Məhkəmə qərarları › İş №2(074)-514/2024

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-514/2024

07.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-514/2024 07.05.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 14 mart 1977-ci il tarixdə Şamaxı rayonu, Göylər kəndində anadan olmuş X4 20 fevral 1978-ci il tarixdə Şamaxı rayonunda ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Amma, Göylər kəndində doğulmuşdur. Həyat yoldaşı X5 xx.xx.2023-cü il tarixdə vəfat etmiş, ondan miras ev qalmışdır. Həmin miras əmaka vərəsəlik açdırmaq üçün Notariat Orqanına müraciət etmişdir. Orada məlum oldu ki,1978-ci ildə vəfat etmiş X2nın ölümü barədə sənəd yoxdur, indiyə kimi ölüm qeydiyyatı aparılmamışdır. Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Bildirdilər ki, Nazilənin ölüm qeydiyyatı vaxtında aparılmamış və eyni zamanda ölümü barədə tibbi şəhadətnamə olmadığından hazırda onun ölüm qeydiyyatının aparılması mümkün deyil, məhkəməyə müraciət olunmalıdır. X2 14 mart 1977-ci il tarixdə Şamaxı rayonu, Göylər kəndində anadan olmuşdur. Yaşı tamam olmağa az qalmış qəflətən xəstələnmiş və ölmüşdür. Qeydiyyatı Göylər kəndində olsa da onlar həmişə Şamaxı şəhərində yaşamışlar. Ona görə də onlar uşağı “Yeddi Gümbəz “ qəbristanlığında dəfn etdirmişlər. Uşaq olduğundan yalnız bir başdaşı qoyulmuş ,qəbrin üstü düzəldilməmişdir. Dəfndə yaxınları və qonşular iştirak etmişlər. Onlar da təsdiq edə bilərlər ki, qızı Nazilə həqiqiətən də xx.xx.1978-ci il tarixdə Şamaxı şəhərində vəfat etmişdir. Çobançılıqla məşğul olduqlarından başları qarışmış, Nazilənin ölüm qeydiyyatını aparmamışlar. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi X8 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadə verib bildirdi ki, ərizəçinin qohumudur. Ərizəçinin uşağı xəstələnmişdi, xəstəxanaya çatana qədər isə vəfat etmişdi. Ölən qız uşağı idi. O, yasda iştirak edib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadə verib bildirdi ki, əriəçinin qohumudur. O, 1977-ci ildə əsgərlikdə olmuşdur. Ərizəçinin 1978-ci ildə 1 qız övladı Şamaxı rayonu, Göylər kəndində fermada rəhmətə gedib. Uşaq nənəsinin yanında dəfn olunub. Hansı səbəbdən rəhmətə getdiyini dəqiq bilmir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 3-16-5/8-xx-xx/2024 saylı arayışdan görünür ki, X7 14 mart 1977-ci ildə Şamaxı rayonunun Şamaxı rayonu, Göylər kəndində anadan olmuşdur. Bu barədə 31 mart 1977-ci il tarixdə Şamaxı rayon Göylər kənd İcra Nümayəndəliyində 39 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. X1, anası Ərizəçidır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 18-1-72/2-M-173-41-324/2024 saylı “Şamaxı rayon Mərkəzi Xəstəxanası” X17 arayışından görünür ki, 14 mart 1977-ci il təvəllüdlü X7 20 fevral 1978-ci il tarixində rəhmətə getmişdir. Şamaxı RMX-na müraciət etmədikləri üçün onlara ölüm haqqında tibbi şəhadətnamə xəstəxana tərəfindən təqdim olunmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Maraqlı şəxs məktubundan görünür ki, X7 barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 31 yanvar 2024-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanarkən ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm faktını təsdiq edən sənəd (ölüm haqqında tibbi şəhadətnamə və ya ölüm faktını təsdiq edən məhkəmə qərarı) təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi X2nın ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X4 20 fevral 1978-ci il ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305- 311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 14 mart 1977-ci il tarixdə Şamaxı rayonu, Göylər kəndində anadan olmuş X4 20 fevral 1978-ci il tarixdə Şamaxı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar