Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-490/2023 12.06.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 09 iyun 2014-cü il tarixdə Şamaxı şəhərində anadan olmuş X3nun xx.xx.2015-ci il tarixdə Şamaxı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun 5 uşağı olmuşdur. İkisi xx.xx.2014cü il təvəllüdlü qızı Məryəm və oğlu Ömər əkiz olmuşlar. Ömər zəif olduğundan cəmisi 9 ay yaşamış, sonra vəfat etmişdir. Onun ölümünü qeyd etdirmək yadlarından çıxmış, indiyə kimi ölüm qeydi aparılmamışdır. Qeydiyyat şöbəsinə müraciət edib. Bildiriblər ki, Ömərin ölüm qeydiyyatı vaxtında aparılmamış və eyni zaman da ölümü barədə tibbi şəhadətnamə olmadığından hazırda onun ölüm qeydiyyatının aparılması mümkün deyil, məhkəməyə müraciət olunmalıdır. X3 09 iyun 2014-cü il tarixdə Şamaxı şəhərində anadan olmuşdur. Anadan gəlmə zəif və xəstə olmuş, bu səbəbdəndə cəmisi 9 ay yaşamış, xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Dəfndə yaxınları və qonşular işirak etmişlər. X16 qəbirsanlığında dəfn olunmuşdur. Uşaq olduğundan yalnız bir başdaşı qoyulmuş, qəbrin üstü düzəldilməmişdir. Yaxınları, qonşularıda təsdiq edə bilərlər ki, oğlu Ömər həqiqətən də xx.xx.2015-ci il tarixdə Şamaxı şəhərində vəfat etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 məhkəməyə ifadə verib bildirdi ki, ərizəçi onun qonşusudur. Aygünü oğlu Ömər ilə qızı Şəbnəm əkiz olmuş, lakin sonradan Ömər dünyasını dəyişmişdir. Ömər doğulandan zəif uşaq olmuşdur. O, dəfndə və yas mərasimində iştirak edib. Yeddi Günbəz qəbirsanlığında dəfn olunmuş. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verib bildirdi ki, ərizəçi onun qonşusudur. Aygünün əkiz uşaqları Ömər və Məryəm doğulan zaman Ömər xəstə olmuşdur. Bir müddət yaşadıqdan sonra isə Ömər dünyasını dəyişmişdir. Məryəm isə hazırda yaşayır. X17 qəbirsanlığında dəfn olunmuş. O, yas mərasimində iştirak etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Az-İİİ № 334726 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 09 iyun 2014-cü il tarixdə Şamaxı şəhərində doğulmuşdur. X1, anası Ərizəçidır. İş materiallarında olan AZ-İİİ № 334727 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 09 iyun 2014-cü il tarixdə Şamaxı şəhərində anadan olmuşdur. X1, anası Ərizəçidır. İş materiallarında olan Maraqlı şəxs 11 mart 2023-cü il tarixli 3-165/8-Ö-15-258/2023 saylı arayışdan görünür ki, X9 barədə vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2023-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanarkən ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli PHS-6-72/2-Q-3-41-193/23 saylı “Şamaxı rayon Mərkəzi Xəstəxanası” X12 arayışından görünür ki, 09 iyun 2014-cü il təvəllüdlü X9 xx.xx.2015-ci il tarixində rəhmətə getmişdir. Şamaxı RMX-na müraciət etmədikləri üçün onlara ölüm haqqında tibbi şəhadətnamə xəstəxana tərəfindən təqdim olunmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli PHS-6-72/2-Q-4-41-194/23 saylı “Şamaxı rayon Mərkəzi Xəstəxanası” X12 arayışından görünür ki, 09 iyun 2014-cü il təvəllüdlü X5 xx.xx.2023-cü il tarixdə Şamaxı RMX-nın ASM şöbəsində tibbi müayinədən keçmiş və halhazırda sağlamdır. İş materiallarında olan 30 mart 2023-cü il tarixli Şamaxı rayon İcra hakimiyyəti başçısının Şəhriyar qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, X9 xəstə olduğu üçün xx.xx.2015-ci il tarixdə vəfat etdikdən sonra Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ərazisində Yeddikümbəz adlana qəbirtsanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi X3nun ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X4 xx.xx.2015-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305- 311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 09 iyun 2014-cü il tarixdə anadan olmuş X4 21 mart 2015-ci il tarixdə Şamaxı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-490/2023
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-490/2023
12.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver