/2024 08.01.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, X1m katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, MŞS.MT030.2023-01219 saylı barışıq sazişinin təsdiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli, MŞS.MT030.2023-01219 saylı barışıq sazişinə əsasən digər tərəf Maraqlı şəxs xx.xx.2021-ci il təvəllüdlü X4 ilə onun hər həftənin şənbə və bazar günləri saat 11:00-dan 15:00-dək məhdudiyyət qoyulmadan ünsiyyətdə olmağına mane olmayacağı barədə üzərinə öhdəlik götürmüşdür. Barışıq sazişindən bir ay ötmüşdür. O, övladı ilə ünsiyyətdə olmaq üçün Bakı şəhərindən Şamaxı rayonu, Göylər kəndinə gəlib. Lakin övladı ilə görüşə bilməyib. Bir dəfə deyilib ki, evdə yoxdurlar Bakıya gediblər. İkinci dəfə isə deyilib ki, məhkəmə qərar verməsə onlar uşağı ona göstərməyəcəklər. Eyni hal növbəti dəfələrdə də təkrarlanıb. Hesab edir ki, Çinarə barışıq sazişinin şərtlərini könüllü olaraq icra etmək istəmir. Odur ki, o, barışıq sazişinin təsdiq olunması üçün məhkəməyə müraciət etməli olub. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, Maraqlı şəxs ilə aralarında hər həftənin şənbə və bazar günləri saat 11:00-dan 15:00-dək məhdudiyyət qoyulmadan övladı X4 ilə ünsiyyətdə olmağına mane olmayacağı barədə barışıq sazişi bağlanılsa da Maraqlı şəxs məhkəmə qərarı olmadan uşağı ona göstərməyəcəyini bildirir. Barışıq sazişi bağlanandan övladını yalnız bir dəfə görüb. Buna görə də ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixli Barışıq sazişindən görünür ki, mediasiya prosesində birinci tərəf Ərizəçi razılaşıb və öhdəlik götürüb ki, xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 2023-cü il iyul ayından başlayaraq hər ay 170,00 manat sabit pul məbləğində alimenti (hər ayın sonuncu günündən gec olmayaraq) anası – X2 ödəyəcək. Mediasiya prosesində ikinci tərəf Maraqlı şəxs razılaşıb və öhdəlik götürüb ki, xx.xx.2021-ci il təvəllüdlü, X3 atası – Ərizəçi ilə hər həftənin Şənbə, Bazar günləri 11:00-dan 15:00-dək məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacaq. Hər iki tərəf birgə nikahdan olan xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi anası - Maraqlı şəxs yanında yaşamasına razıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri göstərilir: Həmin Qanunun 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq sazişi bağlamış, həmin barışıq sazişinin şərtləri dəqiq göstərilmişdir. Lakin sazişdə Maraqlı şəxs xx.xx.2021-ci il təvəllüdlü, X3 atası – Ərizəçi ilə hər həftənin şənbə və bazar günləri 11:00-dan 15:00-dək məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağını öhdəsinə götürsə də buna əməl etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilsin. xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi anası - Maraqlı şəxs yanında saxlanılsın. Ərizəçi xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 2023-cü il iyul ayından başlayaraq hər ay 170,00 manat sabit pul məbləğində aliment tutularaq (hər ayın sonuncu günündən gec olmayaraq) anası – X2 ödənilsin. xx.xx.2021-ci il təvəllüdlü X4 atası – Ərizəçi ilə hər həftənin şənbə və bazar günləri 11:00-dan 15:00-dək məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olsun. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar