Məhkəmə qərarları › İş №2(074)-525/2022

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-525/2022

24.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-525/2022 24.05.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Ərizəçinın iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Şamaxı rayon Qeydiyyat Şöbəsi) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 14.02.1965-ci il tarixdə Ağsu rayonu Dilman kəndində anadan olmuş X7 11.09.1965-ci il tarixdə Şamaxı rayonunda ölməsi faktının müəyyən olunması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1963-cü il tarixində Şamaxı rayonu, Kərkənc kəndində doğulmuşdur. X5 01 sentyabr 2005-ci il tarixdə vəfat etmişdir. Bu barədə AZ-İ № 041414 saylı ölüm haqqında şəhadətnamə verilmişdir. Onlar yaylaq qışlaq adamı olmuşlar. Onun iki qardaşı Ağsu rayonu, Dilman kəndində doğulmuş, uşaqlar xəstə doğulduqlarından bir müddət sonra onlar Şamaxı rayonuna köçdükdən sonra uşaq yaşlarında vəfat etmişlər. X3 14.02.1965-ci il tarixdə Ağsu rayonu, Dilman kəndində doğulmuşdur. 11.09.1965-ci il tarixdə Şamaxı şəhərində ölmüşdür. Onu Şamaxı şəhəri 7 Günbəz qəbirstanlığında dəfn etmişlər. X1 ölüm haqqında şəhadətnaməsini o öldükdən sonra ailəsinin məlumatı olmadığından və ölümə başları qarışdığından və sənəd işləri ilə bağlı ehtiyac yaranmadığından almamışlar. Ona ölüm şəhadətnaməsinin verilməsi üçün Qeydiyyat Şöbəsinə müraciət etmiş, Qeydiyyat Şöbəsinin 12 yanvar 2022-ci il tarixli arayışı ilə ölüm akt qeydinin aşkarlanmaması bildirilmişdir. Hal-hazırda sənəd işləri ilə bağlı qardaşına ölüm şəhadətnaməsi alınması zəruridir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, qardaşı xəstə idi və doğulandan bir neçə ay sonra vəfat etmişdir. Başları yasa qarışdığından ona ölüm kağızı almayıblar. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verib bildirdi ki, Ərizəçi onun qohumudur. Onun qardaşı Tofiq ev şəraitində xəstə doğulmuşdur. Doğulandan bir neçə ay sonra vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verib bildirdi ki, Ərizəçi onun qardaşının oğludur. Qardaşının digər oğlu Tofiq ev şəraitində doğulmuş və 2-3 ay yaşadıqdan sonra ölmüş və Şamaxı rayonunda “Yeddi Günbəz” qəbirstanlığında dəfn edilmişdir. O, onun dəfn mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan AZ-İ 041414 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 01.09.2005-ci il tarixdə Şamaxı şəhərində vəfat etmişdir. İş materiallarında olan 12.01.2022-ci il tarixli 05/Q-25/69 saylı Şamaxı rayon Qeydiyyat Şöbəsinin arayışından görünür ki, 14.02.1965-ci il tarixdə Ağsu rayonu Dilman kəndində anadan olmuş X7 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 12.01.2022-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyətiaktları ürə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan 01.03.2022-ci il tarixli Ağsu rayon Qeydiyyat Şöbəsinin arayışından görünür ki, X10 14.02.1965-ci il tarixdə Ağsu rayonu Dilman kəndində anadan olmuşdur. İş materiallarından olan 29.03.2022-ci il tarixli 644 saylı Şamaxı rayon X9 Hüquqi Şəxsin arayışından görünür ki, Ərizəçi X1 1965-ci ildə anadan olması və rəhmətə getməsi ilə bağlı tibbi sənədləri hal-hazırda Şamaxı RMX-da mövcud deyildir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi X1 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X7 11 sentyabr 1965-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 14 fevral 1965-cı il tarixdə Ağsu rayonu Dilman kəndində doğulmuş X7 11 sentyabr 1965-ci il tarixdə Şamaxı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar