Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-456/2025 29.04.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X12 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 11 may 1984cü il tarixdə Şamaxı şəhərində doğulmuş X2 10 dekabr 1984-cü il tarixdə Şamaxı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Şamaxı rayonunda yaşamış, xx.xx.1984cü il təvəllüdlü mərhum qardaşı X2 ölümünün qeydə alınmasına dair arayışın ona təqdim olunması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə müraciət olunmuşdur. Müraciətinə cavab olaraq Ədliyyə Nazirliyinin Maraqlı şəxs tərəfindən verilən 14 yanvar 2025-ci il tarixli məktubunda, X2 ölümü barədə “Vətəndaşlıq vəziyyət aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində bütün məlumatlar yoxlanılarkən, ölüm haqqında akt qeydinin aşkar olunmadığı bildirilmişdir. Qeyd olunan səbəbdən də, ölüm faktını təsdiq edən sənəd (ölüm haqqında tibbi şəhadətnamə və ya ölüm faktını təsdiq edən məhkəmə qərarı) təqdim edilmədiyi üçün, ölümün qeydə alınmasından imtina olunması bildirilmişdir. Bundan əlavə, həmin məsələ ilə bağlı məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Mərhum qardaşı X2 “ölüm haqqında tibbi şəhadətnamə”nin təqdim olunması üçün Şamaxı rayonu Mərkəzi xəstəxanasına müraciət etmiş, Şamaxı rayonu Mərkəzi Xəstəxanasından təqdim olunmuş məktubda, həmin xəstəxanada 1984-cü ilin ölüm haqqında qeydiyyat jurnalı olmadığı üçün, həmin şəxsə aid “ölüm haqqında tibbi şəhadətnamə”nin verilib-verilməməsinin məlum olmadığı bildirilmişdir. Qeyd olunan səbəblərdən və işin faktiki hallarından da görünür ki, mərhum qardaşı X4 10 dekabr 1984cü il tarixində vəfat etsə də, bü günə qədər Ədliyyə Nazirliyinin Maraqlı şəxsndə “Vətəndaşlıq vəziyyət aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində qeydiyyata alınmamışdır. Hər iki təşkilata tərəfindən olunan müraciətlərə verilən cavab məktublarında “Vətəndaşlıq vəziyyət aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində ölüm faktının qeydiyyata alınmadığı və Mərkəzi Xəstəxananın 1984-cü ilin ölüm haqqında qeydiyyat jurnalı olmadığı üçün həmin şəxsə, aid “ölüm haqqında tibbi şəhadətnamə”nin verilib-verilməməsinin məlum olmadığı bildirilmişdir. Mərhum qardaşı X2 ölümünün qeydə alınmasına dair arayış mərhum atası İbrahim Dünyamalıyevin adına olan əmlakın öz adına keçirilməsi üçün lazımdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, Ərizəçi ilə həmkəndlidir, həqiqətən də, Elşadın qardaşı Kamran körpə yaşında vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, Ərizəçi tanıyır, ərizəçinin atası ilə dost olubdur, həqiqətən Elşadın Kamran adlı qardaşı körpə ikən vəfat etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs 14 yanvar 2025-ci il tarixli arayışında göstərilir ki, X4 11 may 1984-cü ildə Şamaxı şəhərində anadan olmuş, atası X3, anası X1r. Bu barədə 07 iyun 1984-cü il tarixdə Maraqlı şəxsndə 345 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur.. İş materiallarında olan Şamaxı rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli arayışında qeyd olunur ki, qeydiyyat şöbəsinin imtina aktına əsasən, xx.xx.1984-cü il təvəllüdlü X4 xx.xx.1984-cü il tarixdə vəfat etmişdir. Şamaxı RMX-na 1984cü ilin ölüm haqqında qeydiyyat jurnalı olmadığı üçün, həmin şəxsə aid ölüm haqqında tibbi şəhadətnamənin verilib-verilməməsi məlum deyildir. İş materiallarında olan Maraqlı şəxs 14 yanvar 2025-ci il məktubunda göstərilir ki, X2 ölümü barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2025-ci ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən, ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi qardaşının ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, xx.xx.1984-cü ildə Şamaxı şəhərində doğulmuş X2 xx.xx.1984-cü il Şamaxı şəhərində ölməsi faktı ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə təsdiq edildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdİ: Ərizə təmin edilsin. xx.xx.1984-cü ildə Şamaxı şəhərində doğulmuş X2 xx.xx.1984-cü ildə Şamaxı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-456/2025
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-456/2025
29.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver