Məhkəmə qərarları › İş №2(074)-523/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-523/2025

24.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-523/2025 24.04.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Alıyeva Sevinc Ağasəf qızının katibliyi ilə, Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə Şamaxı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi (Maraqlı şəxs) ərizə ilə məhkəməyə müraciət edərək, atası X3 18 noyabr 1990-cı il tarixdə Şamaxı şəhərində yaşadığı evdə vəfat etməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası yaşlılıqla əlaqədar 18 noyabr 1990cı ildə Şamaxı şəhərində yaşadığı evdə vəfat etmiş, X17 qəbirsanlığında dəfn edilmişdir. Lakin həmin dövrdə mərhum atasının vəfatı ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında qeyd aparılmamışdır. Mərhum atası tərəfindən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ona vəsiyyət edilməsi haqqında 02 noyabr 1989cu ildə vəsiyyətnamə tərtib olunmuşdur. Lakin mərhum atasının vəfatı ilə bağlı ölüm haqqında şəhadətnamənin olmaması ona miras qalan əmlakla bağlı hüquqlarının dövlət reyestrində qeydə alınmasını mümkünsüz edir. Mərhum atası X3 və mərhum anası X4 vəfat etməsi faktlarının qeydə alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etsə də, Şöbənin 22 dekabr 2023-cü il tarixli, 3165/8-15-1399/23 saylı məktubu ilə müvafiq qeydiyyatın aparılmasından imtina olunmuşdur. Ona görə də, X3 18 noyabr 1990-cı ildə Şamaxı şəhərində yaşadığı evdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmalıdır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadə verib bildirdi ki, vəfat edən X8 babasıdır, anasının atası idi. O,1887-ci ildə anadan olub. Deyilənə görə ya yaylaqda ya da qışlaqda anadan olub. O yaylaq-qışlaq adamı idi, hərdən fermaya gedirdi. 1990-cı il 18 noyabrda ev şəraitində yaşlılıqla əlaqədar rəhmətə gedib. Ölməmişdən 1-2 gün əvvəl həkim çağırmışlar, lakin ölən günü həkim gəlməmişdir. Onun sadəcə 1 şəkli var, o da, pasportdadır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verib bildirdi ki, vəfat edən X8 ulu babası idi. 1990-cı il 18 noyabrda Şamaxıda yaşlılıqla əlaqədar rəhmətə gedib. Sağ olanda onu görübdür. Ərizəçi və maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir, lakin Ərizəçi nümayəndəsi ərizə göndərərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 3-16-5/8-15- 1399/2023 saylı məktubundan görünür ki, X8 barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2023-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanarkən ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm faktını təsdiq edən sənəd (ölüm haqqında tibbi şəhadətnamə və ya ölüm faktını təsdiq edən məhkəmə qərarı) təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina olunmuşdur. İş materiallarında olan “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, XX.XX.1887-ci il təvəllüdlü X3 18 noyabr 1990-cı il tarixdə rəhmətə getməsi barədə məlumatları yoxdur. Şamaxı RMX-da 1990-cı ilin ölüm haqqında qeydiyyat jurnalı olmadığı üçün X6 ölüm haqqında tibbi şəhadətnamənin verilib-verilməməsi məlum deyildir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3-16-5/8-13-166/2024 saylı məktubundan görünür ki, XX.XX.1887-ci il Şamaxı şəhərində doğulmuş və 18 noyabr 1990-cı ildə vəfat etmiş X3 doğum haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 18 noyabr 1990-cı ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğumu haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Maraqlı şəxs 17 may 2024-cü il tarixli arayışının surətindən görünür ki, X14 02 fevral 1947-ci ildə Şamaxı rayonunun İİ Cabanı kəndində anadan olmuşdur. Bu barədə 15 mart 1947-ci il tarixdə Şamaxı rayon İİ Cabanı kənd icra nümayəndəliyi tərəfindən 16 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X5r. İş materiallarında olan Şamaxı Bələdiyyəsinin 02 aprel 2025-ci il tarixli, 60 saylı arayışından görünür ki, X1 Rayonu “Yeddi Gümbəz” qəbirstanlığında dəfn olunub. İş materiallarında olan 02 noyabr 1989-cu il tarixli vəsiyyətnamədən görünür ki, X1 şəhəri, C.Məmmədquluzadə küçəsi 8 ünvanında yerləşən fərdi yaşayış evini oğlu Ərizəçi vəsiyyət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi atası X3 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X3 18 noyabr 1990cı il ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X3 18 noyabr 1990-cı il tarixdə Şamaxı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar