Məhkəmə qərarları › İş №2(074)-534/2025

Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-534/2025

18.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-534/2025 18.03.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X17 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 15 dekabr 1966-cı ildə Şamaxı şəhərində doğulmuş əmisi qızı X2 15 mart 1967-ci ildə Şamaxı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx 1983-cü ci il tarixdə Şamaxı şəhərində anadan olmuş, hazırda ailəsi ilə ata-babadan qalma evdə yaşayır. Həmin evə dair sənədləri qaydasına salmaq istəyir. Notariusa müraciət edərkən, orada mərhum əmisi qızı X2 qeydiyyatda olduğunu bildirdilər. Simuzərin çoxdan vəfat etdiyini deyəndə, onun ölümü barədə şəhadətnamə istədilər. Qeydiyyat şöbəsinə müraciət etmiş, onlara rəsmi olaraq bildirilmişdir ki, qeydiyyat şöbəsində ölüm aktı qeydiyyatı kitablarında Simuzərin ölümü barədə qeyd yoxdur. Tibbi şəhadətnamə və ya məhkəmə qərarı olmadığı üçün, ölüm haqqında qeydiyyat aparılması mümkün deyildir. Odur ki, məhkəməyə müraciət olunmalıdır. Mərhum əmisi qızı X7 15 dekabr 1966-cı il tarixdə Şamaxı şəhərində anadan olmuşdur. Şahidlərin və yaxın qohumların deməsinə görə, Simuzər 1967-ci ilin mart ayında vəfat etmiş və Şamaxı şəhərində ”Şahxəndan”qəbirstanlığında dəfn olunmuşdur. Dəfndə yaxınlar və qohumlar iştirak etmişdir. Onlar da, təsdiq edə biərlər ki, mərhum əmisi qızı X7 15 mart 1967-ci ildə Şamaxı şəhərində vəfat etmişdir. Bunları təsdiq edəcək şahidləri və sənədləri var. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Ərizəçi onun qohumudur, həqiqətən də, ərizəçinin əmisi qızı X7 babaları Aşur Əliyevə məxsus evdə doğulmuş və hələ körpə olarkən, vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, o, əvvəllər Ərizəçi babası Aşur Əliyevin qonşuluğunda yaşamışdır. Səadətin əmisi qızı Simuzər Əliyeva 1966-cı ildə babasının evində doğulmuş və körpə yaşında vəfat etmişdir. Hazırda Simuzərin ailə üzvlərindən sağ qalan yoxdur. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, X7 15 dekabr 1966-cı ildə Şamaxı şəhərində anadan olmuş, atası X12, anası X6r. İş materiallarında olan Milli Arxiv İdarəsinin X11 filialının 08 yanvar 2025-ci il tarixli arxiv arayışından görünür ki, Əliyev Çingizin doğum tarixi xx.xx.1936-cı il, X16 atası, X8 anası haqqında məlumatlar xx.xx.1936-cı ildə X20 X1 Aktlarının qeydiyyatı şöbəsində qeydə alınmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 08 iyul 2009-cu ildə ölmüşdür. İş materillarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 17 may 2024-cü ildə ölmüşdür. İş materiallarında olan Şamaxı Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin 5 fevral 2025-ci il tarixli, 18-1-72/2-5-135-41-212/2025 saylı arayışından görünür ki, qeydiyyat şöbəsinin imtina aktına əsasən, X7 xx.xx.1967-ci ildə vəfat etmişdir. Şamaxı RMX-da 1967ci ilin ölüm haqqında qeydiyyat jurnalı olmadığı üçün, xx.xx.1966-cı il təvəllüdlü X3 adına ölüm haqqında tibbi şəhadətnamənin verilib-verilməməsi məlum deyildir. İş materiallarında olan Maraqlı şəxs 04 fevral 2025-ci il tarixli məktubunda göstərilir ki, xx.xx.1967-ci ildə Şamaxı şəhərində vəfat etmiş X2 ölümü barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2025-ci ilədək daxil edilmiş bütün məlumatlar yoxlanılarkən, ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçinin əmisi qızının ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə xx.xx.1966-cı ildə Şamaxı şəhərində doğulmuş X2 xx.xx.1967-ci ildə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə təsdiq edildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də, ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1966-cı ildə Şamaxı şəhərində doğulmuş X2 xx.xx.1967-ci ildə Şamaxı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar