Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-489/2023 25.05.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X14 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1992-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş X2nun xx.xx.2002-ci il tarixdə Şamaxı şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır, evlidir, beş övladı olmuşdur, hazırda isə övladlarından dördü sağdır. O, yaşa görə güzəştli şərtlərlə pensiyaya çıxmalıdır. Övladlarından Nurlan adlı oğlu 10 yaşında vəfat etmişdir. Sosial müdafiə fondunda ölən uşağının ölümü haqqında şəhadətnaməni istədilər. Amma onlar onun ölüm haqqında şəhadətnəməsini almadıqları üçün, həmin sənədi təqdim edə bilməmişdirlər. Qeydiyyat şöbəsinə müraciət etmiş və oradan bildirmişdirlər ki, Nurlanın ölüm qeydiyyatı vaxtında aparılmamış və eyni zamanda, ölümü barədə tibbi şəhadətnamə olmadığından, ölüm qeydiyyatının aparılması mümkün deyil, məhkəməyə müraciət olunmalıdır. X2 xx.xx.1992-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş, kiçik yaşlarında yellənçəkdən yıxılmış və başından xəsarət almışdır. Bu vəziyyətdə uşaq 6-7 il yaşadı və xx.xx.2002-ci il tarixdə vəfat etdi. Övladını “Yeddi gümbəz” qəbirstanlığında dəfn etdilər. Dəfində qohumlar və qonşular iştirak etmişdirlər. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 və X9 ifadələrində göstərdilər ki, qonşuları X6 ilə Ərizəçi birgə nikahından xx.xx.1992-ci il tarixdə Nurlan adlı övladları anadan olmuş və xx.xx.2002 -ci il tarixdə həmin uşaq vəfat edərək, Şamaxı şəhərində, “Yeddi Gümbəz” qəbirstanlığında dəfn etmişdirlər. Onlar dəfndə və yas mərasimlərində iştirak etmişdirlər. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndənin iştirakı təmin edilməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 3-16-5/8-69-278/2023 saylı arayışdan görünür ki, X5 ilə Ərizəçi birgə nikahından xx.xx.1992-ci il tarixdə X7 doğulmuşdur. İş materiallarında olan “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” X13 xx.xx.2023-cü il tarixli arayışında qeyd olunur ki, xx.xx.1992-ci il təvəllüdlü X7 xx.xx.2002-ci il tarixdə vəfat etmiş və Şamaxı RMX-na müraciət edilmədiyindən, ölüm haqqında tibbi şəhadətnamə xəstəxana tərəfindən təqdim olunmamışdır. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X4 ölümü barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2023-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən, ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, “ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə qaydasında təsdiq olunur. Bildirilmişdir ki, ölüm faktını təsdiq edən sənəd (ölüm haqqında tibbi şəhadətnamə və ya ölüm faktını təsdiq edən məhkəmə qərarı) təqdim edilmədiyi üçün, ölümün qeydə alınmasından imtina olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, xx.xx.1992-ci il təvəllüdlü X4 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X1 xx.xx.2002ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də, ərizə əsaslı olduğundan təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305- 311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1992-ci il tarixdə doğulmuş X4 xx.xx.2002-ci il tarixdə Şamaxı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №2(074)-489/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-489/2023
25.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver