Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-465/2024 02.04.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X8 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi xüsusi icraat qaydasında “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq baxaraq, müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 02 noyabr 1958-ci il tarixdə Şamaxı şəhərində doğulmuş X3 15 mart 1959-cu il tarixdə Şamaxı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ata və anası vəvat etmişlər Onlardan miras ev və torpaq sahəsi qalmışdır. Hazırda həmin miras əmlaka vərəsəlik açdırmaq istəyir. Lakin sənədləri təqdim edərkən ona məlum olmuşdur ki,,körpə ikən vəfat etmiş bacısı Yaqutun ölüm haqqında şəhadətnaməsi yoxdur. Qeydiyyat şöbəsinə müraciət etmiş, ona bildirmişlər ki, bacının ölümü barədə tibbi şəhadətnamə və məhkəmə qərarı olmadığından qeydiyyat aparılması mümkün deyil,məhkəməyə müraciət olunmalıdır. Mərhum bacım X5 02 noyabr 1958-ci il :arixdə Şamaxı şəhərində anadan olmuşdur.Yaxınların və sağ ikən valideynlərimin demələrinə görə 5 aylıq olarkən, daha dəqiq desək 15 mart 1959-cu il tarixdə vəfat etmişdir. O, "Yeddi gümbəz" qəbristanlığında dəfn olunmuşdur ki, Amma körpə olduğu üçün qəbrin üstü düzəldilməmiş, hətta yeri belə itmişdir.Onun ölümünü görən yaxınlar da, qonşular da təsdiq edə bilərlər həqiqətən də bacısı Yaqut 15 mart 1959cu il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayarq, Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, Ərizəçi qohumudur. Ərizəçinin Yaqut adlı bacısı körpə yaşında vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, Ərizəçi tanıyır, həqiqətən onun Yaqut adlı bacısı hələ körpə ikən vəfat etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 25 yanvar 2024-cü il tarixli, 3-16-5/8-xx-xx/2024 saylı Maraqlı şəxs arayışından görünür ki, X5 02 noyabr 1058-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. Bu barədə 25 yanvar 2024-cü il tarixdə Maraqlı şəxsndə 597 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur.. İş materiallarında olan Şamaxı rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 18-1-72/2-B-89-41-161/2024 saylı arayışından görünür ki, xx.xx.1958-ci il təvəllüdlü X5 xx.xx.1959-cu il tarixdə vəfat etmişdir. Şamaxı RMX-na müraciət etmədikləri üçün, onlara ölüm haqqında tibbi şəhadətnamə xəstəxana tərəfindən verilməmişdir. İş materiallarında olan Maraqlı şəxs 25 yanvar 2024-cü il tarixli, 3-165/8-xx-xx/2024 saylı məktubunda göstərilir ki, X3 ölümü barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən, ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi bacısının ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, 02 noyabr 1958-ci il tarixdə Şamaxı şəhərində doğulmuş X3 15 mart 1959-cu il tarixdə Şamaxı şəhərində ölməsi faktı ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdİ: Ərizə təmin edilsin. 02 noyabr 1958-ci il tarixdə Şamaxı şəhərində doğulmuş X3 15 mart 1959-cu il tarixdə Şamaxı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-465/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-465/2024
02.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver