Azərbaycan Respublikası adından QƏTNAMƏ Şamaxı rayonu İş № 2(074)-548/2024 10.06.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi (Maraqlı şəxs) ərizə ilə məhkəməyə müraciət edərək, 28 aprel 1990-cı il tarixdə Şamaxı şəhərində anadan olmuş X2 10 sentyabr 1994-cü il tarixdə Şamaxı şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Şamaxı şəhərində yaşayır. 08 sentyabr 1980-ci il tarixdə X6 ilə ailə qurub. Onların 28 aprel 1990-cı il tarixdə Xanım adlı övladları doğulmuşdur. X2 28 aprel 1990-ci il tarixdə Şamaxı şəhərində doğulması barədə, 21 may 1990-cı il tarixdə Maraqlı şəxsndə doğum akt qeydi tərtib edilmişdir. Həyat yoldaşı X6 vəfat etmişdir. Xanım 10 sentyabr 1994cü il tarixdə rəhmətə getmişdir. Övladının ölümündən sarsıldığı üçün ona ölüm haqqında şəhadətnamə almağı unudub. Xanıma ölüm haqqında şəhadətnamə almaq üçün aidiyyatı üzrə Maraqlı şəxsnə müraciət edib. Lakin uşağın ölümü barədə Şamaxı RMX-na müraciət etmədikləri üçün ona ölüm haqqında tibbi şəhadətnamə alınmağı mümkün olmayıb. Bildirilib ki, 03 fevral 2024cü il tarixədək daxil edilmiş bütün məlumatlar yoxlanarkən ölüm haqqında akt qeydi aşkar olunmayıb. Məsələ ilə bağlı məhkəməyə müraciət etməyi məsləhət bilmişlər. Yas mərasimində iştirak edən qohumlar, qonşular da şahiddirlər ki, Xanım 28 aprel 1990-cı il tarixdə doğulmuş, 10 sentyabr 1994-cü il tarixdə isə vəfat etmişdir. Hazırda uşağa ölüm haqqında şəhadətnamə alınması başqa qayda ilə mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində olub. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verib bildirdi ki, Ərizəçi ilə 10-15 ildir qonşudur. Onun Xanım adlı qızı 4 yaşında rəhmətə getmişdir. Xanım evdə rəhmətə getmişdir. O, Xanımın yas mərasimində iştirak edib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verib bildirdi ki, Ərizəçi ilə qonşudur. Ərizəçinin qızı Xanım 1990-cı il tarixdə anadan olmuş 4 yaşında isə rəhmətə getmişdir. Xanım sudurqadan ev şəraitində rəhmətə gedib. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan XV-ЖГ 254602 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 28 aprel 1990-cı il tarixdə Şamaxı şəhərində anadan olmuşdur. X1, anası Ərizəçidır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 18-1-72/2-M-162-41-302/2024 saylı “Şamaxı rayon Mərkəzi Xəstəxanası” X11 arayışından görünür ki, xx.xx.1990-ci il təvəllüdlü X5 xx.xx.1994-cü il tarixdə rəhmətə getmişdir. Şamaxı RMX-na müraciət etmədikləri üçün onlara ölüm haqqında tibbi şəhadətnamə xəstəxana tərəfindən təqdim olunmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 3165/8-15-134/24 saylı Maraqlı şəxs arayışdan görünür ki, X2 ölümü barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 03 fevral 2024-cü ilədək daxil edilmiş bütün məlumatlar yoxlanarkən ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi qızı X2 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımı sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə X2 xx.xx.1994-cü il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 305-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 28 aprel 1990-cı il tarixdə Şamaxı şəhərində doğulmuş X2 10 sentyabr 1994-cü il tarixdə Şamaxı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №2(074)-548/2024
Şamaxı Rayon Məhkəməsi Qətnamə — İş №2(074)-548/2024
10.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver